BÜST

[ fr. ] İnsan bədəninin beldən yuxarı hissəsinin heykəli. Füzulinin tuncdan tökülmüş büstü.
– Fərman bəy Tərlanın yazı stolundan bir qədər irəli qoyulmuş büstə təəccüblə baxdı. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÜST büst bax heykəl 1
BÜSBÜTÜN
BÜT
OBASTAN VİKİ
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Büst (heykəltəraşlıq)
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Anton Çexovun büstü (Taqanroq)
Anton Çexovun büstü — Anton Pavloviç Çexovun şərəfinə ucaldılmış büst. Abidə 1935-ci ildə Vera Qeorqiyevna Morozova tərəfindən hazırlanmışdır. Bu abidə Anton Çexovun şərəfinə SSRİ ərazisində ucaldılmış ilk abidədir. == Büst == Büst gipsdən hazırlanmışdır. Onun hündürlüyü 104 sm-dir. Büstün altlığı suvaqla üzlənmiş kərpiçdən ibarətdir və hündürlüyü 104 sm-dir. == Tarixi == Büst üzərində işləyən Vera Qeorqievna Morozova əri ilə birlikdə 1931-ci ildə Taqanroqa gəlmişdir. Əri Aleksadr Platonoviç Morrioson yerli Taqanroqskaya pravda qəzetində redaktor təyin edilmişdir. Morozova heykəltaraş olsa da bu sahə ilə bağlı heç bir təhsil almamışdır. Aleksandr Morrioson Taqanroqda Anton Çexovun yubileyi ilə bağlı bir çox tədbirlərə rəhbərlik etmişdir.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.
Bülbülün büstü
Bülbülün bürünc büstü — Şuşa şəhərində ucaldılmış bürünc büst. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılır ki, orada metal kimi satılsın. Sonralar bu büstlər Azərbaycan hakimiyyəti tərəfindən alınır. Namiq Dadaşov Xurşidbanu Natəvana qoyulan, sonradan ermənilər tərəfindən gülləbaran edilən, hazırda isə Ramiz Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllərinin də müəllifi məhz odur. Böyük nəğməkarımız Bülbülün, eləcə də dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəlləri ölməz Bülbülün ləyaqətli oğlu Polad Bülbüloğlunun səyləri nəticəsində Bakıya gətirilib.
Büstqalter
Büstqalter (alm. Büstenhalter‎) ya da döşlük— qadınların bədənin sinə hissəsini örtmək və formalaşdırmaq üçün altdan geyindikləri qolsuz geyim növü. == Tarixi == 2010-cu ilin aprelində Londonun elm muzeyinin anbarında 200 il bundan əvvəl tikilmiş büstqalter aşkarlanıb. Muzey əməkdaşları bildirirlər ki, bu büstqalter dünyada ən qədim qadın büstqalteri ola bilər. Muzey ekspertləri qeyd edirlər ki, bu günədək analoji büstqalterlər müasir dövrün ixtirası hesab olunurdu. Lakin tapıntı qadınların hələ 1800-cü ildə sinələrinin daha gözəl görünməsi üçün yollar axtardığını göstərir. == Maraqlı büstqalterlər == === Ər ovçusu === Yaponiyanın alt geyim istehsalçısı "Triumph" Yaponiyada aşağı düşən evlilik nisbətinə diqqət çəkmək üçün "ər ovlayan büstqalter" istehsal edib. Model Hiromi Nishiuchinin nümayiş etdirdiyi büstqalterin üzərində bir xronometraj var və geyənin bioloji saatını göstərir. Qadın uyğun həyat yoldaşı ola biləcək namizədi tapdığında və gözlədiyi təklifi qəbul etdiyində üzüyü dəliyin üzərindəki yuvaya yerləşdirir və geri sayma dayanar-dayanmaz dövrəyə toy marşı girir. Müddətiniz tükənənə qədər ər tapa bilməzsəniz, sizi havaya uçurub parçalarınızı dörd bir tərəfə saçacaq bir mexanizmi yoxdur; tək məqsədi çox gec olmadan evlənməniz üçün üzərinizdə təzyiq qurmaqdan ibarətdir.
Bütrüs əl-Büstani
Cəlil Məmmədquluzadənin büstü (Sumqayıt)
Cəlil Məmmədquluzadənin büstü - abidənin V. Nəzirov tərəfindən hazırlanmışdır. Büst tuncdan düzəldilmişdir. Büst yazıçı, jurnalist, dramaturq, "Molla Nəsrəddin" satirik jurnalınının naşıri, Qori Müəllimlər Seminariyasını məzunu, müəllim, Naxçıvanda diyarşünaslıq muzeyi yaradıcısı Azərbaycan xalqının böyük oğlu Cəlil Məmmədqulu oğlu Məmmədquluzadənin şərəfinə ucaldılmışdır. Abidə 2003-cü ildə qoyulmuşdur. Cəlil Məmmədquluzadənin büstü Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Cəlil Məmmədquluzadə küçəsində qoyulmuşdur. Abidənin postamenti və onu əhatə edən divarlar aqlay daşla üzlənmişdir.
