BUTİMAR
BUZƏ
OBASTAN VİKİ
Buy
Buy (ing. Buoy) - gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Buy (şəhər)
Buy – Rusiya Federasiyasında yerləşən şəhər. Kostroma vilayətinə daxildir.
Buy şəhəri
Buy – Rusiya Federasiyasında yerləşən şəhər. Kostroma vilayətinə daxildir.
Can't Buy My Love
Can't Buy My Love — Yui albomu.
Afrika buynuzu
Somalí və ya Afrika Buynuzu — Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları yuyulur. Şimal-şərq qutaracağında Qvardafuy burnu yerləşir. Yarımadanın ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir. Sahəsi 750 000 km² yaxındır. == Coğafiyası və iqlimi == Yarımada həm Ekvatordan həmdə Şimal Tropik xətdindən eyni məsafədə yerləşir. Ərazidə ən hündür dağ Efiopiyanın şimal-qərbində Simiem dağıdır. Nə zamansa Simiem və Beyl dağlarının zirvəsi buzla örtülü olur. Dağlar Qırmızı dəniz istiqamətində birdən-birə enir. Hind okeanına doğru isə hüdürlük tədricən enir.
Ayurbavada Buyantu xan
Ayurbavada Buyantu xan (d. 9 aprel 1285 - ö. 1 mart 1320, Monqol dili:Буянт хаан) — Yuan sülaləsindən olan dördüncü imperator. == Həyatının erkən dövrü == Buyantu Darmabala ilə Konqıradlı Daqinin (Tarqi) ikinci oğlu olmuş və Xubilay xanın nəticəsidir. Konfutsiçilik təliminin ustalarından olan Li Menqdən dərs almış və o da Buyantunun düşüncələrini formalaşdırmışdır.Adının mənası monqol dilində "müqəddəs/qutlu xan " deməkdir. Ayurbarvada Sanskrit dilində "Āyur-parvata" sözlərinin birləşməsindən yaranmışdır, mənası uzunömürlülük dağı deməkdir. == Taxt uğrunda mübarizə == Teymur Olcaydu xan 1307-ci ildə vəfat etdiyi zaman varisi yox idi. Çünki oğlu Taçu ondan bir il əvvəl vəfat etmişdi. Beləliklə, Buyantu əvvəlcədə taxt uğrunda olan mübarizəyə qoşulsa da, bu mübarizədə məğlub olmuşdur. 1307-ci ildə vəliəhd şahzadə təyin edilmiş və 1311-ci ildə Külük xanın vəfat etməsindən sonra imperator olmuşdur.
Ağababa (Buyin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 39 km şimal-qərbdədir.
Aşağı Buyin
Aşağı Buyin- İranın Kürdüstan ostanının Banə şəhristanının Nanur bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,069 nəfər və 206 ailədən ibarət idi.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Belə Buyurdu Zərdüşt
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. == Məzmun və quruluşu == Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Bense Buyaki
Bense Buyaki (25 sentyabr 1993) — Macarıstanlı peşəkar kişi BMX velosipedçisi. Bense Buyaki Macarıstanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bense Buyaki 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.733 saniyəlik nəticəsi ilə 67-ci yeri tutdu.
Boldbatarın Buyantoqtox
Boldbatarın Buyantoqtox (d. 3 avqust 2001) — Monqolustanlı üzgüçü. Boldbatarın Buyantoqtox Monqolustanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Boldbatarın Buyantoqtox birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 56.50 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 94-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Buyabes
Buyabes, Buyabess (fransız dilində:Bouillabaisse), Fransanın Aralıq dənizi sahilləri üçün xarakterik olan Fransa mətbəxinə aid balıq şorbası, Rusiyada Marsel uxası adı ilə tanınır. Ən çox Marseldə yayılmış bu yemək Fransanın Provans əyalətinin original balıq şorbasıdır. == Tarixi == Marsel balıqçılarının ənənəvi yeməyi olan və balıqdan hazırlanan bu yemək satışdan sonra axşama qalan balıqdan hazırlandığına görə ucuz şorba hesab olunurdu. Lakin sonralar Fransanın Aralıq dənizi sahillərində turizmin inkişafı ilə əlaqədar olaraq Marsel restoranlarının mətbəxində bahalı dəniz məhsullarından hazırlanan Buyabes şorbaları mühüm yer tutdu. Hazırda Provans restoranlarında müştərilərə 150–200 avroya təklif olunan Buyabes şorbalarına daha tez-tez rast gəlinir.Qədim Fransa əfsanələrinə əsasən qədim yunan ilahəsi Afrodita hər gün əri Hefestə Buyabes şorbası hazırlayırdı.. == Mənbə == Путешествие Десятой Музы. Красноярск, 1994 год.
