BÖHTAN

is. [ ər. ] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər.
Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi.
[Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə.
Uryadnik bir-iki dəfə onu şapalaqladı, yenə də Ağabala böhtana qol qoymadı. Şamilov.

□ Böhtan atmaq – birinə olmayan bir işi və ya sözü isnad vermək; iftira demək, ləkə vurmaq.
Böhtan demək (etmək) – bax böhtan atmaq.
[Vəzir:] Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? M.F.Axundzadə.

Böhtana düşmək – nahaqdan şərə düşmək, iftiraya məruz qalmaq. Böhtana düşən odsuz yanar. ( Ata. sözü ).
Məsum kişi ağır bir böhtana düşmüşdü. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÖHTAN BÖHTAN (birinə ləkə yaxmaq üçün haqsız olaraq ona pis şey isnad etmə) Yalanları şişirdən, böhtanları artıran; Hiyləgər alçaqların vardır çox sifətləri
  • BÖHTAN iftira — şər

Etimologiya

  • BÖHTAN Ərəb dilində olan bu sözün türk dilində qarşılığının biri də yala kəlməsi olub (yalan sözü də buradandır)
BÖHT
BÖHTANÇI
OBASTAN VİKİ
Böhtan
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" ; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!"Hz. Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur."Əli ibn Hüseyndən nəql olunan hədisdən aydın olur ki, camaatın eyblərini açan, onların qeybətini edən şəxslər bu dünyada böhtana məruz qalarlar: "Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər." Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub.
Böhtan (film, 2008)
== Məzmun == Böhtan: Habil(İlqar Cahangirov) sadə emalatxana işçisidir. Günlərin bir günü qonşusu vəkil Rüstəm(Sərvər Əliyev) ona tələ qurur və Habil həbs edilir. Lakin, ədalət öz yerini tapır. Atılan böhtan öz sahibini tapır. == Səhv == Böhtan:Prodüserin adı titrlərdə filmin əvvəlində Emin Abbasov, sonunda Emin Abbaszadə kimi göstərilmişdir. == Seriyaları == Yaşananlar. Tamahkar Yaşananlar. Böhtan Yaşananlar. Nəfs Yaşananlar: "Kor həqiqət" Yaşananlar.
Böhtan və pis güman
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" ; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!"Hz. Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur."Əli ibn Hüseyndən nəql olunan hədisdən aydın olur ki, camaatın eyblərini açan, onların qeybətini edən şəxslər bu dünyada böhtana məruz qalarlar: "Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər." Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub.

Digər lüğətlərdə

духа́нщик недобропоря́дочный обремени́тельно сексопатоло́гия сти́раный аполити́чно барда́к жаль стожа́р бебр одно чудо шолымя -phasy boardy depauperated incontrovertibility liquefier proportionment quadricycle stenton Volunteer State жандармерия заготовлять теоретичный