BƏDRƏDDİN

dinin 14 gecəlik Ayı, dinin bütöv Ayı.
BƏDİULLA
BƏDRİ
OBASTAN VİKİ
Bədrəddin Hilali
Bədrəddin Hilali (fars. بدرالدین هلالی‎; 1470, Qorqan – 1529, Herat) — türk əsilli farsdilli şair. O, Herat şəhərində Sultan Hüseyn Bayqaranın ədəbi dairəsinin üzvü olmuşdur və Əlişir Nəvai ilə yaxın idi. == Həyatı == Bədrəddin Hilali 1470-ci ildə Astarabad şəhərində (indiki İranın Gürgan şəhəri) anadan olmuşdur. O, mənşəcə çağataylar türklərindəndir. Hilali gəncliyini Astarabadda keçirmiş, 1491-ci ildə Herata gedərək Sultan Hüseyn Baykaranın ədəbi dairəsinin üzvü olmuşdur. İstedadı və erudisiyası sayəsində ona "kiçik Cami" ləqəbi verilmişdir. Hilali müxtəlif yerlərdə hakimlik etmiş, sonra Herata qayıtmış, burada 1529-cu ildə Şeybani Übeydullah xan tərəfindən kafirlik şübhəsi ilə edam edilmişdir. Müasir alimlərə görə, edamının arxasında dayanan əsas şiəlik ittihamı olmuşdu, baxmayaraq ki, Hilali sünni idi. Ehtimal olunur ki, onun ilk növbədə Səfəvi şahı Təhmasibə yönəlmiş olduğu güman edilən, lakin sonradan Übeydullah xana yönəldiyi aşkara çıxan şeirləri ola bilər.
Bədrəddin Təbrizi
Bədrəddin Təbrizi — Mənşəcə Azərbaycan türklərindən olan, memar Təbrizli Bədrəddin 1273–1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir.
Bədrəddin Həsən
əl-Məlikün-Nasir Nasirəddin Əbül-Məali Həsən ibn əl-Məlikin-Nasir Məhəmməd bin Kalavun əs-Salihi (d. 1334 — ö. 1361) — Məmlük sultanı (1347–1351, 1354–1361). == Həyatı == 1334-cü ildə doğuldu. Öncələri Kumari adıyla tanınırdı; taxta keçəcəyi sırada naibinə əsl adının Həsən olduğunu söylədi və o tarixdən etibarən öz arzusu üzərinə bu adla anıldı. Qardaşı əl-Məlikül-Müzəffər I Hacı ibn Məhəmmədin öldürülməsindən sonra Misirdəki Abbasi xəlifəsi Hakim-Biəmrillah, Qazılquzat İzzəddin İbn Cəmaa əl-Məqdisi, Qazılquzat Əlaəddin ət-Türkmani, Qazılquzat Takıyyüddin b. İzzəddin Ömər, Kadı Şəhabəddin İbn Fəzlullah əl-Öməri kimi seçkin şəxslərin də qatıldığı cülus mərasimində əl-Məlikün-Nasır ləqəbiylə sultan elan edildi (18 dekabr 1347). Fəqət hələ uşaq yaşda olduğu üçün səltənətinin ilk illərində ölkə başda naib-i saltanat Bayboğa olmaqla, Şeyhun əl-Öməri, vəzir və üstadüddar Məncək əl-Yusifi, Elçiboğa əl-Muzaffəri, Taz ibn Tutgay ən-Nasıri və Arqun əl-İsmaili kimi əmirlər tərəfindən idarə olundu. Bu dönəmdə diqqəti çəkən bəlli başlı olaylar, əmirlər arasındaki nüfuz mücadələsiylə 1348-ci ildə Asiyadan gələrək Misir və Avropada çok təsirli olan vəba salğınıdır. Sultan Həsən 1350-ci ildə kadılar tarafından rəşid ilan ədilincə Bayboğanın hacda, Şəyhunun da bir av partisində olmasından istifadəylə iktidarı kəndi əlinə alıp əmirləri kontrol altında tutmaya karar vərdi və bu maksatla ən nüfuzlularını tutuklattı.
Ömər Bədrəddin Uşaqlı
Ömər Bədrəddin Uşaqlı (1904–1946)—Türkiyə şairi. Bütün şeir kitablarını bu dövrdə nəşr etdirdi: "Dəniz sərxoşları" (1926), "Yayla dumanı" (1934), "Sarıqız mərmərləri" (1940). Gənclik şeirlərində ümumiyyətlə "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" təsiri görünür. Məmləkət ədəbiyyatı içində isə Şərq və Qərb ədəbiyyatlarının təqlidi əvəzinə yerli, milli bir ədəbiyyat yaradılması gərəyinə inanmış, Yəhya Kamalın düşüncələrindən hərəkətlə məmləkətin içindən, türkün ruhundan doğan bir ədəbiyyatı mənimsəmişdir. Şeirlərində Anadoluya aid müxtəlif görüntüləri sanki birər tablo halında rəsm etmişdir. Məmləkətin gözəlliklərini, insanını gerçək özəlliklərilə deyil, öz duyğu dünyasına və xəyalında qurğuladığı şəklə görə təsvir edir. Məmləkət sevgisi və həsrəti üstün olan motivdir. Məmləkətin çalışdığı, müxtəlif vəsilələrlə getdiyi yörələrini, təbii gözəlliklərini sevgi ilə vəsf edir. Bu arada Türkiyənin fərqli yerlərinin folklor özəlliklərini, özünəxas mədəni zənginliklərini də poeziyasında əks etdirmişdir. Dəniz sevgisini və həsrətini qüvvətli bir şəkildə işləyən şair türk ədəbiyyatında qabaqcıl dəniz şairlərindən biridir.
Qaramanoğlu Bədrəddin İbrahim bəy
Qaramanoğlu Bədrəddin İbrahim bəy (d. 1297 - ö. 1344) — Qaramanoğulları bəyliyinin bəyi. Atası Qaramanoğlu Mahmud bəydir. Atasının 1312-ci ildə vəfatının ardından qardaşı Musa bəy taxta çıxdı. Ancaq çox keçmədən İbrahim bəy qardaşına qarşı ayaqlandı və 1318-ci ildə Məmlüklərin dəstəyiylə bəyliyi ələ keçirdi. Qardaşıyla uzun müddət taxt mübarizəsi aparsa da, 1332-ci ildə mülayim təbiətli digər qardaşı Xəlil bəyin lehinə taxtdan çəkildi. Ancaq Xəlil bəy 8 illik qısa səltənətinin ardından vəfat etmiş, nəticədə İbrahim bəy yenidən bəyliyi ələ almışdır. Ölüm tarixi dəqiq bilinməsə də, 1343-cü ildə Kilikya-Erməni çarlığına hücum etdiyi, bu səfərin ardından vəfat etdiyi ehtimal olunur. Prof.