BÜKÜLÜ

sif.
1. Bükülmüş, qatlanmış halda olan. Bükülü köynək. Bükülü paltar.
// Örtülmüş. Bükülü kitab.
2. Bir şeyə sarınmış. Bükülü qutu. Bükülü şeyləri aç.
– Poçtalyon geri qayıdandan sonra İmran Əzizin otağına çıxıb, bükülü kağızı açdı. Ə.Vəliyev.

3. İs. mənasında. Bükülmüş şey.
Sarina bükülünü açıb, Tolstoyun “Sevastopol hekayələri” kitabçasını … gördü. Ə.Əbülhəsən.

// “Bir” sözü ilə: bir bükülü – içinə müəyyən miqdarda şey bükülmüş.
Usta Qiyas əlini cibinə salır, bir bükülü pulu onun qabağına qoyur. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÜKÜLÜ əyri
  • BÜKÜLÜ sarıqlı
  • BÜKÜLÜ qatlı
BÜKÜLMÜŞ
BÜKÜM

Digər lüğətlərdə

воскреша́ть живописа́ть коря́жка мангани́н моле́нный ни жи́в ни мёртв ога́дить оче́ртывать сто́льник транжи́рка уда́ло бесси́льный измы́слить перевора́чиваться Олонец bausond bird-watch disengagement ensilage flinty-hearted optimism shawl-dance stonily весь накладно