BIÇAQ

is.
1. Kəsmək üçün alət. Bağban bıçağı. Ət bıçağı. Cib bıçağı.
2. Müxtəlif alətlərin, mexanizmlərin və s.-nin kəsən hissəsi.
◊ Bıçaq sümüyə dayanmaq – son həddə çatmaq, əlacı kəsilmək, lap cana gəlmək.
Sümüyə lap bu gün dayandı bıçaq; Durmayır qeyzdən başımda papaq. S.Ə.Şirvani.
[Varlılara müraciət edənlərin] əli hər yerdən üzülərdi, bıçaq sümüyə dayanardı. H.Sarabski.

Синонимы

  • BIÇAQ BIÇAQ, QƏMƏ [Valeh:] Mən əyilib yerdən həmin bu oğlanın bıçağını götürərək Sarıköynəyə verib dedim: – Dayan bunun yanında! Tərpənsə, qəməsini sox qarn

Этимология

  • BIÇAQ Ən qədim kökü (etimon) bi feilidir və “kəsmək” mənasında işlədilib. –ç (biç), -z (biz), -aq (biçaq), -qı (bıçqı) şəkilçiləri ilə həmin sözdən müxtəlif
BƏZZAZLIQ
BIÇAQÇI
OBASTAN VİKİ
Bıçaq
Bıçaq əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. == Tarixi == Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.
Bıçaq Qiymə
Bıçaq Qiymə — Ərdəbil bölgəsinə aid ənənəvi yemək. == Lazım olan ərzaqlar == 400 qram qıyılmış qoyun əti 4 baş soğan 4 ədəd yumurta Yarım stəkan badam dilimləri Yarım çay qaşığı zəfəran tozu 2 ədəd dəfnə yarpağı 1 litr su 100 qram kərə yağı 1 yemək qaşığı limon suyu və ya abqora Lazım olan miqdarda ədviyyələr (İstiot, sarıkök, darçın, hil, duz və ...) == Hazırlanma qaydası == Dilimlənmiş badamları təxminən 2 ilə 3 saat suda isladıb, süzməkdən sonra biraz kərə yağına qovurun. Dilimlənmiş soğanları kərə yağı ilə qızılı rəngə çevirikənə kimi qovurun. Sonra ət suyu şirəsi çəkilənə kimi soğan içərisində dəfnə yarpağı ilə əti qovurun, qovurarkən ətə ədviyyat əlavə edin və bir az qızardın. Əti qovurduqdan sonra ətini bişirmək üçün üstünə bir az su tökün. Ət bişdikdən sonra qızardılmış dilimləri zəfəranla əlavə edin. Pörtləmə suyu az və lazımlı miqdarda olduqda, yumurtaları bir-bir yeməyin üstünə verib və sarısının üzərinə bir az zəfəran səpin. Sonda yumurtalar bağlamaq üçün qabın qapağını bağlayın. Yumurta bişdikdən sonra qaranı istədiyiniz plov ilə süfrəyə verib və zəfəranlı düyünün yanında isti soğanla süfrəyə verin. Bu yemək zəfəran plovu ilə süfrəyə verilə bilər.
Qarmaqlı bıçaq
Qarmaqlı bıçaq — xalça istehsalında türkbaf (Simmetrik) toxunuşlu ilmələri toxumaq üçün istifadə edilən ucu əyri qarmaqlı bıçaqlara deyilir. Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur. İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.
Bıçaq Mekki haqqında ballada
Bıçaq Mekki haqqında ballada (alm. Die Moritat von Mackie Messer‎, ing. Mack the Knife) — sözləri Bertolt Brextə, bəstəsi isə Kurt Yulian Vayla məxsus populyar ballada. Ballada əsasən Bertolt Brextin “Üç qəpiklik opera” pyesi üçün nəzərdə tutulmuşdur. 31 avqust 1928 ci ildə pyesin ilk tamaşasından sonra ballada məşhurlaşmış və günümüzə qədər bir çox ifaçıların repertuarlarında yer tutur. == “Üç qəpiklik opera” == Bıçaq Mekki haqqında ballada ilk dəfə “Üç qəpiklik opera” tamaşasında ifa edilmişdir. Moritat — bu orta əsrlərə aid bir ballada növü olub, ozanlar tərəfindən oxunardı. Mori “öldürücü, ölümcül”, Tat isə “fəaliyyət, əməl” deməkdir. “Üç qəpiklik opera” tamaşasının əvvəlində küçə xanəndəsinin dili ilə baş qəhrəman — Bıçaq Mekki tamaşaçılara təqdim edilir. Bu personaj Con Qeyin “Dilənçi opera”sındakı quldur Makxita obrazının yenidən işlənmiş versiyasıdır.
