BÖCƏK

is. [ ər. ] Sərtqanadlı kiçik cücü.
Qutunun içində altı cərgə səliqə ilə kəpənək, çəyirtkə və qeyri böcəklər kağıza sancılı halda düzülmüşdü. Ə.Vəliyev.
Hörümçək hər hansı bir yaxın budaqdan torpağa qədər sap uzadaraq, onun ortasında dayanır və uçan böcəyin həmin sapı nə zaman yellədəcəyini səbirlə gözləyir. Ə.Haqverdiyev.

Этимология

  • BÖCƏK Əsli biçək kimi olub, “sancaq” deməkdir. Biçmək feilindən sancaq qəlibi üzrə əmələ gəlib. İkinci yozum: təqlidi sözdür, çıxardığı səslə bağlıdır
BÖHRAN
OBASTAN VİKİ
Böcək
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. == Xarici quruluşu == Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Kərgədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Kərkədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Maral böcək
Maral böcək (lat. Lucanus cervus) — Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər fəsiləsinə aid böcək növü. == Təsviri == Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir. == Yayılması == Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar.
Qırmız böcək
Qızılı böcək
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. == Təsviri == Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. == Yayılmasıvə Sayı == Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Yarpaqşəkilli böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Kiçik qəşəng böcək
Kiçik qəşəng böcək (lat. Calosoma(Acalosoma)inquisitor) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. == Təsviri == Bədəni tünd bürüncü və ya yaşılımtıl qara, nadir hallarda göy, qanadüstlükləri çox zaman parlaq yaşılımtıl, kənarları qırmızı və ya yaşıl rəngdə olan böcəkdir. Uzunluğu 15–28 mm-dir. Ətrafları qara rəngli, uzun və nazikdir. == Yayılması və Sayı == İran, Mərkəzi Avropa, Qafqaz, Orta Asiya, Uzaq Şərq, Azərbaycanda Şabran və İsmayıllı meşələrində rast gəlinmişdir. 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 4 ədəd, 2006-cı ildə 3 ədəd, 2010-cu ildə 3 ədəd qeydə alınmışdır (4,5,6). == Həyat tərzi == Enliyarpaqlı meşə ağaclarının gövdə və budaqları üzərində, torpaq üzərində yaşayırlar.
Qızıl böcək (hekayə)
Qızıl böcək (ing. The Gold-Bug) — Edqar Allan Po tərəfindən yazılmış qısa hekayə. Əsər 1843-cü ildə Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Böcəklər
Böcəklər — sərtqanadlılar-həşəratlar sinfinin ən böyük dəstəsi. Qidalanma xüsusiyyətlərinə görə Böcəklər bitki yeyənlər (fitofaqlar), çürüntüyeyənlər (saprofaqlar) və yırtıcılara bölünür. Təqribən 140 fəsiləyə mənsub 300 minə qədər növü var. Azərbaycanda 5 minə yaxın növü məlumdur. Sərtqanadlılar dəstəsinin nümayəndələrində ön qanadlar möhkəm, sərt xitinləşmiş təbəqədən ibarət olub, qanadüstlüyünə cevrilmişdir. Qanadüstlüyü sakit halda pərdəşikilli dal qanadları və qarın hissəni örtür. Ön qanadların əksinə olaraq, dal qanadlar damarlıdır, qatlanaraq qanadüstlüyünün altında yerləşir və uçuşda əsas rol oynayır. Qanadları tam inkişaf etməmiş və ya tamamilə olmayan formaları da vardır. Əksəriyyətində bığcıqlar 11–12 buğumludur, ayrı-ayrı növlərdə isə 2-dən 40-a qədər olur. Böcəklərin bığcıqları sapşəkilli, qılşəkilli, təsbehşəkilli, mişarşəkilli, daraqşəkilli, dirsəkşəkilli, dirsəkli-sancaqşəkilli, lövhəşəkilli və.s formalarda olur.
Cücüyeyən böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. == Təsnifatı == Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
Dənyeyən böcəklər
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Karabid böcəklər
Maral böcəklər
Maral böcəklər (lat. Lucanus) — Buynuzlu böcəklər fəsiləsinə aid böcək cinsi. Bu cinsə 50 növ daxildir. Böyük Plini bildirmişdir ki, Niqidiy maral böcəyini lucanі adlandırmışdır. Bu isə İtaliyada vilayət adıdır. Lukaniya vilayətində onlardan amlet hazırlanır. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. == Qısa təsviri == Bu böcəklərin xarici görkəmi o qədər səciyyəvidir ki, hətta bioloq olmayanlar da onları görən kimi taniyir. Bığcıqları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibulaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir.
Maral böcəkləri
Maral böcəği , (Coleoptera) dəstəsindan bir böcək növü.
Qarabədən böcəklər
