BÖYÜKKİŞİ

böyük kişi, böyük oğlan; ilk oğlan.
BÖYÜKXAN
BUDAQ
OBASTAN VİKİ
Böyükkişi Ağayev
Böyükkişi Ağa oğlu Ağayev (10 sentyabr 1928, Petropavlovka, Salyan qəzası – 4 aprel 2018, Bakı) — akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, xeyriyyəçi, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru. == Həyatı == Böyükkişi Ağayev 1928-ci ildə Sabirabad rayonunda dünyaya göz açmışdır. Onun əsl adı və soyadı Böyükbəy Məlikov (Babası Böyükbəy Məlikovun şərəfinə) olmuşdur. Bolşeviklərin ölkəmizi işğalından sonra qatı millətçi hesab olunan Məlikovlar nəsli üçün yaranan təhlükəni hiss edən atası, onun ad-soyadını dəyişərək Böyükkişi Ağayev olaraq yazdırmışdır. 1934-cü ildə birinci sinifə daxil olmuş, 1944-cü ildə orta məktəbi əla qiymətlərlə, fərqlənmə diplomu ilə bitirmişdir. Hələ uşaq yaşlarından tibb elminə böyük maraq göstərən B.Ağayev 1944-cü ildə istəyinə nail olur. O, Azərbaycan Tibb Institutunun müalicə fakultəsinə daxil olur. Cərrahiyəyə xüsusi həvəs göstərdiyi üçün hələ tələbəlik illərində gecələr təcili cərrahliq xidməti üzrə növbələrə qalır. B.Ağayev eyni zamanda klinik cərrahlıq üzrə tələbə elmi cəmiyyətinin də fəal üzvlərindən biri olmuşdur. 1949-cu ildə Tibb Institutunu (Hazırkı Azərbaycan Tibb Universiteti) bitirdikdən sonra rektorluq onu cərrahiyə üzrə 6 aylıq təkmilləşdirmə kursuna göndərir.
Böyükkişi Heydərli
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Böyükkişi Mirzəzadə
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. == Həyatı == Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Böyükkişi Ziyadov
Böyükkişi Ziyadov — Azərbaycan jurnalisti. == Həyatı == Ziyadov Böyükkişi Əhəd oğlu 10 mart 1937-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində kolxozçu ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini doğulduğu Yuxarı Şilyan kənd məktəbində alan B. Ziyadov orta məktəbi bitirdikdən sonra bir müddət kolxoz işində çalışmışdır. Sonra o, Bakı şəhərinə gəlmiş və Bakı Ticarət Texnikumunu bitirmişdir. O, bir müddət paytaxtın ticarət müəssisələrində çalışdıqdan sonra hələ ilk uşaqlıq illərindən qəlbində yuva qurmuş jurnalist olmaq arzusu ilə sənədlərini S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə verərək qəbul ounmuş və universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsini bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ tələbəlik illərində Böyükkişi Ziyadov imzası o dövrün qəzetlərində tanınırdı. O, 1971-ci ildən taleyini «Azərbaycan gəncləri» qəzetinə bağlamışıdır. Ədəbi işçi kimi işə qəbul olunan B. Ziyadov az sonra qəzetin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və uzun müddət bu vəzifədə çalışmışdır. Böyükkişi Ziyadov imzası ötən əsrin 70-80-ci illərində ziyalıların, jurnalistika ilə maraqlanan və məşğul olan yaradıcı insanların yaxşı xatırladığı və hörmət etdiyi bir imza idi. O, «Azərbaycan gəncləri» qəzetində sevilə-sevilə oxunan, xalq arasında çox populyar olan «Komsomol projektoru» və “Rəndə” rubrikalarının rəhbəri kimi həmin illərdə respublikamızın bütün bölgələrindən hazırladığı reyd materialları və felyetonları ilə hamını heyrətləndirirdi.
Kazım Böyükkişiyev
Kazım Çərkəz oğlu Böyükkişiyev (22 sentyabr 1957, Səfikürd, Qasım İsmayılov rayonu – 25 yanvar 1994, Ağdərə rayonu) — şəhid. == Həyatı == Kazım Böyükkişiyev 22 sentyabr 1957-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Kazım Böyükkişiyev Birinci Qarabağ müharibəsində iştirak etmişdir. B.Kazım 25 yanvar 1994-cü ildə Ağdərə rayonunda şəhid olmuşdur.
весно́й вы́лежаться обделя́ться равня́йсь ребя́чество сезо́нно застрига́нье не язык, а бри́тва нихро́м пальмови́дный тайме́ний тро́ечный удруча́ющий шу́тки в сторону пахташ bunkmate dolly out dynasty exfiltrate monoculture placid slush fund замешиваться пост фоторепортаж