BƏLA

is. [ ər. ]
1. Uğursuzluq, bədbəxtlik, müsibət, fəlakət, afət. Ona bəla üz verdi.
– Bu nə bəladır ki, … dağlar və daşlar da quraqlıqdan od tutub yanır. C.Məmmədquluzadə.
…Kiçik bir xata böyük bəlalar törədər. M.İbrahimov.

// Məc. mənada.
[İrakli:] Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qonşumuz xanların qoşunu ilə birləşib, bu gələn bəlanı tezlik ilə dəf edək… Ə.Haqverdiyev.
On nəfər polis ədibin qapısını açıb bəla kimi içəri soxuldu. Mir Cəlal.

2. Qəm, qüssə, kədər, dərd, əzab, iztirab.
Bəladan xali olmaz aləm içrə aşiqi-sadiq. S.Ə.Şirvani.

□ Bəla çəkdirmək – zülm etmək, əziyyət vermək, çox incitmək.
Bəla çəkmək – müsibət və məşəqqət görmək, çox ağır hallar keçirmək.
Bəlasını çəkmək – əziyyətinə dözmək, qatlaşmaq, əziyyətini çəkmək.
Əzəldən canımı eşqin yolunda çün qoymuşam; Bəlasını çəkərəm, dönməzəm bəlasından. Nəsimi.

Bəlaya düçar olmaq – fəlakətə məruz qalmaq.
Bəlaya düşmək – əziyyətə, müsibətə məruz qalmaq, xataya düşmək, çətin vəziyyətə düşmək.
Əgərçi zülfünə dami-bəla demiş aqil; Bu damə kim ki, gəlib düşmədi, bəlayə düşər. Nəsimi.

Bəlaya salmaq – müsibətə salmaq, çətin vəziyyətə salmaq.
Zəmanə zülfü rüxündən bəlayə saldı bəni; Həm ol zəman ki, seçildi qərası ağından. Nəsimi.

Bəlayi-müsibətlə – çox çətinliklə, böyük çətinlik və əziyyətlə.
Bir bəlayi-müsibətlə bunun [Fərəcovun] qrimini təmizləyib, şad-xürrəm hamı öz evinə getdi. H.H.Sarabski.

Bəlayi-nagəhan – gözlənilməz bəla, afət (bəzən məcazi mənada işlənir). Bu prokuror ki, görürsünüz, bir vaxt N.
qəzasının bəlayinagəhanı idi. Ə.Haqverdiyev.

◊ Başa bəla kəsilmək – daima incitmək, gözümçıxdıya salmaq, daim əngəl törətmək.
[Varis] tələbələrin başına bəla kəsilmək, onları təhqir etməkdən zövq alırdı. A.Şaiq.

Başına bəla açmaq – əngələ salmaq, çıxılmaz vəziyyətə salmaq, əngəl törətmək.
Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. M.F.Axundzadə.
Katibin Sübhanverdizadəyə ötən günü hilli-mixəkli çay verməyi indi onun başına böyük bir bəla açmış oldu. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏLA bəla bax 1. fəlakət; 2. qada; 3. qəm
  • BƏLA uğursuzluq — bədbəxtlik — müsibət — fəlakət — afət
  • BƏLA qəm — qüssə — kədər — dərd — əzab — iztirab

Antonimlər (əks mənalı sözlər)

