BƏHNAN
BƏHRAMGUR
OBASTAN VİKİ
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Atabəyli — “Tərəqqi” medalı ilə təltif olunmuş diaspor nümayəndəsi Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor I Bəhram — Sasani dövlətinin dördüncü hökmdarı II Bəhram — Sasani dövlətinin şahı.
Bəhram (Mərənd)
Bəhram (fars. بهرام‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,573 nəfər yaşayır (373 ailə).
Bəhram Ağayev
Ağayev Bəhram Cəfər oğlu (1884, Sərab, Şərqi Azərbaycan ostanı – 7 noyabr 1956) — peşəkar inqilabçı, İranda Məşrutə inqilabı və 1-ci Rusiya inqilabının iştirakçısı , "Ədalət" təşkilatının yaradıçılarından biri və MK-nın sədri. RSDFP-nın üzvü. == Həyatı == "Ədalət" təşkilatının yaradıçılarından biri olan Ağayev Bəhram Cəfər oğlu 1884-cü ildə İranda anadan olmuşdur. 1904-cü ildən Sov.İKP üzvü. 1903-cü ildə inqilabi hərəkata qoşulmuş, Bakı proletariatının 1904 il dekabr ümumi tətilində, 1905–07 illər inqilabında iştirak etmişdir. 1905–11 illər İran inqilabının iştirakçılarından idi. Bakı Sovetinin (1917), RK(b)P BK-nın üzvü olmuşdur. 1918 ildən "Ədalət"-in sədri seçilmişdi. Gilan inqilabının iştirakçısı idi. AK(b)P MNK Rəyasət hey'əti və Azərbaycan SSR MİK üzvü seçilmişdir.
Bəhram Aşurov
Bəhram Aşurov (1 iyul 1943, Qax rayonu – 24 iyul 1994, Bakı) — Azərbaycanda damar cərrahiyyəsinin əsasını qoymuş alimlərdən biri, 1991–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin birinci prorektoru, tibb elmləri doktoru, professor. == Həyatı == Bəhram Məhəmmədrəsul oğlu Aşurov 1 iyul 1943-cü ildə Qax rayonunda anadan olmuşdur. 1950–1960-cı illərdə Qax rayonunda orta təhsil almış və məktəbi gümüş medalla bitirmişdir. O, 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1964–1966-cı illərdə tələbə ikən Semaşko adına şəhər xəstəxanasının cərrahiyyə şöbəsində tibb qardaşı kimi işə başlamışdı. İnstitutu bitirdikdən sonra 1966–1967-ci illərdə Mingəçevir şəhər xəstəxanasında cərrah işləmişdir. 1967–1969-cu illərdə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun kardiologiya şöbəsində 2 illik kliniki ordinatura keçmişdir. Ordinaturada oxuduğu illərdə Bəhram Aşurov görkəmli kardioloq, professor Cahangir Abdullayevin rəhbərliyi altında "Qaraciyərin sirrozlarında elektrolit mübadiləsinin vəziyyəti" mövzusunda namizədlik dissertasiyasını tamamlamış və 1970-ci ildə müdafiə etmişdir. O, kiçik elmi işçi vəzifəsində institutda saxlanmış və 1970–1972-ci ildə institutun elmi katibi vəzifəsində işləmiş, 1972–1973-cü illərdə institutun pulmonologiya laboratoriyasına baş elmi işçi seçilmişdir. 1973-cü ildə isə respublikada yeni təşkil edilmiş damar cərrahiyyəsi şöbəsinə baş elmi işçi vəzifəsinə keçirilmişdir.
Bəhram Bağırzadə
Bəhram Bağırzadə (tam adı: Bəhram Arif oğlu Bağırzadə; 4 sentyabr 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı və fəaliyyəti == Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 1979–1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olmuşdur. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır.
Bəhram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Bəhram Gur
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Bəhram Hüseynov
Bəhram Bəhlul oğlu Hüseynov (4 iyun 1956, Bakı – 10 fevral 2023) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti. == Həyatı == Bəhram Hüseynov 1956-cı il iyun ayının 4-də Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirmişdir və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışmışdır. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilmiş, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993–1994-cü illərdə ABŞ-nin Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirmişdir. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışmışdır. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışmışdır.
