Bu, “üstü örtülü” (bükülü) mənasını əks etdirir, bükmək, bürümək feili ilə bağlıdır. Puçur sözü də mənbələrdə belə izah olunur, büri, bür, buruq kimi yazılıb (mənbələrdə bükük şəklində də verilib). Qırışmaq kəlməsinin yerinə burqar yazılıb. Bütün paxlalı bitkilər burcaq adlanıb. Anatomiya alimləri deyirlər ki, böyrək xüsusi kapsul ilə örtülüdür. Xalq arasında “yağ içində böyrək kimi saxlamışam” cümləsi var. Böyrəyi örtən pərdə həm də piyli olur. Tuva dilində bu söz bükülü formasında işlədilir. Deməli, bükmək feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)