BUSTANƏFRUZ
BUTƏ
OBASTAN VİKİ
Bustani
Bustani (ərəb. بستاني‎ / ALA-LC: Bustānī) — Livan ədəbiyyatçıları və maarifçiləri ailəsi. Ərəb mədəniyyətinin inkişafında və ərəb ədəbi dilinin yeniləşdirilməsində mühüm rol oynamışlar. Nisbə olan bu ad ərəbcə bağ sözündən (orta farsca "bōyestān" sözündən alınma) əmələ gəlmiş, ən azı XV əsrə aid olduğu güman edilir.
Butrus Bustani
Butrus Bustani (ərəb. بيار البستانى‎; 1819[…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1 may 1883[…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir.Bustani birinci Suriya milliyətçisi hesab olunur. == Həyatı == Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır. İlk ərəb ensiklopediyası "Dairət ül-maarif"in ("Bilik dairəsi", 1876–1883) naşiridir.
Süleyman Bustani
Süleyman Bustani (ərəb. سليمان البـسـتاني‎ / ALA-LC: Sulaymān al-Bustānī, türk. Süleyman el-Büstani; 22 may 1856[…] – 1 iyun 1925[…], Nyu-York, Nyu-York ştatı) — Osmanlı ərəblərindən olan ədəbiyyatçı, jurnalist, siyasi xadim. == Həyatı == Süleyman Bustani 22 may 1856-cı ildə indiki Livanda anadan olmuşdur. O, Butrus Bustaninin nəvəsidir. Bustani Beyrutda Milli məktəbin məzunu olmuşdur. O, 1904-cü ildə Homerin "İliada"sını ərəb dilinə tərcümə etmişdir. Müəllifin klassik ərəb poeziyasının "İliada" ilə müqayisəsi zamanı meydana gələn şərhləri və tədqiqatları da bu nəşrdə verilmişdir. Bustani "Dairət ül-maarif"in nəşrini tamamlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Brockelmann С. Geschichte der arabischen Literatur.
Səlim Bustani
Səlim Bustani (ərəb. سليم البستاني‎; 1848 – 1884) — Livan jurnalisti, yazıçısı və siyasi xadim. O, ərəb tarixi romanının banilərindən biri hesab edilir. == Həyatı == Səlim Bustani 28 dekabr 1848-ci ildə indiki Livanın Əbeyh kəndində anadan olmuşdur. O, Butrus Bustani və Rahil Atanın doqquz övladının ikincisi idi. Bustani fransız, ingilis, türk və ərəb dillərini öyrənmişdir. Onun romanları Suriya tarixinin mühüm hadisələrinə həsr olunmuşdur. Bustani "Əl-Cənnən" jurnalında və "Dairət ül-maarif" ensiklopediyasında çalışmışdır.
загрубе́лость зане́рвничать затра́та натоми́ться предостере́чь созерца́ть беззаве́тный биле́тный завершённый наплю́щить непоча́тый предрассве́тный просу́нуться смолова́рня тугоду́мный капут перекор maccaboy meat tea poisoning salvage cutting голоногие обмазаться попытать развилка