Qarabədən böcəklər (lat. Tenebrionidae) — == Biologiyası == Ağac qabığı altında və quru oduncaqda yaşayan meşə növlərinə də təsadüf edilir. Qarabədən böcəklərin bitki ilə qidalanan növlərilə yanaşı, sinantrop növləri də vardır. Belə növlərdən ərzaq məhsulları (un, dən və s.) ilə qidalanan iri və kiçik un böcəyini götərmək olar. Qarabədən böcəklərin növ tərkibinin çox olmasına baxmayaraq, kənd təsərrüfatı bitkiləri üçün təhlükəli növləri azdır. Qarabədən böcəklərin sürfələri xarici görünüşcə məftil qurdlarına çox oxşadəğəna görə bunlara "yalançı məftil qurdlar" deyilir. Ancaq bunlar məftil qurdlarından başlarının dəyirmi olması və birinci cüt ön ayaqların dah yaxşı inkişaf etməsi ilə fərqlənir. Qarabədən böcəklərin inkişafı şıqqıldaq böcəklərindən fərqlənir. Bunun sürfələrinin inkişafı nisbətən tez başa çatır. Böcəklər bir neçə il yaşaya bilir.
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ == Həyat tərzi == Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.
Taxıl böcəkləri
Taxıl böcəkləri (lat. Zabrus) — sərtqanadlılar və ya böcəklər dəstəsinin karabidlər (lat. Carabidae) fəsiləsinin əsl karabidlər yarımfəsiləsinə (lat. Carabeinae) aid cinsdir. == Sadə və səmimi insanXarici quruluşu == Cinsə daxil olan növlərin bədəni əsasən enli olub oval formalıdır, az-çox uzunsovdur, yanları çox vaxt paraleldir. Növlərin əksəriyyətinin rəngi qətrana oxşar qaradır, çox vaxt metal parlaqlığı var. Bığcıqları sap şəklındədir, 11 buğumludur, üzərində qıllı məsamələr var. Bığcıqların ikinci buğumu boyca birincinin yarısı qədərdir, üçüncü buğumu isə birincidən demək olar ki, iki dəfə uzundur. Qalan buğumlar təxminən eyni uzunluqda olub, üçüncü buğumdan bir qədər qısadır, azca sıxılmışdır. Sonuncu buğum uzunsov-oval şəklindədir.
Yarpaqyeyən böcəklər
Yarpaqyeyən böcəklər (lat. Chrysomelidae) — sərtqanadlılar dəstəsinə (lat. Coleoptera) aid olub, fəsilənin dünyada 40000, Azərbaycanda isə 400-dən artıq növü məlumdur. == Xarici quruluşu == Fəsiləyə daxil olan növlərin ümumi əlamətləri bütün ayaqlarının gizli beşbuğumlu pəncəyə malik olmasıdır. Belə ki, əsl dördüncü buğum reduksiya olunmuşdur, görünən buğumların sayı dörddür, üçüncü buğum ikipərlidir. Bədən quruluşu oval və ya slindrik, gödək və nisbətən yığcamdır. Növlər əsasən metal parıltılı olub, qanadüstlükləri hamar və tüksüzdür. Fəsiləyə daxil olan növlər xarici görünüşünə görə bir-birindən kəskin fərqlənirlər: uzunsov, oval, şarşəkilli və s. formalarda olurlar. Uzunluqları 2–30 mm-dir.
İşıldayan böcəklər
İşıldaböcəklər (lat. Lampyridae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 2000-dək növü məlumdur. Fəsilənin nümayəndələri qaranlıqda qeyri-adi fosforlu işıq saçma kimi xüsusiyyətlərə malikdirlər. İşıldayan böcəklərin rəngləri tutqun bozumtul olaraq, yetkinlərinin bədənlərində işıqvermə qabilliyəti olduğundan onlara "sehirli gecə fənərləri" də deyirlər. Qanadlı işıldayan böcəklərin yalnız erkəkləri gecələr qısa müddət ərzində "fənərlərini yandıraraq" işıq saçırlar. Böcəklərin işıqvermə orqanları qarnının sonunda olub, orada şəffaf qabıq altında iri fotogen hüceyrələrlə traxeyalardan ibarətdir. Traxeyalar hüceyrələrə oksigenlə birləşməsi nəticəsində və sinir düyünlərinin nizama düşməsi ilə fosforlu parıltı əmələ gətirir. Bu cücülər, demək olar ki, dünyanın hər yerinə yayılıblar. Erkəkləri yaxşı uçur, bədəni uzunsovdur.
Şıqqıldaq böcəklər
Şıqqıldaq böcəklər (lat. Elateridae) == Quruluşu == Azərbaycanda şıqqılad böcəklər fəsiləsinin bir çox cinsləri və növləri yaşayır. Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyildir. Ancaq onların torpaqda yaşayan məftil qurdları adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur. Böcəklərin bədəni uzunsov və bir qədərdə yastıdır. Onların qabaq kürəciyinin dal künclərindən axıra doğru yönəlmiş ucları şiş bir cüt çıxıntı vardır. Ayaqları qısa, pəncələri 5 buğumludur. Böcəklərin qabaq döşündə alt tərəfdən barmaq şəkilli kiçik çıxıntı orta döşdə isə çökəkcik vardır. Onlar arxası üstə düşdükdə bu çıxıntını çökəkciyin içinə salıb, böcək əyilir və tullanaraq üzü üstə düşür. Bu zaman ön döşün çıxıntısı orta döşün çüxuruna burulur və şıqqıltıya bənzər səs alınır ki, böcəyin adı da buradan götürülmüşdür.
Ətyeyən böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. == Təsnifatı == Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.

Значение слова в других словарях

козыря́ть наква́шивание нама́зывать пи́льщица серебрецо́ кинопроекцио́нный аппарат разозли́ть уреза́ться говядина лычма равелин adventurist costumery diapedesis emergency release lace-curtain mass media onus surface-to-air guided missile traitorousness дольмен невежественный поблёклый прикрасить сориентировать