bəndləmək
bənövşə rəngi
OBASTAN VİKİ
Bənövşə
Bənövşə (rəqs) — Bənövşə — Azərbaycanın milli rəqsi. Bənövşə (oyun) — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü. Bənövşə (bitki) — bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. Bənövşəkimilər — İkiləpəlilər sinfinin Malpiqaçiçəklilər sırasına aid bitki fəsiləsi. Bənövşəyi – rəng çaları. Qırmızı + Mavi = Bənövşəyi Bənövşələr — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə. Bənövşə oyunu — qədim uşaq oyunu.
Bənövşə (bitki)
Bənövşə (lat. Viola) — bənövşəkimilər fəsiləsinə aid bitki cinsi.Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 500-ə (bəzi mənbələrə görə isə 700-ə) yaxın bioloji növü məlumdur. == Yayılması == Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb. == Növləri == Çəmənlik bənövşəsi (Viola arvensis Murr.) Ətirli bənövşə (Viola odorata L.) Üçrəng bənövşə (Viola tricolor L.) == İstinadlar == Bənövşə (bitki):The Plant List saytında takson barədə məlumat.
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə (rəqs)
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Bənövşə Ağabalayeva
Bənövşə Mövlüd qızı Ağabalayeva — kolxozçu. == Həyatı == 1941-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta təhsili var. 1961-ci ildən Xaçmaz rayonundakı M. Qorki adına sovxozun fəhləsi olmuşdur, 1974-cü ildən "Ukrayna" sovxozun fəhləsidir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Xudat seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı. == Həyatı == Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.
Bənövşə oyunu
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Bənövşə rəqsi
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Çılpaq bənövşə
Çılpaq bənövşə (lat. Viola epipsila) — bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Çılpaq bənövşə çoxillik bitkidir. Hündürlüyü 8-15 sm olur. Yarpaqları azacıq dairəvidir. Yarpaqların yuxarı hissəsi daha çox hamardır. Çiçəkləri zəif iyli olur və rəngi göyə çalır, ölçüsü isə mahmızla birlikdə 1,5-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Vegetativ yolla çoxalır.. == Mühafizə statusu == Geniş yayılmasına baxmayaraq, çılpaq bənövşə Polşanın Qırmızı kitabına salınıb..
Üçrəng bənövşə
Üçrəng bənövşə (lat. Viola tricolor) — bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bənövşə cinsinə aid bitki növü. Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər,buğumlu, ağımtıldır. == Yarpaq == Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir,qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir,demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. == Çiçək == Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir,tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir;çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. == Meyvə == Qutucuq şarşəkili və yarım şarşəkillidir,qismən sıx qısa tüklüdür. == Çiçəkləməsi == Mart-Aprel (May) == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax. düz.
Açıq bənövşəyi
Açıq bənövşəyi — Bənövşəyi rəngin açıq çaları.
Bənövşədərə
Bənövşədərə (Çaroymaq)
Bənövşədərə (Bostanabad)
Bənövşədərə (fars. بنفشه درق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (11 ailə).
Bənövşədərə (Çaroymaq)
Bənövşədərə (fars. بنفشه درق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (23 ailə).
Bənövşədərə (Ərdəbil)
Bənövşədərə (fars. بنفشه درق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 339 nəfər yaşayır (65 ailə).
Bənövşəkimilər
Bənövşəkimilər (lat. Violaceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Bənövşəkimilərin 300 növünü özündə birləşdirən 15 cinsi var. Bu cinslərin içərisində ən çox yayılmışı bənövşədir (Viola). Bənövşəkimilərin ot bitkisi olan növləri mülayim qurşaqlarda, kol və yarımkol növləri isə tropik qurşaqlarda bitir. Bənövşəkimilərin 3 yarımfəsiləyə ayrılır: Violeae, Rinoreeae və Paypayroleae.
Bənövşəli
Bənövşəli (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixaylovka kəndi Bənövşəli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Göygöl rayonunun Azad inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Çar hökumətinin ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti nəticəsində 1847-ci ildə Saratov quberniyasının Mixaylovka yaşayış məntəqəsindən gəlmələrin məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə gəlmələrin əvvəl yaşadıqları Saratovdakı Mixaylovkanın adı verilmişdir. Beləliklə, kəndin keçmiş adı Mixaylovka miqrasiyaya uğramış oykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 139 nəfər yaşayır.
