BƏNDALI
BƏNDİ
OBASTAN VİKİ
Rövşən Bəndəliyev
Rövşən Bəndəliyev (26 iyul 1974, Hacıqabul rayonu) — fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru. == Həyatı == Bəndəliyev Rövşən Əlifağa oğlu 26 iyul 1974-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur. == Təhsili == R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin "Riyazi analiz" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1999-cu illərdə Bakı Dövlət Universitetində R. Ə. Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin, f.-r.e.d., prof. B. İ. Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, onların əməkdaşları olduqları "Riyazi analiz" kafedrasında ixtisas kursu keçmiş və bu kafedranın və Azərbaycan Respublikasının ilk magistrlərindən olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinə əyani aspiranturaya qəbul olmuşdur. 2000-ci ildə İnstitutun "Riyazi analiz" şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülmüşdür. === Elmi fəaliyyəti === 2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi altında "Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Rəhilə Bəndəliyeva
Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — tanımış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == 1958 il müəllimin ailəsində, Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970 ildə ailə ilə Bakıya köçüb. 1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir. == Mükafatları == Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adla təltif olunub. == Şəxsi həyatı == 1982-ci ildə ailə qurub, iki uşağı var.
Əliəkbər Bəndəliyev
Əliəkbər Bəndəliyev (23 aprel 2001; Çadırlı, Salyan, Azərbaycan — 10 oktyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Bəndəliyev Əliəkbər Qulu oğlu 23 aprel 2001-ci ildə Salyanın Çadırlı kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Suqovuşan, Hadrut istiqamətlərində döyüşlərdə iştirak edib. Baş kəşfiyyatçı və baş müşahidəçi olan Əliəkbərin verdiyi dəqiq koordinatlar sayəsində bir neçə dəfə düşmənə ağır zərbə vurulub. Son dəfə oktyabrın 8-i evlə əlaqə saxladıqdan sonra döyüşə yollanıb. 10 oktyabr tarixində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.

Значение слова в других словарях

в ю́бке культуртре́герствовать лапшеви́дно моро́женник ороси́ть слу́шатель стесни́тельный унисо́нно борщо́к гелиоцентри́ческая система мира гуса́к за ле́кторша обкури́ть сино́птика урегули́рование die-away earmark semester squat jump активный блюминг наигранный по-зимнему фантазёр