Bəhram Mansurov
Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (12 fevral 1911, Bakı – 14 may 1985, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Bəhram Mansurovun musiqişünas babası Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşlar. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Böyüklər evdə olmayanda o,tarlardan birini götürüb kökdən salana kimi çalırdı. Bahramın babası Məşədi Məlik muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olmuşdur. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır. Bəhram Mansurovun əmisi Mirzə Mansur isə uzun müddət konservatoriyada çalışmışdır.
Bəhram Mirzəyev
Mirzəyev Bəhram Rüstəm bəy oğlu (1891–1974) — professor (1960), pedaqoq, əməkdar elm xadimi. == Həyatı == Rüstəm bəyin dördüncü oğlu Bəhram bəy 16 aprel 1891-ci ildə Şuşa şəhərində dünyanı tanımışdı. Bəhram bəy haqqında tədqiqatçı-jurnalist Vasif Quliyev araşdırma aparıb. Həmin araşdırmanı yazımızda verməyi gərəkli bildik. Vasiq Quliyev yazır: "Bütün ziyalılar kimi rus ordusunun polkovniki Rüstəm bəy Mirzəyev də oğlu Bəhram bəyi orta təhsil almaq üçün Şuşada dövrün ən nüfuzlu təhsil müəssisələrindən sayılan real məktəbə qoymuşdu. O, oğlunu da özü kimi hərbçi görmək istəyirdi. Ona görə də tətillərdə, istirahət günlərində, xüsusi ilə də, yay aylarında Bəhram bəyi özü ilə Xankəndində xidmət etdiyi qərargaha aparır, oğlunu hərbi işə alışdırmağa çalışırdı. Bəhram bəy hələ lap balacaykən artıq at minməyi, silahla davranmağı, güllə atmağı bacarırdı. Lakin sinifdən-sinifə keçdikcə onda dəqiq elmlərə, xüsusən də, fizika və riyaziyyat fənlərinə meyl daha da artırdı. Bu meylin də əsas səbəbi bir tərəfdən müəllimlərinin maraqlı dərs keçməsi, digər tərəfdən də məktəbdə müasir avadanlıqla və cihazlarla təchiz olunmuş fizika və riyaziyyat kabinetləri idi.
Bəhram Məmmədli
Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946 - 2 dekabr 2019) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti. == Həyatı == Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində dövlət qulluqçusu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi. == Təhsili və karyerası == 1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş,1961-1965-ci illərdə Ü.Hacıbəyov adına Ağdam musiqi texnikumunda təhsil almış, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 1994-2002-ci illərdə Naxçıvan Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmiş, 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Bəhram Məmmədzadə
Bəhram Məmmədzadə (18 aprel 2000, Kəlvəz, Lerik rayonu – 1 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhram Elman oğlu Məmmədzadə 2000-ci il aprelin 18-də Lerik rayonun Kəlvəz kəndində anadan olub. Subay idi. Qardaşı İman Məmmədzadə də İkinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Bəhram Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhram Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamı ilə Bəhram Məmmədzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Bəhram Məmmədzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Bəhram Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Bəhram Mənsurov
Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (12 fevral 1911, Bakı – 14 may 1985, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Bəhram Mansurovun musiqişünas babası Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşlar. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Böyüklər evdə olmayanda o,tarlardan birini götürüb kökdən salana kimi çalırdı. Bahramın babası Məşədi Məlik muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olmuşdur. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır. Bəhram Mansurovun əmisi Mirzə Mansur isə uzun müddət konservatoriyada çalışmışdır.
Bəhram Nərimanov
Bəhram Nərimanov — Əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyatı == Azərbaycanda idman akrobatikası üzrə ilk SSRİ idman ustası adını alan Nərimanov 1959-1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olub. O, 1960-1972 və 1994-2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri vəzifəsində çalışıb. Nərimanov ölkə prezidenti tərəfindən bədən tərbiyəsi və idmanın inkişafındakı əməyinə görə "Şöhrət" ordeninə layiq görülüb. Həmçinin prezident təqaüdçüsü olan akrobat 80-dan çox elmi məqalənin müəllifidir. Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Bəhram Nərimanov 10 iyun 2010-cu ildə 77 yaşında dünyasının dəyişib.
