BƏDRİ

14 gecəlik Ay, bütöv Ay.
BƏDRƏDDİN
BƏDRİYƏ
OBASTAN VİKİ
Bədri Baykam
Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957, Ankara)- türk rəssam. == Həyatı == 1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, Bern və Cenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə Avropa və Amerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı.
Bədri Seyidzadə
Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi. == Həyatı == İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur.
Bədri Teymurtaş
Bədri xanım Kərimdad xan qızı Teymurtaş (1908–1995)—İranın Avropa təhsilli ilk stomotoloq qadını, İran stomotologiyasının anası. == Həyatı == Bədri xanım Kərimdad xan qızı Teymurtaş 1908-ci ildə Məşhəd şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra, 1920-ci ildə Avropaya, Belçikaya yollanmışdı. Orda Stomotoloji məktəbə daxil olmuşdu. Məktəbi bitirəndən sonra Avropada qalmış, bir müddət iş prosesini öyrənmişdi. Qardaşı Əbdülhüseyn xan Teymurtaş 1933-cü ildə Rza şah Pəhləvi tərəfindən öldürüləndən sonra 8 il ev dustağı olmuşdu. 1941-ci ildə Rza şah İrandan sürgün olunandan sonra Məşhəddə yaşamalı olmuşdu. Bədri Teymurtaş 1960-cı ildə Məşhəd universitetinin professoru Əmir İsmayıl Sondozi ilə bərabər Xorasanın mərkəzində Stomotoloji məktəb yaratmışdı. Özü də həmin məktəbdə dərs demişdi. Bədri Teymurtaş 1966-cı ildən 1967-ci ilədək məktəbdə dekanın maliyə üzrə müavini olmuşdu.
Saleh Bədri
Seyid Saleh Mehdi Bədri (1893, Səmərra, Səlahəddin mühafəzəsi – 1943, Bağdad) — İraq şairi və tərcüməçisi. Saleh Mehdi Bədri həmin dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Samərra şəhərində anadan olmuşdur. O, burada təhsil almış, sonra Bağdadda yerləşən Əl-Rəşdiyə məktəbində təhsilini davam etdirmişdir. İraqın bir sıra şəhərlərində daşınmaz əmlak departamentlərində işçi kimi çalışmışdır. Türk dilini mükəmməl bilirdi deyə ərəb dilinə tərcümələr etmişdir. O, bununla yanaşı fransız və fars dillərini də bilirdi. İraqda ölkə miqyasında şeir müsabiqələrində mükafatlar qazanmışdır. Onun tam şeirlər toplusu oğlu tərəfindən toplanmışdır və "Arzular" adı ilə çap edilmişdir. Bədri Bağdadda vəfat etmişdir.
Məlik Bədri
Malik Babikr Badri Mohammed (ərəb. مالك بابكر بدري محمد‎; 16 fevral 1932 – 8 fevral 2021) — Sudanlı yazıçı və psixologiya professoru. O, müasir İslam Psixologiyasının banisi olub və "Müsəlman Psixoloqlarının Dilemması" və bir çox başqaları kimi nüfuzlu kitablar nəşr etdirib. Onu bəzən mehribanlıqla Baba Məlik adlandırırdılar. O, 8 fevral 2021-ci ildə Malayziyanın Kuala Lumpur şəhərində vəfat edib. O , Əhfəd Universitetini quran Babikr Bedrinin oğlu idi. Evli olub, 7 övladı var.
