BULHƏVƏS
BUMÜ BƏR
OBASTAN VİKİ
Bum
Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Tarixi == Toponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir. === Tarixi abidələri === Qəsəbədə IX-XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ-Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir.Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır. == Əhalisi == 1824-ci il Şəki qəzasının Bum sahəsinin kameral təsvirinə əsasən Bum kəndində 281 təsərrüfatda 1470 nəfər əhali yaşayırdı ki, onların da 788 nəfərini kişilər, 682 nəfərini isə qadınlar təşkil edirdi.
Bum bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bum mahalı
Bum mahalı — Şəki xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi — Bum kəndi Sərhədləri — == Mahalın tarixi == Xanlıqlar dövründə Bum mahalı Şəki xanlığının tərkibində olmuşdur.
Bum qalası
Bum qalası Böyük Qafqazın cənub ətəklərində, Bum kəndi yaxınlığında, Bum və Dəyirman çayları arasında yerləşir. Təbii təsirlər nəticəsində qala əsrlər boyu ciddi dağıntıya məruz qalmışdır. Xüsusilə də Dəyirman və Bum çayları vaxtaşırı olaraq daşaraq abidənin şərq və qərb kənarlarını yuyub dağıtmışdır. Bum qalası quruluş etibarı ilə düzbucaqlı formadadır. Onun divarlarının ümumi uzunluğu 114, qala divarlarının qalıqlarının hündürlüyü isə təqribən 2 m-dir. Qalanın cənub tərəfində 4, digər tərəflərindən hər birində isə 3 bürc olmaqla, cəmi 13 bürcü olduğu güman edilir. Şimal, şərq və qərb divarları ciddi dağıntıya məruz qaldığından, qalanın həmin istiqamətdə olan bürclərinin forma və ölçülərini müəyyənləşdirmək çətindir. Cənub divarındakı bürclər, xüsusilə də mərkəzi hissədə olan bürc nisbətən az dağıntıya məruz qalmışdır. Düzbucaqlı formada olan bu bürcün salamat qalmış hissədə hündürlüyü 1,8-2 metrdir. Yerüstü əlamətlərdən göründüyü kimi, qalanın digər bürcləri də düzbucaqlı formada olub.
Josef Bum
Josef Bum (26 sentyabr 1989-cu ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubunda müdafiənin mərkəzi cinahında çıxış edən Kamerunlu professional futbolçudur.
Kim Bum
Kim Bum (7 iyul 1989, Seul) — Cənubi Koreyalı aktyor, müğənni və model. O, "Boys over flowers" serialında So Yi-cun rolu ilə tanınmışdır. == Həyatı == Kim San-bum 1989-cu il 7 iyulda Cənubi Koreyada anadan olub. Onun ailəsi atasından, anasından və bir kiçik bacısından ibarətdir.
Boom(Bum) metod
Bumer (film, 2003)
Bumer — 2003-cü ildə Rusiyada döyüş filmi janrında çəkilmiş film. Filmin rejissoru Pyotr Buslovdur, film həm də rejissorun tam metrajlı ilk filmidir. Kinoteatrlarda premyera 15 Avqust 2003-cü ildə, Televiziya premyerası 10 Oktyabr 2004-cü ildə NTV kanalında baş tutub. Filmin davamı olaraq 2006-cı ildə "Bumer. İkinci film" kinosu çəkilib. Filmin musiqi mövzusu, filmdə əsas personajlardan birinin mobil telefonunun çağrı siqnalı idi. Film ekranlara çıxdıqdan sonra isə bu melodiya mobil telefon istifadə edən insanlar arasında çox populyar olur. Məhz bu populyarlıq musiqinin müəllifi Sergey Şnurova təxminən 1 milyon dollar qazandırır.Təbiət çəkilişləri Kolomna şəhərində və Moskva vilayətinin Kolomensky rayonunda aparılıb. == Süjet == Filmdə hadisələr 1999-cu ildə Moskva ətrafında baş verir. Filmin baş qəhrəmanı olan dostlar Kostya Kot, Dimon Opşarennıy, Lyoxa Killa və Petya Rama yolda baş vermiş mübahisəyə görə kriminal söhbətdə iştirak edirlər.