Leonid Azqaldyanın büstü
Leonid Azqaldiyanın büstü (erm. Լեոնիդ Ազգալդյանի կիսանդրի), həmçinin Leonid Azqaldiyanın abidəsi (erm. Լեոնիդ Ազգալդյանի հուշաքար) Ermənistanın paytaxtı İrəvan şəhərində, Xorenatsi küçəsinin kəsişməsində Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı Leonid Azqaldyanı təsvir edən büst. Abidə 11 dekabr 2002-ci ildə ucaldılmışdır. Abidənin heykəltəraşı Tiqran Arzumanyandır. Abidə qranitdən hazırlanmışdır və ümumi hündürlüyü 2,2 metrdir. 2022-ci ilin aprelində Leonid Azqaldyanın büstü vandalizmə məruz qalmışdır. İrəvan sakini Karen Xaçatryan Leonid Azqaldiyanın büstünün burun hissəsini sındırmışdır. Xaçatryanın sözlərinə görə, o, bu addımı ona görə atıb ki, onun fikrincə, 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsinin günahkarı Leonid Azqaldiyandır.
Mikayıl Müşfiqin büstü (Sumqayıt)
Mikayıl Müşfiqin büstü — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru, repesisya qurbanı Mikayıl Müşfiqin (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) şərəfinə ucaldılmışdır. Abidə 1993-cü ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində, 34 nömrəli tam orta məktəbın qarşısında qoyulmuşdur. Abidənin postamenti ağ rəngdədir.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Məhəmməd Əmin Rəsulzadənin büstü (Gəncə)
Məhəmməd Əmin Rəsulzadənin büstü — 1991-ci ildə siyasətçi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadəyə Gəncə şəhərində, Dəmiryolçular parkında qoyulmuş büst. 1991-ci ildə Azərbaycan yenidən müstəqil olduqdan sonra ölkə ərazisində Məhəmməd Əmin Rəsulzadəyə qoyulmuş ilk büst. Büst 1991-ci ildə Gəncə şəhərində, Dəmiryolçular parkında qoyulub. Heykəltaraşı Cəmaləddin Rüstəmovdur.
Nefertitinin büstü
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstü. Büstün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi. Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi.
Nəriman Nərimanovun büstü (Sumqayıt)
Nəriman Nərimanovun büstü — Yerli əhəmiyyətli abidə 1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən işlənmişdir. Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.
V. İ. Leninin büstü (Taqanroq)
V. İ. Leninin büstü — Vladimir İliç Leninin şərəfinə ucaldılmış büst. Abidə 1978-ci ildə Taqanroq şəhər administrasiyasının qarşısında ucaldılmışdır. Leninin büstü Taqanroq şəhər administrasiyasının binası qarşısında, Petrovskaya küçəsi ev 73 ünvanında yerləşir. Abidə 1978-ci ildə ucaldılmışdır. Abidəni hazırlayanlar: heykəltaraş Boris Alekseyeviç Plenkin, mühənis S. Çerkovnikov. 17 dekabr 2013-cü ildə arxirektura komitəsi şəhər administrasiya binası qarşısında, Petrovskaya küçəsi, ev 73 ünvanında abidənin ucaldılması barədə qərar qəbul edilmişdir. 2014-cü ilin fevralında şəhər tikinti soveti və baş arxitektor Olqa Nikolaevna Şerbakova şəhər administrasiya binası qarşısında yebi abidənin ucaldılması barədə qərar qəbul etmişdir. Bu səbəbdən Leninə ucaldılmış büstün taleyi müəmmalı olaraq qalırdı. 2014-cü ildə taqanroqlular şəhər administrasiyasının Lenin büstünün postsmentində apardığı təmirdən heyrətə gəlmişdir. Postamentin mərmər lövhələri skotç vastəsi ilə postamentə bərkidilmişdir.
Xurşidbanu Natəvanın büstü (Şuşa)
Xan qızı Natəvanın abidəsi — Xurşidbanu Natəvanın Şuşadakı qəbirüstü abidəsi. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. Azərbaycan tərəfi abidəni Gürcüstandan bir neçə il bundan əvvəl Bakıya gətizdirmişdir. Namiq Dadaşov Xurşudbanu Natəvana qoyulan, sonradan ermənilər tərəfindən gülləbaran edilən, hazırda isə Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllərinin də müəllifi məhz odur.

Digər lüğətlərdə