BƏHLUL
BƏHMƏN
OBASTAN VİKİ
Bəhman Gülbarnəjad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bəhman Hacıyev
Hacıyev Bəhman Əbiş oğlu (2 dekabr 1926, Şıxlar – 16 noyabr 1998, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar mühəndisi. == Həyatı == Hacıyev Bəhman Əbiş oğlu Zəngəzurun Şıxlar kəndində anadan olmuşdur. 1943-cü ildən "Əzizbəyovneft" tresti mədənlərində operator köməkçisi işləmişdir. 1950-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, "Bibiheybətneft" tresti mədənlərində neft və qaz hasilatı ustası işləmişdir. Sonradan onu hasilat üzrə usta, sonra isə böyük mühəndis kimi "Gürganneft" trestinə keçirirlər, 1953-cü ildə isə trestin böyük mühəndisi təyin edilir və 1962-ci ilə qədər o bu vəzifədə işləyir, sonralar isə "Neft Daşları"nda baş mühəndis və neft idarəsinin rəisi işləmişdir. 1965-ci ildən o "Neft Daşları" NQÇİ-nə rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq Neft Daşlarında maili-yönəlmiş quyuların küt qazıma üsulu tətbiq edilmişdir. 1953-cü ildə "Dəniz neft yataqlarının ("Neft Daşları" yatağı timsalında) işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1977–1984-cü illərdə "Azneft" İB-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "Cəfərli", "Zərdab", "Kəlaməddin", "Tərsdəllər" və b. yeni yataqlar kəşf edilmişdi.
Bəhman Qolbarnejad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bəhman Verdiyev
Bəhman Dilqəm oğlu Verdiyev (12 oktyabr 1995, Çeşməli, Tovuz rayonu – 9 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. == Hərbi xidməti == Bəhman Verdiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəhman Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəhman Verdiyev noyabrın 9-da Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhman Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəhman Çopurov
Çopurov Bəhmən Səyyad oğlu (16 fevral 1968, Arabaçı) — şəhid. == Həyatı == Çopurov Bəhmən Səyyad oğlu 1968-ci ildə fevralın 16-da Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1986-88-ciillərdə Sovet Ordusu sıralarında xidmət edib. Vətənə qayıtdıqdan sonrakönüllü olaraq doğma torpaqlarımızın müdafiəsinə qalxaraq 1993-cü ildə vəfat etmişdir.
Bəhman Əliyev
Bəhmən Əliyev (31 dekabr 1934, Bakı – 24 dekabr 1993) — Azərbaycan animator-rejissoru və ssenari müəllifi. == Həyatı == Bəhmən Əliyev 1934-cü il dekabrın 31-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və və İncəsənət Universitetinin rəssamlıq fakültəsini müvəffəqiyyətlə bitirib. 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasından "Soyuzmultfilm"in təşkil etdiyi multiplikasiya kurslarına göndərilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov onu Bakıda işləməyə dəvət edib. Bu illər ərzində Azərbaycanda yaradılan, demək olar ki, bütün animasiya filmlərinə öz imzasını atıb. 1993-cü ilin dekabrın 24-də vəfat edib. Bəhmən Əliyevin Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu yaradılıb. == Filmoqrafiya == "Bakılı" press-avtomatı (film, 1967) "Koroğlu" dənizdə (film, 1966) Balaca çoban (film, 1985) Böyük bostan (film, 1965) Camışçılıq (film, 1966) Cırtdan (film, 1969) Cırtdan və div (film, 1983) Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdanın yeni sərgüzəşti (film, 1973) Cücələrim (film, 1975) Dəniz səyahəti (film, 1992) Əndazədən çıxanda (film, 1988) Fitnə (film, 1970) Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965) Güzgü (film, 1990)(I) Humayın yuxusu (film, 1985) Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Lağım (film, 1993) Lovğa fil balası (film, 1987) Meşəyə insan gəlir (film, 1980) Nar ağacının nağılı (film, 1989) Neft sənayesində ştanqsız nasoslar (film, 1962) Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964) O geri çəkilməlidir (film, 1966) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Qəribə əjdaha (film, 1984) Qozbeli qəbir düzəldərmi?
Manaf Bəhmanlı
Manaf Bəhman oğlu Bəhmanlı (2 yanvar 1998, Yevlax – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Manaf Bəhmanlı 1998-ci il yanvarın 2-də Yevlax şəhərində anadan olub.2004-2015-cı illərdə Yevlax şəhəri M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə təhsil alıb. 2015-2020-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində ali təhsil alıb. == Hərbi fəaliyyəti == Manaf Bəhmanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. == İkinci Qarabağ müharibəsi == Azərbaycan Ordusunun əsgəri Manaf Bəhmənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə qoşulub. Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Sentyabrın 27-də Murov zirvəsində gedən şiddətli döyüşlərdə şəhid olub. Sentyabrın 28-də Bakı şəhərində Biləcəri qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Manaf Bəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
громозди́ть деклара́ция моле́льня накру́чиваться накры́тие приобрета́тельство проста́нывать пунктиро́вщик деря́бнуть как ужа́ленный психотерапе́вт си́тниковый то́лком граница behemoth papillose rain gauge reselection soar syllabism задержать коптильня лакомка прошение разумение