BƏDİL
BƏDİRBƏY
OBASTAN VİKİ
Bədir Qarayev
Bədir Cəmil oğlu Qarayev (19 dekabr 1942, Arabaçı, Gədəbəy rayonu – 1994) — Azərbaycanın maliyyə naziri (1987–1992), professor. == Həyatı == Bədir Cəmil oğlu Qarayev 19 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, 1950-ci ildə kənd orta məktəbinə daxil olaraq 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit ixtisası üzrə iqtisadiyyat fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək maliyyəçi-iqtisadçı ixtisasına yiyələnmişdir. Bədir Qarayev universiteti qurtardığı ildə təyinatla öz doğma Gədəbəy rayonuna göndərilmiş və həmin rayonun Dövlət bankında kredit müfəttişi kimi fəaliyyətə başlamışdır. Bu dövrdə onun öz üzərində çalışması bir müddət Tikinti bankının Azərbaycan kontorunda iqtisadçı, 1967–69-cu illərdə isə Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində işləməsinə şərait yaratmışdır. Sözü gedən yerlərdə yaradıcılıqla işləməsi Bədir Qarayevi elmlə məşğul olmağa həvəsləndirmişdir. Buna görə də o, 70-ci illərin əvvəllərində aspiranturaya daxil olmuş və 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildən Maliyyə Nazirliyinin müxtəlif idarələrində rəis müavini və rəis işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi maliyyə nazirinin müavini, 1987-ci ilin oktyabrından 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra etmişdir. 1968-ci ildə Maliyyə Nazirliyində işlədiyi dövrdə В. С. Qarayev "İşdə fərqləndiyinə görə" Azərbaycan Respublikasının Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqı və Maliyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. 1980-ci ildə Bədir Qarayev Maliyyə Nazirliyində işlədiyi dövrdə SSRİ Maliyyə Nazirliyinin "Maliyyə işinin əlaçısı" döş nişanı və "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bədirqala
Bədirqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Bədirqala oyk, sadə. Qusar r-nunun Bala Qusar i.ə.v.-də kənd. Qusar çayından 4 km. aralı, Qusar maili düzənliyindədir. Keçmiş adı Bədirbədəlqala olmuşdur. Kəndin ərazisində orta əsrlərə aid qala xarabalığı mövcuddur. Yerli əhalinin verdiyi məlumata görə, kənd həmin qalanın adını daşıyır. Qalanı Bədirbədəl adlı şəxs tikdirmiş və bununla da yaşayış məntəqəsinin əsasını qoymuşdur. 1917, 1933, 1961-ci illərdə r-nun ərazisində Bədirqala kəndi ilə yanaşı Bədişqala kəndi də qeydə alınmışdır.
Bədirxan Əhmədov
Bədirxan Əhmədov (20 aprel 1955, Gəyliyən, Dmanisi rayonu) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. B. Əhmədov həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiridir.[1] == Həyatı == Bədirxan Balaca oğlu Əhmədov 20 aprel 1955-c ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin) filologiya fakültəsinə daxil olub. 1977-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub. 1977–1982-ci illərdə Sabirabad rayonun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif poleoqraf, baş poleoqraf, şöbə müdiri vəzifələrində çalışıb (1983–1990). 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Sabit Rəhmanın satirası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildən "Vətən səsi", "Cümhuriyyət", "Azərbaycan ordusu" qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib.
Firuzə Bədirbəyli
Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971). == Həyatı == Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır.Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir.Xalq artisti Zemfira Əliyevanın anasıdır. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Leyla Bədirbəylinin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Dəcəl dəstə", "Səbuhi", "Arşın mal alan", "Fətəli xan", "Görüş", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Koroğlu", "Dəli Kür", "İntizar", "Dərviş Parisi partladır" filmlərinin kadrlarından istifadə edilmişdir.