Buyak (Averon)
Buyak (fr. Bouillac, oks. Bolhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12030. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 427 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 239 yaşda olan (15-64 yaş arasında) 177 nəfər iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 67.6%).
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Buyan Xan
Buyan Xan - türk-monqol mifologiyasında əfsanəvi xaqan. Monqolların Atası. Kızı Alanqovadır. Qırx dənə qızı olmuşdur. Amma heç oğlu olmamışdır. Son 41. qızı isə Alanqovadır. Bu Qırx-Qızdan Qırğız boyundan törədiyi deyilər. Buyan monqolcada "Düşüncə Tayı" deməkdir. İnsanın zehin gücünü ifadə edir və səhv istifadə insana zərər verir.
Buyan adası (Krasnoyarsk diyarı)
Buyan adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizi ərazisində, Komsomoles adasının cənub-qərbində yerləşən Otkrıtıy burnundan 500 m aralıda yerləşir. Ada 1 km uzunluğa və 500 m enə malikdir. Adada gözlə seçiləcək yüksəklik yoxdur. Şimal sahili sıldırımlıdır.
Buyan adası (Rostov vilayəti)
Buyan adası — Rostov vilayətinin ərazisində, Baqaevskaya kəndində yerləşən bir ada. Aşağı Donun məşhur görməli yerlərindən biri hesab olunur. Kəndlilər arasında Stepan Razinin 1669–1670-ci illərdə fars xəzinəsini məhz bu adada basdırdığı barədə əfsanəsi gəzir. Ancaq Rusiya imperiyasının hərbi xəritələrində ada yalnız 19-cu əsrdə müxtəlif adlarla meydana çıxmışdır: Uqlovatı, Buynı, Buyan. Ada 18-ci əsrin xəritələrində yoxdur, bu da Baqaevskaya kəndində fars qızılının olmasına şübhə yaradır. Vaxt keçdikcə Buyan aşağı axar boyunca qum və çamurla lillə artaraq böyümüşdür. Sıx bitki örtüyü ilə örtülmüş ada, zəngim qumlara sahib sahillərə malikdir. Buda çimərliklərin kütləvi istifadəsinə imkan verir. Vəziyyətinə görə ada demək olar ki, həmişə həvəskar balıq ovu üçün əlverişlidir. Buyan Don çayının boyunca uzanır və üçbucağa bənzər formadadır.
Buyanxişiq Purevsuren
Buyanxişiq Purevsuren (d. 12 sentyabr 1997) — Monqolustan əsilli Azərbaycanlı cüdoçu. Buyanxişiq Purevsuren, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Buyanxişiq Purevsuren 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarının final görüşündə Buyanxişiq Purevsuren və yığma yoldaşları, Türkiyə cüdoçularına 0:5 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına layiq görüldü.