Bumeranq
Bumeranq (ing. Boomerang) — adətən qəbilələr, xüsusilə Avstraliya yerliləri (aborigen), ayrıca qədim misirlilər və avropalılar, Hindistanın bəzi bölgələrindəki qəbilələr tərəfindən, ovçuluq məqsədləri üçün silah kimi istifadə edilən V formalı uçan vasitə.. Avstraliya və ABŞ-də idman vasitəsi olaraq istifadə edilir. == Müxtəlif ölkələrdə bumeranq == Bumeranq yalnız Avstraliya aborigenlərinə xas deyil. Buna bənzər silahlar, son zamanlara qədər, cənub və şimal-qərb Hindistan yerliləri və ABŞ-nin cənub-qərbində yaşayan Hopi hinduları tərəfindən də istifadə edilirdi. Tarixin əvvəllərində avropalıları və Qədim Misirlilər də bumeranq istifadə edirdilər. Misirın daha sonrakı dövrlərində (E.ə. 1500) Nil bataqlıqlarında bumeranqlarla quş ovlamaq Misir əsilzadələri tərəfindən sevilən idman növü olmuşdur. Buna görə bumeranq atmanın, insanın ən qədim idmanı növü olduğu da düşünülür. Bumeranq indiki vaxtda Avstraliya, ABŞ və bəzi ölkələrdə idman vasitəsi kimi istifadə edilməkdədir.
Bumeranq (sualtı vulkan)
Bumeranq sualtı vulkanı — Amsterdam adasından 12 km şimal-şərdə yerləşən sualtı vulkan. Vulkan Sent-Pol qaynar nöqtəsini əmələ gətirir və 2 km-lik kalderaya sahibdir. Kalderanın dərinliyi 200 metrdir. Aktiv olaraq fəaliyyətdədir.
Bumerdes
Bumerdes (ərəb. بومرداس‎)‎ — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Burada böyük universitet var və Əlcəzairin elmi mərkəzi hesab edilir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilində, dəniz səviyyəsindən 41 metr yüksəklikdə yerləşir.Bumerdes ölkənin paytaxtı Əlcəzairdən təxminən 45 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 41,685 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Tarixi == Əlcəzair müstəqillik qazanmazdan əvvəl bura Roşe-Nuar kəndi idi və bir neçə evdən ibarət idi. 1952-ci ildən 1962-ci ilə qədər Fransa ordusu həmin kəndin yaxınlığında Əlcəzair Birgə Baş Qərargahının hərbi düşərgəsini tikmişdir.1962-ci ildə aprel–iyul aylarında gələcək müstəqil Əlcəzairin Milli Müvəqqəti Hökuməti hərbi şəhərciyində fəaliyyət göstərirdi.
Bumiputra
Bumiputra və ya Bumi Putra (Cavi: بوميڤوترا) - Malayziyada malay etnik qrupuna, Qərbi Malayziyada yaşayan oranq əsli qrupları və Şərqi Malayziyada yaşayan bir sıra etnik qruplara aid olan insanları digərlərindən fərqləndirmək üçün istifadə olunan termin. Bumiputra sözü iki sözün "Bhumi" (yer, torpaq) və "Putra" (oğul, övlad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bumiputralar üçün Malayziyada bir sıra güzəştlər tətbiq olunmuş və onlar ölkənin digər sakinlərindən üstün hesab olunurlar.
Bumiputra (Malayziya)
Bumiputra və ya Bumi Putra (Cavi: بوميڤوترا) - Malayziyada malay etnik qrupuna, Qərbi Malayziyada yaşayan oranq əsli qrupları və Şərqi Malayziyada yaşayan bir sıra etnik qruplara aid olan insanları digərlərindən fərqləndirmək üçün istifadə olunan termin. Bumiputra sözü iki sözün "Bhumi" (yer, torpaq) və "Putra" (oğul, övlad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bumiputralar üçün Malayziyada bir sıra güzəştlər tətbiq olunmuş və onlar ölkənin digər sakinlərindən üstün hesab olunurlar.
Bumçay
Bumçay - Türyançayın sol qoludur. Qəbələ rayonu ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 51 km, hövzəsinin sahəsi 450 km2-dir.Başlanğıcını Böyük Qafqaz silsiləsinin cənub yamacından (3400 m) alır. Axımı yeraltı qar və yağış sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir. Çayda ən çox axım may, ən az axım isə yanvar ayında olur. Orta illik su sərfi 2,44 m3/san-dir. Axımın 26%-i yazda, 38%-i yayda, 24%-i payızda, 12%-i isə qışda keçir. Bumçayın lillənməsi isə 500-4000 q/m3-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir.