Bəhram Nəsibov
Bəhram Nəsibov (Bəhram Paşa oğlu Nəsibov; 22 iyun 1942, Aşağı Rəfədinli, Qaryagin rayonu – 1998, Bakı) — bəstəkar, şair, tarzən və gitaraçı. == Həyatı == Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 12 yaşı olanda atasını itirir. 1962–1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Vuruldum, ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib.
Bəhram Osmanov
Bəhram Osmanov (tam adı: Bəhram Məcid oğlu Osmanov; d. 1 oktyabr 1962, Gəncə) — Azərbaycanın teatr rejissoru, aktyor, Azərbaycan (2007) və Kalmıkiya (2014) Respublikalarının əməkdar incəsənət xadimi, 2012-ci ildən 2022-ci ilə qədər Gənc Tamaşaçılar Teatrının baş rejissoru çalışıb == Həyatı == Bəhram Məcid oğlu Osmanov 1985-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1987-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışan B. Osmanov T. Vilyamsın "Şüşə heyvanxana", B. Vahabzadənin "Hara gedir bu dünya?", "Cəzasız günah", Y. O’Nilin "Qarağaclar altında məhəbbət", V. Babanlının "Ana intiqamı", Ə. Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", C. Cabbarlının "Ədirnə fəthi", U. Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", R. Novruzovun "Hələ "sevirəm" deməmişdilər", H. İbsenin "Oyuncaq ev" tamaşalarına maraqlı səhnə həlli vermişdir. İstedadlı rejissor B. Osmanov Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V. Şukşin), Gəncə Dövlət Dram Tetrında "At ilinin birinci ayı" (R. Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A. Tammsaars), "Günahsız müqəssirlər" (A. Ostrovski), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə. Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A. Çexov), "Bəyaz gecələr" (F. Dostoyevski), "Yurd yeri" (E. Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) tamaşalarının quruluşçu rejissoru olmuşdur. Hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışır. == Mükafatları == Əməkdar incəsənət xadimidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2018-ci ildə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının festival və tədbirlərində, həmçinin Rusiya və Azərbaycan teatrları arasında yüksək peşəkarlıq, dostluq və mədəni əlaqələrin inkişafına görə Ümumrusiya Teatr Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 28 oktyabr 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Bəhram Pənahov
Pənahov Bəhram Xıdır oğlu (2 iyul 1987, Qardaşkənd, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 iyul 1987-ci ildə Sabirabad rayonunun Qardaşkənd bölgəsində dünyaya gəlmişdir. 1992-ci ildə Sabirabad rayonu M.Məmmədov adına Nizamikənd tam orta məktəbinin birinci sinfinə qəbul olub. == Döyüş yolu == Pənahov Bəhram Xıdır oğlu 2005-ci ildə Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıbƏsgərlik illəri Qazax rayonunun “N” saylı hərbi hissədə keçib. 2007-ci ildə hərbi xidməti müvəffəqiyyətlə başa vurub doğma kəndinə geri qayıdıb. Bəhram 12 iyul 2020-ci ildə Tovuz döyüşlərində iştitak etmişdir. Daha sonra Sabirabad rayon Hərbi Komissarlığına gedərək könüllü olaraq ordu sıralarına yazılır. Bəhram “N” saylı hərbi hissənin tərkibində Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş əməliyyatı Xocavənd istiqamətində olub. Bəhram Pənahov müharibənin bitməsinə 9 saat qalmış , 9 noyabr 2020-ci il tarixdə son döyüşünü aparıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Bəhram Rəcəbzadə
