BÖYÜKLÜK

Böyük”dən (1, 2, 5, 6 və 8-ci mənalarda) mücər. Evin böyüklüyü. Dalğanın böyüklüyü. Dənizin böyüklüyü. Meşənin böyüklüyü.
– Xalqın böyüklüyü onun sayı ilə təyin edilmir, bəlkə tarixdəki müsbət rolu ilə təyin edilir. M.Hüseyn.
Gördüyü sonsuz iztirablar içərisində … [Ulduz] insanın böyüklüyü və ruhi qüdrətini kəşf etdi. Ə.Məmmədxanlı.

□ Böyüklük etmək1) yol göstərmək, qayğısına qalmaq.
[Mahmuda] böyüklük edən olmadı. Z.Xəlil;

2) buyurmaq, əmr etmək, göstəriş vermək.
[Kərim:] Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən! M.F.Axundzadə.

Böyüklük satmaq – təşəxxüslənmək, qürurlanmaq, kibrlənmək, lovğalanmaq, özünü böyük göstərməyə çalışmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÖYÜKLÜK 1. BÖYÜKLÜK, AZMANLIQ, NƏHƏNGLİK, YEKƏLİK, ZIRILIQ (məh.), ZIRPILIQ, ZORBALIQ 2. böyüklük bax dahilik 3
  • BÖYÜKLÜK başçılıq — rəhbərlik
  • BÖYÜKLÜK irilik — yekəlik
  • BÖYÜKLÜK əhəmiyyətlilik — mühümlük — vaciblik
BÖYÜKLƏNMƏK
BÖYÜKRAQ

Digər lüğətlərdə

анго́рский межпоро́дный не как-нибудь че́рви бр высоколеги́рованный кинодокуме́нт лими́т мостова́я оглупле́ние па́дубовый anticonvulsive backspacer cron husbandry hypophyses maxicoat rougher umbriferous ungag zodiacal монизм напрячь проследить стегнуть