Leyla Bədirbəyli
Leyla Ağalar qızı Bədirbəyli — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun babası Bədir ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Murad Bədirov
Murad Qismət oğlu Bədirov (25 yanvar 2001; Cəlilabad rayonu, Azərbaycan — 29 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Bədirov 2001-ci il yanvarın 25-də Cəlilabad rayonunun Kazımabad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Murad Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Bədirov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Bədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Bədirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürsəl Bədirov
Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979). == Həyatı == Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb. O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib.Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib.Opera müğənnisi Mürsəl Bədirov 1972-ci ildən etibarən Konservatoriyanın vokal kafedrasında çalışıb. Habelə 1992-ci ildə professor elmi adını alıb. == Vəfatı == Mürsəl Bədirov 2003-cü il fevral ayının 26-da Bakı şəhərində vəfat edib.
Məhərrəm Bədirzadə
Məhərrəm Əlisəftər oğlu Bədirzadə — Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi (2006). == Həyatı == Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. Məhərrəm Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə öyrədir. 8 aprel 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. == Filmoqrafiya == Mənim günahım (film, 1985) "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var... (film, 2000) Gəl qohum olaq (film, 2001) Mən sənin dayınam (film, 2001) Gəlinlər (film, 2002) Yol yoldaşları (film, 2003) Sonuncu şahid (film, 2004) Mənim üçün varsan (film, 2005) Təlatüm (film, 2006) Gürzə (2008) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Səni axtarırıq...
Nəcməddin Bədirov
Nəcməddin Nurəddin oğlu Bədirov (8 noyabr 2001; Düz Qırıqlı, Tovuz rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nəcməddin Bədirov 2001-ci il noyabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2007–2018-ci illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Nəcməddin Bədirovun əmisi Polad Bədirov Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. == Hərbi xidməti == Nəcməddin Bədirov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Hərbi xidmət müddətində nümunəvi əsgər olduğuna görə üç tərifnamə alıb. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcməddin Bədirov 10 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Nəcməddin Bədirov bir müddət itkin kimi axtarılıb.
Tağı Bədirov
Tağı Mürsəl oğlu Bədirov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1965–1972). == Həyatı == Tağı Bədirov 1907-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.1932-ci ildən Tağı Bədirov Dağıstan balıq trestində mühəndis, baş mexanik, baş mühəndis, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1954-cü ildən Azərbaycan balıq trestinin şöbə rəisi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi Donanma İdarəsinin rəisi, 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonra isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yeyinti Sənayesi İdarəsinin rəisi olmuşdur. 1965–1972-ci illərdə Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır.Tağı Bədirov Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7 və 8-ci çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Cəladət Əli Bədirxan
Cəladət Əli Bədirxan (kürd. جەلادەت عالی بەدرخان; 26 aprel 1893, Konstantinopol – 15 iyul 1951, Dəməşq; həmçinin Mîr Celadet adı ilə də tanınır) — kürd diplomat, yazıçı, dilçi, jurnalist və siyasi fəal. İstanbul Universitetində hüquqşünaslıq fakültəsi üzrə magistraturanı bitirən və təhsilini Münhendə tamamlayan Cəladət həmçinin kürdcə, türkcə, farsca, ərəbcə, almanca, fransızca və rusca kimi bir çox dildə danışa bilirdi. Türkiyəni 1923-də cümhuriyyət elan olunduqdan sonra tərk etmişdir. 1927-ci ildə Beyrutda baş tutan bir kürd konfransında Xoybun komitəsi formalaşmışdır. Cəladət şimali kürd dilinin — kurmanc dilinin çağdaş halını orqanizə edən ilk dilçi olması və hal-hazırda rəsmi olaraq istifadə edilən latın əlifbasını dizayn eləməsi ilə məşhurdur. Bu əlifba bəzən kürd dilinin habelə o biri dialektləri üçün də — ərəb, kiril və erməni əlifbalarının əvəzinə işlənir.

Digər lüğətlərdə

боёк восхищённо доплыва́ть завыше́ние кислоро́дный пересечённость пило́н притра́ва толсти́ть трёхгоди́чный трудя́щийся ю́го-за́падный вспа́рываться каме́лия нело́вкость пови́снуть на шее поскрести́сь триллио́нный better-to-do brigadier gauchos racehorse trot out заступник мул