Bəhram Xudaverdi oğlu Rəcəbzadə (3 avqust 1991, Urmiya) — "Altın Kurt" ləqəbli peşəkar Azərbaycan kikboksçusu. Kikboksinq üzrə 3 qat İran və 8 qat super liqa (İran və Türkiyə) çempionu, 3 qat Azərbaycan çempionu, 2009-cu ildə Antalyada keçirilmiş WOF açıq Avropa və 2011-ci il WOF ağır çəkidə (91+) dünya çempionu, Asiya çempionu, Avropa 2-cisi, WKF-nın dünya kəməri sahibi, 2013-cü ildə Afinada keçirilmiş WPKA dünya versiya üzrə dünya kəmərinin sahibi, əməkdar məşqçi. == Həyatı və kariyerası == Bəhram Rəcəbzadə 1991-ci ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. 7 yaşından etibarən idmanla məşğul olmağa başlayıb. Ilk nailiyyəti 10 yaşında olub. Kikboksinq üzrə 3 qat İran çempionu və 8 qat super liqa çempionudur. O, 2009-cu il WOF açıq Avropa, 2011-ci il WOF dünya çempionudur. WKF-nın dünya kəməri sahibidir. 2013-cü ildə WPKA dünya (Afina), 2016-cı ildə isə kikboksinq üzrə Azərbaycan çempionu olmuşdur. 2015-ci ilin dekabrında Orion İdman Klubunun dəvəti ilə Azərbaycana dəvət olunub və hazırda Azərbaycanı təmsil edir.
Bəhram V
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Bəhram Zahidov
Bəhram Zahidov (11 iyul 1951, Qaravəlli, İmişli rayonu) — 2004-2016-cı illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Hüquq Elmləri üzrə Respublika Problem Şurasının sədr müavini vəzifəsində çalışmışdır, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafat laureatı, Respublika Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Hüquqşünaslar Birliyinin üzvü. == Həyatı == Bəhram Zahidov 1951-ci ildə İmişli rayonunun Qaravəlili kəndində anadan olmuşdur. Orta məktəbi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, SSRİ Baş Prokurorluğunun Sankt-Peterburq şəhərindəki İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunu uğurla başa vurmuşdur. Qəsdən adam öldürmə ilə, narkobizneslə, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin cinayət hüquqi və kriminoloji problemlərinə həsr edilmiş çoxsaylı əsərlərin müəllifi, beynəlxalq ekspertdir. Taleyində Heydər Əliyevin müstəsna rolu olduğunu tez-tez vurğulayan Bəhram Zahidov, deyir: == Fəaliyyəti == 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının aspirantı olmuş və 1999-cu ildə "Qısqanclıq motivi ilə qəsdən adam öldürmə, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının doktoranturasına qəbul edilmiş, BMT-nin və Azərbaycan hökumətinin sifarişi əsasında tədqiqatlar apararaq "Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri (cinayət-hüquqi və kriminoloji istiqamətlər)" mövzusunda doktorluq dissertasiyasını 22 oktyabr 2015-ci ildə BDU-nin nəzdində yaradılmış Dissertasiya Şurasında uğurla müdafiə etmiş və hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qərarı ilə "Cinayət hüququ və kriminologiya, cəza icra hüququ" ixtisası üzrə professor elmi adı verilmişdir. 2003-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının, 2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının, 2015-ci ildə Rusiya Federasiyasının Hüquq Elmlər Akademiyasının, 2016-cı ildə Türk Dünyası Beynəlxalq Hüquq Akademiyasının həqiqi üzvü-akademiki seçilmişdir. Narkobiznes və terror üzrə Beynəlxalq Ekspertdir. 1975-1976-cı illərdə Sovet Ordusunda- Moskva hərbi dairəsində xidmətdə olmuşdur.