Bumın xaqan
Bumın xaqan (490 – 552, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan ilk göytürk xaqanı. == Həyatı == Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur. 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi. 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi. == Xaqanlığa gəlişi == 551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi.
Dəli ürək: bumeranq cəhənnəmi (film, 2001)
Dəli ürək: bumeranq cəhənnəmi — 2001-ci ildə Osman Sınav tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş türk döyüş filmidir. == Mövzu == Əsgər yoldaşı Camalın Leyla ilə toyunda iştirak etmək üçün Yusuf Miroğlu və Zeynəb Diyarbəkirə gəlirlər. Toyu zamanı Camalın öldürülməsindən sonra Yusif cinayətlə maraqlanmağa başlayır. Hadisələrin gedişatı qaranlıq xarici kəşfiyyat-terror təşkilatı əlaqələrinə qədər gedib çıxır.
Huari Bumedyen
Huari Bumedyen (23 avqust 1932, Qelma – 27 dekabr 1978, Əlcəzair) – Əlcəzair siyasi, dövlət və hərbi xadimi, polkovnik (1957). Zitun(Tunis) və əl-Əzhər (Misir) universitetlərində təhsil almış , Qahirədə ərəb dili müəllimi olmuşdur. 1955-ci ildə gizli surətdə Əlcəzairə qayıtmış və Əlcəzair xalqının Fransa müstəmləkəçilərinə qarşı silahlı mübarizəsinə qoşulmuşdur. 1958-ci ildə Oran əyalətində üsyançı hissələrin komandanı təyin edilmişdir. 1960-62-ci illərdə Əlcəzair İnqilabi Milli Şurasının üzvü və Milli Azadlıq Ordusu Baş Qərərgahının rəisi olmuşdur. 1962-ci ilin sentyabrından Əlcəzair xalq demokratik respublikasının milli müdafiə naziri,1963-65-ci illərdə həm də Nazirlər Şurası sədrinin birinci müavini olmuşdur. 1965-ci il iyunun 19-dan isə İnqilab Şurasının sədri olmuşdur. 1976-cı il dekabrın 11-də prezident seçilmişdir.
Prociphilus bumelia
Yasəmən mənənəsi (lat. Prociphilus bumeliae, Schrk., 1801) — Azərbaycanda yasəmən rast gəlinən hər yer bir yerdə onları tapmaq mümkündür. == Xarici quruluşu == Qara-qəhvəyi başa malik olub orta və arxa tutqun qəhvəyidir, ön döş və qarın da yaşıl olub tutqun yaşıl olub tutqun yaşıl zolaqlara malikdir. Borucuq və və quyruqcuq yoxdur. Qanadlıların qarın hissəsində az miqdarda mum maddəsi, həmçinin bədənin digər hissələrində tozcuq maddəsi vardır ki, onlar bədənə mavi-qara kölgə vermiş olur. Bədənin uzunluğu 1,55, eni isə 0,88, bığcığı 1,05 mm-dir. III buğum 0,29, IV-0,21, V-0,17, VI-19 mm-dir. Bundan əlavə bığcığın III buğumunda 18-19, IV isə cəmisi 6-7 əlavə rinari olur. Qalan buğumların hər birisində bir ədəd olmaqla əlavə rinariya təsadüf edilir. == Yayılması == Azərbaycanda yasəmən rast gəlinən hər bir yerdə onları tapmaq mümkündür.
Quercus bumelioides
Quercus bumelioides (lat. Quercus bumelioides) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Ulad-Aysa (Bumerdes)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎, fr. Ouled Aïssa) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 355 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 79 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 7685 nəfər idi.
