BƏLİ

əd.
1. Verilən suala müsbət cavab və ya təsdiq üçün işlənilir; hə, elədir; (yox ziddi).
[Şəhrəbanı xanım:] Bəli, baba dərviş çox razı oldum. M.F.Axundzadə.

Salman düşündü və: – Nə faciədir o? – dedi.
– Üsyan günlərinimi deyirsən? – Üsyan günlərini, bəli, üsyan günlərini. H.Nəzərli.
[Piri baba:] Bəli, qızım, qarışqaların toyudur. S.S.Axundov.
Bənna güldü, – bəli, – dedi, – gərək tələsək. Ə.Cəmil.

2. Çağırışa nəzakətli cavab.
Əhməd! – Bəli!
3. Anlaşılmayan bir sözü təkrar etdirmək üçün sorğu yerində işlənir. – Bəli, nə dediniz, eşitmədim.
4. Danışılanlara yekun vurmaq, ya fikirdə olan şeyləri xülasə etmək üçün söylənir.
Bəli, atları gətirdilər və minib, Təbrizdən çıxıb, üz qoyduq Araz kənarına tərəf hərəkət etməyə. C.Məmmədquluzadə.

5. Bəzən təəssüf, yaxud kinayə, narazılıq ifadə edir. Bəli, ömrümüzdən bir il də getdi! Bəli, əlli beşinci il də belə getdi! Bəli, bu da bu yandan çıxdı!

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏLİ BƏLİ (təsdiq ədatı) [Vəli:] Bəli, bu keçəl oruca ad-san çox lazımdır! (M.F.Axundzadə); ARİ (məh.) Dedi: – Ari, bu Məhəmməd o Məhəmməddir ki; Xəbərin v
  • BƏLİ

Etimologiya

  • BƏLİ Fars mənşəli sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BƏLĞƏMOTU
BƏLİM
OBASTAN VİKİ
Cənab Bəli (film, 2008)
Cənab Bəli (ing. Yes Man) — Peyton Ridin rejissoru olduğu və baş rolda Cim Kerrinin yer alıdığı 2008-ci il istehsalı komediya filmi.
Bəlil (Ərdəbil)
Bəlil (fars. بليل‎) — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xanəndəbil kəndistanında, Xalxal şəhərindən 3 km. cənubda, Xalxal-Miyanə avtomobil yolunun üstündədir.
Bəlistan (Sərab)
Bəlistan (fars. بالستان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (26 ailə).
Bəliton
Bəliton — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Bəliton, Horavenc və Şivlik kəndləri Günəhir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bəliton kəndi olmaqla Bəliton kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İstinadlar == 2.Aqşin Əliyev. Cənub bölgəsinin abidələr ensiklopediyası Bakı 2018.

Digər lüğətlərdə

ведро выка́лывать малоле́тний подфарти́ть поста́вить скептици́зм среднеязы́чный бездоказа́тельно вы́пас насова́ть прикно́пить увя́дший ферзь внушать мушкарь почка праца China silk drive-in emasculate multiplicand piccalilli дергач кактус мореходство