busat
buynuzlamaq
OBASTAN VİKİ
Butulkaburun
Butulkaburun (lat. Hyperoodon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dimdikburun balinalar fəsiləsinə aid heyvan cinsi.
Butulkalı ev
Butulka ev — Gəncədə tarixi bina. Bu evi məşhur edən onun tikinti materialı əvəzinə butulkadan istifadə edilməsidir. Bina 1966-ci ildə tikilmişdir. Binanın inşasında kiçik dərman şüşələrindən, təbii müxtəlif ölçülü dəniz daşlarından da istifadə olunub. Bu İbrahim Cəfərov adlı bir memarın fantaziyasıdır. İbrahim Cəfərov 1966-1967-ci ildə evi müharibədə itkin düşmüş qardaşı Yusifin xatirəsinə tikib. O, ümid edib ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan Yusif bir gün bu evin sorağını eşidəcək və geri dönəcək. O, bir ilə tikdiyi evin inşasında şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butulkadan istifadə edib. İbrahim kişinin yadigar qoyub getdiyi evdə indi onun gəlini və nəvələri yaşayır. Evin arxa tərəfində isə rusca “Vətənin naməlum əsgərinə eşq olsun!” yazılıb.
Enlialın Butulkaburun balina
Enlialın butulkaburun, və ya şimal enlialın butulkaburunu (lat. Hyperoodon ampullatus) — Balinakimilər dəstəsinə, butulkaburun cinsinə aid iri məməli növü. Cinsə daxil olan iki növdən biridir. Bu növ XIX-XX əsrlərdə kütləvi ovlanmaya məruz qalmışdır. Bu məməlilər digər balinakimilər arasında ən dərinə dalan dalğıclardandırlar. Onlar okeanın 1453 m (4767 ft) dərinliklərinə enə bilirlər. == Xüsusiyyətləri == İri dəniz məməlisi 10—11 metr uzunluğa, 7,5 ton çəkiyə malik olurlar. Dərinə üzmələrinə baxmayaraq istirahəti əsasən dayazlıqlarda edirlər. Onlara insanlar və onların gəmiləri maraqlı gəldiyindən daha tez ovlanmalarına səbəb olur. Bu xüsusiyyətlər digər balinakimilərin bir qisminə də aiddir.
Enlialın butulkaburun

Butulkaburunlar
Butulkaburunlar (lat. Hyperoodontinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Sake butulkası
Tokkuri (徳利) və ya bəzən tokuri – sake süzmək və saxlamaq üçün istifadə olunan butulka. Əsasən keramikadan hazırlanır. "Tokkuri" sözünün mənşəyi sake süzərkən çıxan səslə (yaponca "tokuri-tokuri") bağlıdır. Digər bir versiyaya görə bu söz koreya mənşəli olub "tokku uru" ("bərk keramika") ifadəsindən yaranmışdır. Plastik butulkaların ixtirasına qədərki dövrdə yaponlar sake, soya sousu və yağ kimi maye məhsulları saxlamaq üçün tokkuridən geniş istifadə edirdilər. Sake satıcıları sakeni tokkurilərlə satırdılar və üzərinə dükkanın və ya brendin adını yazırdılar. Müştərilər sakeni içib bitirdikdən sonra boş tokkurini qaytarırdılar və pul alırdılar. Bu praktika kayoy tokkuri adlanırdı. Tokkuri əsasən keramikadan hazırlansa da, metal və ya şüşədən də hazırlana bilər. Həcmi 0,18–1,8 litr arasında dəyişir.

Digər lüğətlərdə