BÖYÜMƏK

f.
1. Həcmcə və ya miqdarca artmaq, genişlənmək. Şiş böyümüşdür. Mikroskop altında mikrob yüz dəfə böyümüşdür. Sürülər xeyli böyümüşdür.
– Al rənglər getdikcə artır, böyüyür, bir məşəl, bir azadlıq günəşi kimi bütün dünyanı işıqlandırır. M.İbrahimov.

2. Artmaq, şiddətlənmək, güclənmək, qüvvətlənmək. Mübahisə böyüdü. Qovğa böyüdü. Söhbət böyüdü.
– Narazılıq çox zaman böyüyər və ədavətə çevrilərdi. H.Sarabski.

3. Boy atmaq, uzanmaq, yetişmək, inkişaf etmək. Uşaqlar böyüyür. Evkalipt ağacı çox tez böyüyür. Taxıllar bu il çox gec böyüdü.
4. Hər hansı bir yerdə ömür keçirmək, yaşamaq, cavanlığını, uşaqlığını keçirmək. Uşaq yaxşı mühitdə böyüyür.
– Girdman dağlarının təmiz havasında böyümüş bu qocanın yetmiş yaşı vardısa da, hələ qocalmaqdan şikayət etmirdi. M.Hüseyn.

5. Vəzifəsi, rütbəsi, nüfuzu, hörməti artmaq; yüksəlmək. Onun vəzifəsi böyümüşdür.
[Zeynəb:] İndi böyümüsən, daha bizə etina göstərməyirsən. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÖYÜMƏK 1. BÖYÜMƏK, BOY ATMAQ Aslan bu gözəl kənddə; Böyümüş, boy atmışdı (M.Rzaquluzadə); BOYA-BAŞA ÇATMAQ Boyabaşa çatan cavan
  • BÖYÜMƏK güclənmək — şiddətlənmək — artmaq
  • BÖYÜMƏK yüksəlmək
  • BÖYÜMƏK uzanmaq — yetişmək
  • BÖYÜMƏK artmaq — genişlənmək

Etimologiya

  • BÖYÜMƏK Boy sözü ilə bağlıdır: boyun artması. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BÖYÜMƏ
BÖYÜR

Digər lüğətlərdə

бессме́ртие блин закичи́ться ипокри́тство космети́ческий мерлу́шечий ориенти́рование покла́дистый флама́ндка шпо́рный коло́дочный бабогури байрам бараш avulsion daresay Hertfordshire lawyer pasan single-company union text отчуждённость предтеча пущий усыпление