Bəhram bəy
Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu. == Fəaliyyəti == Şirvanşah I Fərrux Yasarın ölümündən sonra, onun yerinə h.906 (1500)-ci ildə oğlu Bəhram bəy keçdi. O, bir il hakimiyyət sürdükdən sonra h.907 (1501)-ci ildə öz əcəli ilə öldü. Mənbələrdə onun hakimiyyətinə dair heç bir məlumat verilmir. Bu vaxt İsmayıl Təbrizə girmiş, Azərbaycanın böyük bir hissəsini birləşdirmiş, qüdrətli olmuşdu.İsmayıl Şamaxını aldıqdan sonra öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasına çəkilir və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplayır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya getməyi əmr etdi və özü də səfərə çıxdı. Hülafə bəyin qarşısında duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə Gilan Biye Piş əyalətinin hakimi Karkiyə Mirzə Əlidən sığınacaq istəmək məqsədilə gəmi ilə oraya yollandı. .Hürşahın fərziyyəsinə görə, Şeyxşah Rəşt hakimi əmiri Hüsaməddinin sarayında gizlənmişdi. Belə ki, həmin vaxt Əmirlə Səfəvilər arasında düşmənçilik münasibətləri var idi və buna görə də o, Fərrux Yasarın oğluna sığınacaq verə bilərdi.Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Şəhərin hakimi onun yanına gələrək itaətini bildirdi.
Bəhram Çubin
Bəhram Çubin (? - təqribən 592) — Mihrani sülaləsinə mənsub Sasani sərkərdəsi və İran imperatoru (590 591). == Həyatı == Bəhram Çubin Bizansla mübarizəyə başçılıq etmiş, Orta Asiyadan İrana hücum edən Göytürk imperiyasının ordusunu məğlub edəndən sonra IV Hürmüzdü (579-590) taxtdan salmış və özünü şahənşah elan etmişdi. Lakin II Xosrov Pərviz Bizans qoşunlarının köməyi ilə Bəhram Çubinə qalib gəlmişdi (591). Bəhram Çubin türk xaqanının yanına getmiş və çox keçmədən orada öldürülmüşdür.
Bəhram Çələbi
Bəhram Çələbi — Azərbaycan yazıçısı. == Həyatı == Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləmişdir. == Yaradıcılığı == İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır. 1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib. Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb.
Bəhram İbrahimov
Bəhram İbrahimov (tam adı: İbrahimov Bəhram Məhəmməd oğlu; d. (1930-2016), Füzuli rayonu, Böyük Bəhmənli kəndi, Azərbaycan SSR, SSRİ— jurnalist, “İnşaatçı” qəzetinin şöbə müdiri (1949-2006), “İnkişaf” qəzetinin redaktoru (2006-2016), Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri, “Qızıl Qələm” mükafatı laureatı, “Nurlu Qələm” və “Ustad Qələm Sahibi” == Həyatı == İbrahimov Bəhram Məhəmməd oğlu 1930-cu ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunu fransız dili mütəxəssisi kimi bitirmişdir. Sonralar Jurnalist Sənətkarlığı institutunu qutarmış, Moskvadakı V.İ. Lenin adına Hərbi Siyasi Akademiyanın, habelə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun kadrların təkmilləşdirilməsi kursunun müdavimi olmuşdur. Əmək fəaliyyətinə Füzuli rayonunda müəllim kimi başlamış, Sənaye Tikintisi Nazirliyinin fəhlə yataqxanasında tərbiyəçi kimi fəaliyyət göstərmişdir. Mətbuatda 1949-cu ildən fasiləsiz çıxış etmiş, ölkə tikinti kompleksinin bütün sahələrini işıqlandıran sanballı və dəyərli yazılar dərc etdirmiş, ən mühüm buraxılış obyektlərindən maraqlı səhifələr hazırlamışdır. 40 ildən artıq “İnşaatçı” qəzetində şöbə müdüri işləmişdir. O, “İnşaatçı”nı quran, zamanın keşməkeşlərindən üzüağ, qalib çıxmasına yardım edən insanlardan, prinsipial jurnalistlərdən idi. 2006-cı ildən Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) orqanı olan “İnkişaf” qəzetinin redaktoru, Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri olmuşdur. Bəhram müəllim tək öz ömrünü deyil, yüzlərlə insanın tale yükünü daşıyan el ağsaqqalı, çoxlarının qaranlıq yoluna işıq salan ziyalı və əsl azərbaycanlı idi.
