BURMAQ

f.
1. Düz şeyi buruq hala salmaq, qıvrım etmək. Saçı burmaq.
// Eşmək. Bığlarını burmaq. İpi burmaq.
2. Dala qatlayıb çevirmək, qanırmaq. Qolunu burmaq.
– Gədələr Qədim dayının qollarını burdular. S.Rəhimov.

3. Vintləmək, dolandırıb yerinə geydirmək, açmaq, ya bağlamaq. Vinti burmaq. Samovarın lüləyini burmaq.
4. Çimdikləmək, barmağının arasında sıxmaq.
5. k.t. Erkək heyvanları axtalamaq. Toğlunu burmaq.
6. dan. Pozmaq, pəl qatmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BURMAQ axtalamaq
  • BURMAQ bağlamaq
  • BURMAQ çimdikləmək
  • BURMAQ çevirmək — qanırmaq
  • BURMAQ pozmaq
  • BURMAQ eşmək

Antonimlər (əks mənalı sözlər)

  • BURMAQ BURMAQ – AÇMAQ Gədələr Qədim dayının qollarını burdular (S.Rəhimov); Çərkəz yorğanı üstündən atıb ayağa durdu
BURMAC
BURNUYELLİ

Digər lüğətlərdə

бе́дствие креме́нь морализи́ровать на пари́ нейродерми́т перекрёстный пове́рхностность пополне́ть рези́ночка сру́чный супремати́зм хму́ро наро́ст обольсти́ть снигирь adipsous cobbled embranchment hearthrug swing-round withdraw безлистный весёлка излияние пролог