Kristofer Adam Bumstead
Christopher Adam Bumstead (2 fevral 1995, Ottava) Pərəstişkarları tərəfindən CBum kimi tanınan Kristofer Adam Bumstead (2 fevral 1995-ci ildə anadan olmuşdur). Kanadalı IFBB peşəkar bodibilderidir. Bumstead 2019, 2020, 2021 və 2022-ci illərdə müsabiqənin qalibi olan Mr.Olympia Classic Physique qalibi olmuşdur. O, həmçinin 2017 və 2018-ci illərdə ikinci olmuşdur. == Həyatı == Bumstead Ontario ştatının Ottava şəhərində anadan olmuşdur. Orta məktəbdə qılıncoynatma, futbol, ​​beysbol, basketbol və xokkey də daxil olmaqla bir çox idman növü ilə məşğul olmuşdur. 14 yaşında ağır atletika ilə məşğul olmağa başlamış və doqquzuncu və on ikinci siniflər arasında ən çox ayaqlarını böyütməklə 170-dən 225 kiloya qədər getmişdir. Yaxşı bir bədən quruluşu yaratdıqdan sonra Bumstead bacısı ilə görüşən hazırkı məşqçisi, peşəkar bodibilder Lain Valliere ilə tanış olmuşdur. 19 oktyabr 2022-ci ildə Chris və Lain rəsmi olaraq öz Mr.Olympia şoularına diqqət yetirmək üçün artıq birlikdə işləməyəcəklərini elan etmişdirlər. == Kariyerası == Böyüyəndə bədən tərbiyəsi Bumstead üçün yalnız hobbi olmuşdur.
Dəli ürək: Bumeranq cəhənnəmi
Dəli ürək: bumeranq cəhənnəmi — 2001-ci ildə Osman Sınav tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş türk döyüş filmidir. == Mövzu == Əsgər yoldaşı Camalın Leyla ilə toyunda iştirak etmək üçün Yusuf Miroğlu və Zeynəb Diyarbəkirə gəlirlər. Toyu zamanı Camalın öldürülməsindən sonra Yusif cinayətlə maraqlanmağa başlayır. Hadisələrin gedişatı qaranlıq xarici kəşfiyyat-terror təşkilatı əlaqələrinə qədər gedib çıxır.
Süni intellekt bumu
Süni intellekt bumu (ing. AI boom)—süni intellekt sahəsində davam edən sürətli və görünməmiş inkişaf dövrü. Yaradıcı süni intellekt yarışı 2016 və ya 2017-ci ildə OpenAI-nin yaradılması ilə ciddi şəkildə başlayan bu bumun əsas komponentidir. OpenAI-nin yaradıcı AI sistemləri, məsələn müxtəlif GPT modelləri (2018-ci ildən başlayaraq) və DALL-E (2021) bunun idarə edilməsində mühüm rol oynamışdır.2022-ci ildə böyük dil modelləri çatbot tətbiqləri üçün istifadə oluna biləcək şəkildə təkmilləşdirildi. Mətndən şəklə çevirən modellər elə bir nöqtədə idi ki, yaratdıqları insan tərəfindən yaradılmış təsvirlərdən demək olar ki fərqlənmirdi və nitq sintezi proqramı insan nitqini səmərəli şəkildə təkrarlaya bilirdi.2022-ci ilin sonu və 2023-cü il ərzində onlarla yeni veb-sayt və AI çatbotları ortaya çıxdı, çünki Big Tech bazarda möhkəmlənməyə çalışırdı və süni intellekt alətlərinin hər yerdə görünməmiş artmasına səbəb oldu.Süni intellekt bumuna ictimai reaksiya qarışıq olub, bəzi tərəflər süni intellektin yaratdığı yeni imkanları, onun bəşəriyyətə fayda gətirmək potensialını və mükəmməlliyini tərifləyir, digər tərəflər isə onu iş təhlükəsizliyini təhdid etdiyinə, cavablarında "anlaşılmaz" olduğuna və proqramlaşdırma suallarına səhv cavab verməsinə görə qınayıblar. == Dil modeli == GPT-3, OpenAI tərəfindən 2020-ci ildə yayımlanan insan tərəfindən yazıldığını müəyyən etmək çətin olan yüksək keyfiyyətli mətn yaratmağa qadir olan böyük bir dil modelidir. ChatGPT-də GPT-3.5 adlı təkmilləşdirilmiş versiyadan istifadə edilib. O daha sonra detallə cavabları və bir çox elmi mövzudakı aydın cavabları ilə diqqəti cəlb edib. GPT-4 adlı yeni versiya 14 mart 2023-cü ildə yayımlanıb və Microsoft Bing axtarış sisteminə inteqrasiya olunub. Digər dil modellərinə Google-un PaLM modeli və Meta Platforms-un LLaMA kimi modellər aid edilə bilər.

Digər lüğətlərdə

бу́ря кустова́ться лека́рка недо́ля обу́здывать проломи́ть альпи́йский воды не замути́т кутюрье́ пересме́х припозда́ть репрезенти́ровать саморазоблаче́нье хму́рость щитово́й каньги blink microscope casings comminate demonstration lesson field night geopressured закономерно неведение осведомитель