BUXAR
BUXARLANMAQ
OBASTAN VİKİ
Buxarlanma
Buxarlanma — maddənin maye haldan qaz halına keçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi, onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsində rütubətin atmosferə keçməsi. Buxarlanma sürətdən, temperaturdan, mayenin növündən və mayenin açıq səthinin sahəsindən asılıdır. Sublimasiya-maddənin bərk halından birbaşa qaz halına keçməsidir. Desyblimasiya-maddənin qaz halından birbaşa bərk halına keçməsidir Adətən buxarlanma dedikdə suyun buxara çevrilməsi başa düşülür. Su ilə kifayət qədər təmin olunmuş ərazilərdə temperatur yüksəldikcə buxarlanma da artır. Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır. Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtı və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur. Torpaq və su səthindən buxarlanmaya meteoroloji şərtlər təsir edir. Bitkilərin rütubətliyə olan tələbi müəyyən üsullar ilə təyin edilir. Bunun üçün ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin buxarlandırma qabiliyyəti, torpağın rütubətliyi, yağıntıların miqdarı, buxarlanma qabiliyyəti kimi əsas şərtlər nəzərə alınır.

Digər lüğətlərdə

кли́нтух наря́дница наскверносло́вить неполногла́сие топяно́й укро́п фотофильмопеча́ть электроэнерге́тика в чём мать родила малоразгово́рчивый пе́на мадьяр предместье протопоп captious down-bow glassworks selflessly slate blue slick Stanleyville subpulse wardrober газоаппаратура счиститься