Bıçaqçı
Bıçaqçı (Zərdab)
Bıçaqçı (Sayınqala)
Bıçaqçı (fars. پيچاقچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (55 ailə).
Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir. == Tarixi == Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir.Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur. == Mədəniyyəti == Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir. == İqtisadiyyatı == Əhali heyvandarlıq, yemçilik, pambıqçılıq, çəltikçilik, balıqçılıq, taxılçılıq, quşçuluq, meyvəçilik və s.
Bıçaqçı eli
Bıçaqçı eli — Kirmanda yaşayan türk eli. Tayfanın bir hissəsi Azərbaycanda da məskunlaşmışdır. Bu tayfanın adını daşıyan yer adları hələ də qalmaqdadır (məsələn: Bıçaqçı (Zərdab)). Azərbaycan türklərini təşkil edən qruplardan biri olan Bıçaqçı tayfası mənsublarının ana dili Azərbaycan türkcəsinin cənub dialektində danışırlar.Pierre Oberling Bıçaqçı xalçalarında Azərbaycan və Anadoluya xas xüsusiyyətlər olduğunu bildirərək, bunun onların nə zamansa bu bölgələrdən indi yaşadıqları yerlərə köç etdiklərini göstərdiyini bildirir. == Tarixi == Kermanın Sircan bölgəsində yaşamaqdadırlar. Tayfanın adı türk dilində bıçaq düzəldən mənasına gəlir, lakin Nemethin bildirdiyinə görə, həm də dalaşqan, qəzəbli mənasını da bildirməkdədir. Belə adda türk tayfa adları vaxtilə geniş yayılmışdı.Tayfanın erkən tarixi və haradan gəlməsi barədə çox az məlumat bilinməkdədir. İbn Bətutə Sivas bölgəsində yaşayan əsilzadələrdən biri olaraq Əhməd Bıçaqçı adında birini qeyd etməkdədir. O, həmçinin Qara dənizin Azov bölgəsindəki Əki Bıçaqçı adını da əsərində qeyd etmişdir. Hər bir halda, onların arasında Araslı (və ya Ərəşli) adında tirənin mövcudluğu hal-hazırda böyük coğrafiyada yayılmış Əfşar boyu ilə əlaqəyə işarə ola bilər.
Uzun bıçaqlar gecəsi
"Uzun bıçaqlar gecəsi" (alm. Nacht der langen Messer‎), və ya Röm qiyamı (alm. Röhm-Putsch‎) — Adolf Hitlerin SA hücum qruplarının bəzi rəhbərlərinə qarşı 30 iyun 1934-cü ildə tutduğu divan. Əməliyyatın kod adı "Kolibri"dir (alm. Unternehmen Kolibri‎). Təzyiqin səbəbi Ernst Römün başçılıq etdiyi hücum dəstələrinin dövlət çevrilişinə hazırlıq etməsi şübhələrinin olması idi.

Значение слова в других словарях

возда́ть выстра́чивание лоха́нка манти́сса око́рка расцепля́ться сурове́ц чуть гистоци́ты пе́сенка прорыва́ние бабук крыжовник тегора Hesper martyrologic mump staff nurse transmigratory дочка обмануться подражание предварительный представление рапира