Bəhram Əfşar
Bəhram Əfşar və ya Qasım Əfşar (5 noyabr 1951, Tehran – 16 may 2018, Tehran) — İran televiziyasının xəbər ankeri. == Həyatı == Tehran şəhərində dünyaya gəlib.
"Bəhram Gur" stansiyası
"Bəhram Gur" stansiyası — Bakı funikulyorundakı 2 stansiyadan biri; Azneft meydanına çıxır. "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" stansiyalar arası məsafə 455 metrdir. == Tarixi == 1960-cı il mayın 5-də istifadəyə verilmişdir.
Aşıq Bəhram Həsənov
Aşıq Bəhram Həsənov (tam adı: Bəhram Alı oğlu Həsənov) — Azərbaycan aşığı, Qazax Müəllimlər Seminariyasının məzunu. == Həyatı == Aşıq Bəhram 1918-ci ildə Qazaxın Daş Salahlı kəndində anadan olmuşdur. Ustadları Qərbi Azərbaycanın Basarkeçər rayonundan Aşıq Hümbət və Aşıq Sadıx olmuşdurBir çox qoşma, divani və təcnisləri var.Aşıq Bəhram 1991-ci il aprelin 11-də vəfat edib.
Bəhram Gur (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Bəhram Gur heykəli
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır. Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.
Bəhram Gur stansiyası
"Bəhram Gur" stansiyası — Bakı funikulyorundakı 2 stansiyadan biri; Azneft meydanına çıxır. "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" stansiyalar arası məsafə 455 metrdir. == Tarixi == 1960-cı il mayın 5-də istifadəyə verilmişdir.
Bəhram Gur və Fitnənin ova çıxması
Bəhram Gur və Fitnənin ova çıxması - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Müzəffər Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram şahın Fitnə adlı ay üzlü, zirək və ağıllı bir kənizi var idi. Bir gün şah növbəti ov səfərinə Fitnəni də özü ilə aparır. Onun şücaəti hamını heyrətə salsa da, Fitnə şahın qoçaqlığına qarşı susur, nazındanmı, hiyləsindənmi, nədənsə şahı tərifləmir. Bu zaman uzaqda bir maral qaçır: Fitnə şaha cavab verir ki, == Təsvir == Miniatürdə Bəhramın oxla gurun dırnağını qulağına tikdiyi an təsvir edilmişdir. Burada əsas fiqurlardan əlavə daha dörd süvari, müxtəlif səmtlərə qaçışan iki gur və dağ keçisi təsvir olunmuşdur. Əlində musiqi aləti tutan Fitnə şahı müşayiət edir. Gənc xidmətçi onun atını yedəyə almışdır.
Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır: Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra: == Təsvir == Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.
Bəhram Gurun heykəli
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır. Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.
Bəhram Gurun şir ovu
Bəhram Gurun şir ovu - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram Gurun vəhşi heyvan ovunu çox sevməsi, atdığı oxların boşa çıxmaması tərif olunur. Şair yazır ki, hətta Bəhram bir dəfə guru pəncələri altına almış şiri oxla hədəfə alıb, onu öz qurbanı ilə bir-birinə tikmişdir. == Təsvir == Nizaminin təsvir etdiyi bu qəhrəmanlıq epizodu bir çox rəssamlar kimi Sultan Məhəmmədi də maraqlandırmışdır. Miniatürün mərkəzində atlı Bəhram, onu müşayiət edən saray əyanları və şahın sevimli kənizi Fitnə təsvir olunmuşdur.XVI əsr Təbriz miniatür məktəbinin üslubuna uyğun olaraq Sultan Məhəmməd öz kompozisiyasında əsl süjetlə əlaqəsi olmayan çoxlu heyvan və başqa personajlara geniş yer vermişdir. Bütün bunlarla yanaşı, o, əsas süjet fonunda heyvanat aləminə xas olan kiçik bir epizod da təsvir etmişdir. Bu epizod təbiətən bir-birinə düşmən olan xallı pələnglə aynın əhvalatıdır; sıldırım qaya üzərində dayanan ayı özündən aşağıda ona tərəf dırmanan pələngə atmaq üçün iri bir qaya parçasını havaya qaldırmışdır. Ayının sui-qəsdini təsvir edən bu epizod nə qədər maraqlı olsa da, tamaşaçının diqqətini əsas süjetdən yayındırmır.Miniatürün aşağı hissəsində imza olaraq "Ustad Sultan Məhəmmədin əməli" sözləri yazılmış, ətrafdakı kitabələrə isə poemanın müvafiq mətnindən yeddi beyt göçürülmüşdür.