Huzeyfə əl-Bədri
Huzeyfə əl-Bədri (3 iyul 2018-ci ildə vəfat edib) İslam Dövləti xəlifəsi Əbu Bəkr əl-Bağdadinin oğludur. Gənc yaşına baxmayaraq, 2018-ci il iyulun 3-də Homsdakı istilik elektrik stansiyasında Suriya Ərəb Ordusu və Rusiya hərbçilərinə qarşı İnqimasi (intihar komando) hücumunda iştirak etmək üçün atası tərəfindən göndərilib və o, hücumda dünyasını dəyişib. == Həyatı == Huzeyfə əl-Bədri (3 iyul 2018-ci ildə vəfat edib) İslam Dövləti xəlifəsi Əbu Bəkr əl-Bağdadinin oğludur. Gənc yaşına baxmayaraq, 2018-ci il iyulun 3-də Homsdakı istilik elektrik stansiyasında Suriya Ərəb Ordusu və Rusiya hərbçilərinə qarşı İnqimasi (intihar komando) hücumunda iştirak etmək üçün atası tərəfindən göndərilib və o, hücumda dünyasını dəyişib. Rusiya hərbçiləri Suriyanın Homs şəhərində Əbu Bəkr əl-Bağdadinin oğlunun gizləndiyi mağaraya 3 raket zərbəsi endirib. İraq kəşfiyyatı Suriyada yerləşdirilən rus qoşunlarının İŞİD liderinin Əbu Bəkr əl-Bağdadi oğlu Huzeyf əl-Bədrini öldürdüyü barədə bəyanat yayıb. İraq kəşfiyyatına daxil olan məlumata görə, qətl bazar ertəsi, iyulun 2-də baş verib. Suriyanın Homs şəhərində 30 “terrorçu lider”in və əl-Bədrinin bir neçə mühafizəçisinin yerləşdiyi iddia edilən mağaraya üç raket atılıb. Hücumda İŞİD liderinin oğlu da daxil olmaqla 11 nəfər həlak olub.
Bədrifələk Qadınəfəndi
Bədrifələk Qadınəfəndi (4 yanvar 1851, Poti, Kutaisi quberniyası – 6 fevral 1930, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin üçüncü xanımı. == Həyatı == Bədrifələk xanım 4 yanvar 1851-ci ildə Osmanlı hakimiyyətindəki Poti şəhərində dünyaya gəlmişdir. Atası əslən çərkəz olan Mehmed bəy Karzeg, anası isə abxaz əsilli Fərrux xanım İnalpa idi. Əsl adı bilinmir. Sultan Əbdülməcidin xanımlarından Şayəstə Qadınəfəndinin qohumu idi. Bəzmigül Dilbər, Şazıdil, Nevrəstə və Mələki adlı 4 bacısı, orduda xidmət göstərən Kazım Paşa adlı bir qardaşı vardı. 1864-cü ildə baş verən etnik təmizləmə zamanı ailəsi Osmanlı torpaqlarına köç etmiş, qızlarını Osmanlı sarayına təslim etmişdir. Qısa müddət sonra 15 noyabr 1868-ci ildə Dolmabağça sarayında Şahzadə Əbdülhəmidlə evləndi. Şahzadə Əbdülhəmid taxta çıxdıqda isə üçüncü qadınəfəndi olaraq Ulduz sarayına köçdü.
Bədriyə Tahir Gökmən
Bədriyə Tahir Gökmən — ilk Türk qadın pilotdur."Gökmən Bacı" adı ilə tanınır. == Həyatı == 1932-ci ildə Vecihi Uçuş Məktəbində aviasiya təliminə başladı. Dövlət qulluqçusu olduğu müddətdə uçuş təliminə davam etdi. 1933-cü ildə nişan aldı. Abdurrahman Türkkuşu ona Gökmən ləqəbini verdi. Gökmən Bacı kimi tanınan Bədriye Tahir 1934-cü ildə Soyad Qanunu qəbul edilərkən Gökmən soyadını götürdü.Bədriye Tahir, aviasiya səyləri səbəbindən bir çox reaksiya və maneə gördü. Aviasiya ilə maraqlandığı üçün maaşından kəsildi və nəticədə işindən qovuldu. 1934-cü ildə Vecihi Məktəbi, şagirdlərin döş nişanlarını təsdiqləmək üçün onların Hava Qüvvələri Müsteşarlığı tərəfindən test edilməsini istədi. Ancaq imtahan komitəsi gələndə imtahan keçirilə bilmədi, çünki məktəbin yeganə aktiv təyyarəsi məhv edilmişdi, nümayəndə heyəti yenidən gəlməkdən imtina etdikdə məktəb bağlandı və Gökmən Bacı-nın pilotluğu təsdiqlənmədi. O dövrdə işdən qovulan Bədriye Tahir Gökmənin sonrakı həyatı məlum deyil.