Buyar Nişani
Bujar Faik Nishani (alb. Bujar Faik Nishani; 29 sentyabr 1966, Durres[d] – 28 may 2022, Berlin) — alban siyasətçi, Albaniyanın prezidenti. Seçkilərə Demokrat Partiyasının üzvü və Daxili İşlər Naziri kimi qatılmışdır. Albaniya Parlamentində müxalifətin uzlaşması olmadan, 140 səs üzərindən aldığı 73 səs sayının tam əksəriyyəti ilə prezidenti seçilmişdir. == Şəxsi həyatı və təhsili == Buyar Nişanı 29 sentyabr 1966-cı ildə Albaniyanın Durres şəhərində anadan olub. 1988-ci ildə "Skënderbej" (İskəndərbəy) Hərb Akademiyasını bitirdi. 1996-cı ildə San-Antonio, Texas və Kaliforniyada işləyib. 2004-cü ildə Tiran Universiteti Hüquq Fakültəsindən məzun olub. Avropa tədqiqatları sahəsində master etdi. Odeta Nişanı ilə evlidir və 2 uşaq atasıdır.
Buynuzlu gürzələr
Buynuzlu gürzələr (lat. Cerastes) — Gürzəkimilər dəstəsinə daxil olan ilan cinsi. Bu cinsə daxil olan növlər əsasən Şimali Afrika və Yaxın Şərq regionunda yayılmışdır.
Buynuzlu torağay
Buynuzlu torağay (lat. Eremophila alpestris) — Sərçəkimilər dəstəsinə, Torağaylar fəsiləsinə aid olan quş növü. == Təsviri == Bədənlərinin uzunluğu 16–17 sm arasında dəyişir. Bədənin yuxarı hissəsi gümüşü çəhrayı, aşağı hissəsi isə ağımtıldır. Üzündəki xarakterik bir maska var, başın arxasında isə buynuzlara bənzəyən uzun qara tükləri olur. == Yayılması == Yayılma arealı olduqca böyükdür. Yuvalama bölgəsi Atlas dağlarından Şimali və cənubi Amerikaya qədər uzanır. Qış ayları Mərkəzi Avropanın ənənəvi qonağıdır Птица — регулярный зимний гость на побережье Центральной Европы.. Bu növə daxil quşlar əsasən meşəsiz lanşaft zonalarını daha üstün bilir. Meşə ətrafı ərazilərdə, tundranın şibyəli sahələrində yayılır.
Buynuzlu yapalaqca
Buynuzlu yapalaqca (lat. Lophostrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Buynuzyarpaq
Buynuzyarpaq (lat. Ceratophyllum) - ceratophyllaceae fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceratophyllum demersum L. (Rigid Hornwort or Common Hornwort) Ceratophyllum echinatum A.Gray (Spineless Hornwort) Ceratophyllum muricatum Cham. (Prickly Hornwort) Ceratophyllum platyacanthum Cham.
Buyonnovski prospekti
Budyonnovski prospekti — Rostov-na-Donu şəhərində yerləşən mərkəzi prospektlərdən biri. Bolşoy Sadovaya küçəsi ilə kəsişərək, paralel şəkildə Voroşilov prospektinə çıxır. Əvvəllər müxtəlif cür adlandırılmışdır: Taqanroq yolu (XVIII əsr), Taqanroq küçəsi (XIX əsr), Taqanroq prospekti (XX əsr). == Tarixi == Küçə Semyon Mixayloviç Buyonnovskinin şərəfinə sdlandırılmışdır. O, sovet hərbi rəhbəri dövlət və partiya xadimi olmuşdur. Rusiyada baş vermiş vətəndaş müharibəsi zamanı 1-ci atlı ordusunun komandanı olmuşdur. Bolşoy Sadovnaya küçəsi ilə birləşən hissədə, ev 32 ünvanında barelyef qoyulmuşdur. Budyonnovski prospekti ilə Puşkinskaya küçəsinin kəsişməsində Budyonnovskiyə abidə ucaldılmışdır. == Coğrafiyası == Nömrələr cənubdan şimala doğru artır. Prospektdə yerləşir: Resker və Xosudovskinin gəlirli binası, Budyonnovski 10 (sökülmüşdür).

Digər lüğətlərdə

аристократи́чность захребе́тник и́зморозный колото́к лазаре́т недовя́зывать облеси́тельный перерисо́вываться подсе́дина полу́торный супина́ция усуши́ться антифаши́стский ва́тный зади́ра и́стинное сокруша́ться старновать Belizean decrepit ferro-alloy notepad pharmacologist standard бесцветность