BƏLLƏMƏK

f.
1. Bəlli etmək, aydınlaşdırmaq, bilmək.
2. Nişanlamaq, gözaltı etmək, bələdləmək.
Tərlan kimi gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət.
[Polkovnik] ona [təyyarəçiyə] – Bizim topların yerini bəlləmək lazımdır, – dedi, – belə hallarda yaxşı gizlənmək məsləhətdir. M.Hüseyn.
Ertəsi gün səhər tezdən Tapdıq bəllədiyi kolluqda deyəsən bir qaraltı görən kimi oldu. Ə.Əbülhəsən.

3. Nişanəyə almaq.
İlyas otlar arasından baxıb, ağac başındakı “qarğaları” bəllədi, atəş açmağa icazə istədi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏLLƏMƏK aydınlaşdırmaq — bilmək
  • BƏLLƏMƏK nişanlamaq
BƏLLƏMƏ
BƏLLƏNMƏ

Digər lüğətlərdə

ва́куум запи́сывать застекле́ние инста́нция искарио́тский на тролле́йбусе паути́на перепряга́ние прибива́ние чесучо́вый даёшь! погада́ть полукафта́нье снаря́д фетр garageman physiographer repealer repressor sportswear structurally бомбосбрасыватель вольтаж надел сектантский