BÖYÜTMƏK

f.
1. Böyük eləmək, iriləşdirmək; genişləndirmək. Şəkli böyütmək. Otaqların arasını açıb böyütmək. Bağın sahəsini böyütmək.
– Əhməd elə fikir eləyirdi ki, … özü qazandığı pulların köməyi ilə alverini böyüdəcək, bir neçə gündən sonra, birinci tacirlər sırasına daxil olacaqdır. B.Talıblı.

// İri, böyük göstərmək. Mikroskop şeyləri dəfələrlə böyüdür.
// Mübaliğə etmək, şişirtmək. Məsələni böyütmək lazım deyil.
2. Boya-başa çatdırmaq, tərbiyələndirmək, yetişdirmək. Qızı nənəsi böyütmüşdür. Uşaq böyütmək çətin işdir.
– Məmməd uşaqlarını böyüdüb, müəyyən yaşa yetirdikdən sonra bunları məktəbə qoydu. Aşıq Qərib”.
[Çimnaz:] Bu daxmada sənin kimi qız, Bülənd kimi oğul böyütmüşəm ki, bütün dünyanın xəzinələrinə dəyişmərəm! Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÖYÜTMƏK BÖYÜTMƏK Mən səni boş yerə böyütməmişəm: Aslanlar bəsləmək olubdur peşəm (S.Rüstəm); BƏSLƏMƏK Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə
  • BÖYÜTMƏK yoğnutmaq — şişirtmək
  • BÖYÜTMƏK tərbiyələndirmək — yetişdirmək
  • BÖYÜTMƏK iriləşdirmək — genişləndirmək

Antonimlər (əks mənalı sözlər)

  • BÖYÜTMƏK BÖYÜTMƏK – KİÇİLTMƏK Böyütmək istəyir öz meydanını; Al-yaşıl geyinib gələn bahar da (Ə.Haqverdiyev); Otağın arasını kəsib kiçiltmək istəyir
BÖYÜTMƏ
BRA

Digər lüğətlərdə

в пол-яйца́ данс-клу́б измыва́ться нахалю́га обтрави́ть озерове́дение предписа́ние принора́вливание вы́тачка непрола́зно обку́риваться пау́чий по-хулига́нски провинциа́лка психосексуа́льный реформа́ция хохо́л consensual drupelet five-o'clock shadow hypnoidal maglev pitch pine service cap хлев