  • BƏLA BƏLA – XOŞBƏXTLİK Kiçik bir xəta böyük bəlalar törədir (M.İbrahimov); Əfsus ki, yazıq Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi (S
BƏQİYYƏ
BƏLADİDƏ
OBASTAN VİKİ
Ağıldan bəla
Ağıldan bəla (rus. Го́ре от ума́) — Aleksandr Qriboyedovun 1824-cü ildə yazdığı komediya. == Məzmunu == Əsər XIX əsrin 20-ci illərində Rusiya imperiyasında azadlıq ideyalarının geniş yayılmasınnda mühüm rol oynamışdır. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi və bu cəmiyyətin sütunları sayılan dvoryan-saray zadəganlığının mühafizəkarlığı, böyük rütbə sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar aləminin vətənpərvərlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi irinləmə, tipik məişət səhnələri və tipik surətlərlə inandırıcı bir formada əks etdirilmişdi. Əsər 4 pərdədən ibarətdir.
Daimi bəla (film, 2002)
Şər Yuvası (Əsl adı: Resident Evil) 2002-ci ildə çıxmış bir qorxu filmi. Rejissor Paul Anderson, Capcom'un Resident Evil adlı video oyunundan ilhamlanaraq hazırlanmışdır. == Hekayə == Umbrella (Çətir) şirkətinin dünyanın bir çox yerində qurumları vardır. Amma əsas mərkəz şimali Amerikadaki Raccoon City-dir. Şirkət bir çox tekniki avadanlıqların istehsalı ilə dünyada məşhurdur. Amma Umbrellanın əsas gəlir məmbəsi istehsal etdiyi virus silahlarıdır. Bu viruslardan ən təhlükəli olanı T-virusudur. Umbrella şirkətinin virus istehsalı ilə məşğul olduğu sahə, yer altı Hive-də T-virusu yayılmağa başlar. Bunu izləyən şirkətin bütün gücünü əlində saxlayan Qızıl-Şahzadə adlı super kopyuter, virusun yayılmasının qarşısını almaq üçün, şirkətin bütün işçilərinin həyatı bahasına olsa belə, şirkətdəki bütün giriş və çıxış qapılarını bağlayır. Alis və dostları şirkət işçilərinə nə olduğunu öyrənmək üçün xüsusi təyinatlı S.T.A.R.S adlı hərbi komanda ilə birlikdə Umbrella şirkətinə gedərlər.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Bəlazuri
Əl-Bəlazuri (ərəb. اأحمد بن يحيى بن جابر البلاذري‎) Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri — IX əsr tarixçisi. Doğum ili 2-ci h.q yeri isə Bağdad, 892-ci ildə vəfat etmişdir. ikinci h.q əsrinin coğrafiya və tarixçilərindənidi ki Bağdadda yaşayıb Farsca kitabların Süryanicəyə çevirirdi. Yaquty Həməvi ondan çoxlu təriflər etmişdir. == Ad və soy == Onun nəsli və ataları bəlli deyil. Bəlazuri adı deyilməsinində səbəbi onun Bəlazur içib xəstə olmağından qaynaqlanır. Bəlazur adı hindustanda təbabətdə istifadə edilən bir meyvənin adıdır. == Kitabları == Ənsabül Əşraf Fütuhul Büldan Əhdi Ərdəşir Kitabül Əxbar === Fütuhul Büldan === Bu kitab peyğəmbər zamanından sonrakı savaşların tarixi kitabıdır və o, savaşları şəhər-şəhərə bəyan etmişdir. eləbil!
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. == Həmçinin bax == Ritorika Ritorik fiqurlar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. == Haqqında == Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar.Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir. Müəllif əsərdəki rəvayətləri müxtəlif Şiə və Sünni mənbələrindən götürmüşdür.
Nəhcül Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. == Haqqında == Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar.Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir. Müəllif əsərdəki rəvayətləri müxtəlif Şiə və Sünni mənbələrindən götürmüşdür.
Onun bəlalı sevgisi (film, 1980)