Bəhram Gurun əjdahanı öldürməsi
Bəhram Gurun əjdahanı öldürməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Məhəmməd Zaman tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatür əlyazmasına sonradan əlavə edilmişdir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Təsvir == Əsərdə şərq miniatürlərinə xas olan kompozisiyanın ənənəvi sistemi dəyişdirilmişdir. Atlı Bəhram, ön planda qabarıq verilmiş caib əjdahaya ox atır. Arxa planda ağaclı dağlar və Avropa tipli bir ev görünür. Rəssam şərq üslubunu yalnız Bəhramın geyimində və surətində saxlamışdır. == Tədqiqi == 1675-ci ildə Bəhram Gurun əjdahanı öldürməsi mövzusunda miniatür işləmiş Məhəmməd Zaman, İtalyan rəssamlığından təsirlənmişdir. Nadir Zamanov qeyd edir ki, "İtaliyada təhsil almış bu rəssamın yaradıcılığında klassik miniatür üslubu ilə realistik Avropa boyakarlığının xüsusiyyətləri birləşir." İvanovun fikrincə isə, Məhəmməd Zaman İsfahanda hansısa italyan rəssamdan təhsil almışdır.
Bəhram Hüseynov (geoloq)
Bəhram Bəhlul oğlu Hüseynov (4 iyun 1956, Bakı – 10 fevral 2023) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti. == Həyatı == Bəhram Hüseynov 1956-cı il iyun ayının 4-də Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirmişdir və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışmışdır. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilmiş, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993–1994-cü illərdə ABŞ-nin Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirmişdir. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışmışdır. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışmışdır.
Bəhram Mirzə Səfəvi
Əbil-Fəth Bəhram Mirzə Səfəvi (7 sentyabr 1517, Marağa, Şərqi Azərbaycan ostanı – 1549) — sənətçi və ədib şahzadə. == Həyatı == 7 sentyabr 1518-ci ildə Şah İsmayıl Xətai və Şah Sultanın ikinci övladı olaraq dünyaya gəlmişdir. Saray təhsili almışdır. == Fəaliyyəti == İctimati fəaliyyətə ilk dəfə 11 yaşında Xorasan vilayətinin hakimi kimi başlamışdır. Herat qalasında Qazi xan Təkəlinin qəyyumluğu altında yaşayan Bəhram Mirzənin hakimiyyəti özbəklərin hücumları ilə kölgələnmişdi. 1532-ci ilin yazından 1533-cü ilin oktyabrına qədər mühasirədə qalan Bəhram Mirzə 1533-cü ildə qardaşı Sam mirzə Səfəvi ilə əvəz olundu. 1534-cü ildə Azərbaycanı Osmanlıya qarşı qoruyan Bəhram, 1536-cı ildə Lahicana hakim təyin edildi. Lakin yerli xalqla əlaqəsi zəif olan Bəhram bu dəfə 1546-cı ildə Həmədana hakim təyin edildi. Əlqas mirzə Səfəvinin həbsində önəmli rol oynayan Bəhram 1550-ci ildə qəflətən vəfat etdi. == Ailəsi == İmadəddin Şirvaninin bacısı Zeynəbsultan xanım ilə evlənmişdir.

Digər lüğətlərdə

ветло́вый костре́ц менструи́ровать обагря́ть осове́в радиору́бка инквизи́торша карти́на лучеза́рность неприкры́тый одурева́ть рассе́янный самонастро́йка то́лько бы ши́ворот жбан лейма breezeblock carol dumb sanguinivorous кот пособие практикант рельеф