BÜKÜM

is.
1. Paltarın və s.-nin bükük yeri.
2. Bükmə üsulu, tərzi.
Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükümü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli.

3. Kağıza və s.-yə bükülmüş şey.
Yunis çamadanı açıb bir büküm çıxardı, kağızı cırıb bükümü uşağa verdi. Mir Cəlal.

4. “Bir” sözü ilə: bir büküm – bükülmüş, qatlanmış. Bir büküm lavaş. Bir büküm halva.
5. Qırış.
[Kərim bəyin] alnının bükümləri bir neçə dəfə oynadı. Mir Cəlal.

BÜKÜLÜ
BÜKÜŞ

Digər lüğətlərdə