== Məzmun == Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir. Film yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Bayram Bayramov, İqor Strekov Bədii rəhbər: Həsən Seyidbəyli Quruluşçu rejissor: Ziyafət Abbasov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Əsəd Əsədov Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: L.Frankenberq Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: Elbrus Vahidov Fotoqraf-rəssam: Tofiq Kərimov (T.Kərimov kimi) İşıq ustası: M.Rəhmanov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Y.Əhmədov Operator assistenti: K.Haşımov, Q.Pastuşkov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Musiqi redaktoru: Rauf Əliyev (R.Əliyev kimi) Mahnı mətnlərinin müəllifi: Ramiz Rövşən Redaktor: Seyfəddin Dağlı, Eyvaz Borçalı Filmin direktoru: Aydın Dadaşov Mahnıların mətni: Fikrət Qoca Mahnı ifa edən: Flora Kərimova(titrlərdə yoxdur) === Rollarda === Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Şövkət Mikayıl Kərimov — Bəhruz Hacıbaba Bağırov — Qaraxalov Tofiq Mirzəyev — Sabirov Barat Şəkinskaya — nənə Sona Mikayılova — Xalidə Nelli Mahmudova E.Qarayeva Gümrah Rəhimov — sürücü Rafiq Qasımov Cahangir Aslanoğlu — sərgi iştirakçısı Elxan Ağahüseynoğlu — sərgi iştirakçısı Nadir Əsgərov — işçi Ş.Kamalzadə İ.Brodov Yusif Muxtarov — iclas iştirakçısı === Filmi səsləndirənlər === Əliabbas Qədirov — Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Mərziyyə (titrlərdə yoxdur) Sadıq Hüseynov — iclas iştirakçısı (titrlərdə yoxdur) Məhluqə Sadıqova — nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
İmam Hüseyn bəlağəti (Etimad)
İmam Hüseyn bəlağəti və ya əsil adı ilə Bəlağətul-Huseyn (ərəb. البلاغة حسين‎) — Ayətullah Seyid Mustafa Musəvi Ali Etimadın İmam Hüseynin (ə) xütbələri, məktubları və hikmətli sözlərindən ibarət kitabı. Əsərdə döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğu bir daha təsbit edilir. == Məzmun == Məzmun və tərtib etibarilə “Nəhcül-Bəlağə”yə bənzəyən “İmam Hüseyn Bəlağəti” kitabı döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin (ə) eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğunu göstərən dəyərli əsərdir. Kitabın orijinallığı da o həzrəti (ə) biz oxuculara məhz bu yöndən tanımağa imkan verməsində özünü büruzə verir. Kitabın tərcümə olunmasında məqsəd mömin bacı və qardaşlarımızı İmam Hüseynin (ə) şəxsiyyəti ilə daha yaxından tanış etməkdir. == Nəşr == Kitab 2018-ci ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 160 səhifədə 57x86 ölçüsündə çap edilib.Əsər 2018-ci ildə həm də Aslan Həbibov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Bəlağətül-Hüseyn" adı ilə Bakıda Nurlar nəşriyyatında çap edilib. Bu tərcümə 2019-cu ildə KainatFilm Studiyasında Elşən Rüstəmov və Rauf Ağakişiyev tərəfindən səsləndirilmiş, Hüseyn Həsənov və Camal İbadovun səs rejissorluğu ilə, Süleyman Fərzəliyev, Xeyrulla Zeynalov və Ziya Məlikov tərəfindən kitabın səsli (audio) variantı hazırlanıb. == İstinadlar == == Həmçinin bax == Nəhcül-Bəlağə == Xarici keçidlər == "İmam Hüseyn Bəlağəti" ( (az.)). qedimqala.az.
Əl-Bəlazuri
Əl-Bəlazuri (ərəb. اأحمد بن يحيى بن جابر البلاذري‎) Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri — IX əsr tarixçisi. Doğum ili 2-ci h.q yeri isə Bağdad, 892-ci ildə vəfat etmişdir. ikinci h.q əsrinin coğrafiya və tarixçilərindənidi ki Bağdadda yaşayıb Farsca kitabların Süryanicəyə çevirirdi. Yaquty Həməvi ondan çoxlu təriflər etmişdir. == Ad və soy == Onun nəsli və ataları bəlli deyil. Bəlazuri adı deyilməsinində səbəbi onun Bəlazur içib xəstə olmağından qaynaqlanır. Bəlazur adı hindustanda təbabətdə istifadə edilən bir meyvənin adıdır. == Kitabları == Ənsabül Əşraf Fütuhul Büldan Əhdi Ərdəşir Kitabül Əxbar === Fütuhul Büldan === Bu kitab peyğəmbər zamanından sonrakı savaşların tarixi kitabıdır və o, savaşları şəhər-şəhərə bəyan etmişdir. eləbil!

Digər lüğətlərdə

аплодисме́нты вски́дывание забурли́ть кошо́мка надвя́зывание перенасы́титься пересуши́ть полинези́йский приче́сться сте́ночка тара́щить дом свида́ний озолоти́ть попа́сть в руки потемне́ть рассредото́чиваться трюк клещи additionally curling disfranchise diving-duck hydroacoustic inviscate эстрагон