Bənövşələr
Bənövşələr — Azərbaycan Respublikasının Ağdam rayonunun Bənövşələr qəsəbə inzibati ərazi dairəsində qəsəbə.Tarixi Bənövşələr kəndinin ərazisində yeni qəsəbə 2006-cı ildə salınmışdır.
Bənövşələrtəpə yaşayış yeri
Bənövşələrtəpə — Ağdam rayonunun Bənövşələr qəsəbəsinin ərazisində, Xındırıstan-Baş Qərvənd yolunun sağında yerləşir. Bu ərazisi 1,5 ha, hündürlüyü 4 m olan, qəsəbə və yol tikintisi zamanı hər tərəfi dağıdılmış təpədir. Təpənin dağıdılmış mərkəzi hissəsinin kəsiyində çiy kərpicdən hörülmüş və iki tərəfi də suvanmış müxtəlif ölçülü divar qalıqları aydın görünür. Kərpıclərin ölçüləri müvafiq olaraq 37x19x15, 44x16x11 və 42x17x19 sm-dir. Burada, torpaq götürülərkən dağıdılmış neolit dövrünə aid iri təsərrüfat küpünün qalıqları da aşkar olunub. Küpün qısmən mühafizə olunmuş alt hıssəsinin hündürlüyü 82 sm, maksimal diametri 70 sm, yastı oturacağının diaetri 21 sm - dur. Toplanılmış saxsı kolleksiyası neolit dövrünə aiddir.
Bənövşəyi
Bənövşəyi – rəng çaları. Qırmızı + Mavi = Bənövşəyi Bənövşəyi rəngin dünyaya hakim kəsilməsi Oxford küçələrini işıqlandıran gaz lampalarının City of London School da oxuyan bir şagirdin diqqətini çəkməsi ilə başlamışdı. Kimya dərslərinə böyük həvəs göstərən 13 yaşlı William Perk bu lampalara sərf edilən qazın kömürdən əldə edildiyini bilirdi. Buna görə kömürün daha hansı bilinməyən sirlərinin olması onu çox maraqlandırırdı. 1851-ci ildə apardığı təcrübələr nəticəsində o, daş kömür qətranından «anilin» maddəsini əldə etmiş, onu oksidləşdirmiş, nəticədə bənövşə rəngində bir boya maddəsi ortaya çıxarmışdı. Perk bənövşəyi və onun çalarları olan rəngləri bir qrupda birləşdirərək, qrupu «movein» adlandırmışdır. Wassily Kandinsky'ye görə, bu rəng xəstəlik və üzüntünün göstəricisidir. Rənglər haqqında yazıları olan Johann Wolfgang von Goethe, bu rəngi yaşlılıqla əlaqələndirmişdi. 1989-cu ildə, 14-83 yaşlı insanlar arasında aparılan sorğu nəticəsində bənövşəyi rəng sevilməyən rənglər sırasında 3-cü yeri tutmuşdu. Çılğın kişi rəngi qırmızı ilə sakit qadın rəngi mavinin birləşməsi olan bu rəng orta dövrlərdə «zidliklərin birləşmə nöqtəsi» adlandırılırdı.
Bənövşəyi-göy eqonixon
Bənövşəyi-göy eqonixon - (lat. Aegonychon purpureo-coeruleum) == Qısa morfoloji təsviri == Çoxillik 30-50 sm hündürlükdə bitkidir. Kökümsovu qısa, ağaclanmış və az budaqlanandır. Gövdəsi aralı tükcüklü, sıx yarpaqlıdır. Yarpaqları oturaq, lansetvari, tamkənarlı, iti və ya küt, 2-4 sm uzunluqdadır. Çiçəkqrupu yaba şəklində 2-3 sayda, hərdən isə tək-tək yerləşərək qısa, azçiçəkli boş buruqlar şəklindədir, ləçəkləri lansetvaridir. Çiçək tacı 15 mm uzunluğunda, göy-bənövşəyi rəngli, bükük zəngşəkillidir. Meyvə saplağı qısa və qalındır; fındıqçalar 4–5 mm uzunluqda, yumurtavari, küt, hamar və parıldayan, ağ rənglidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Meşədə, kolluqların arasında, bağçalarda, dirriklərdə bitir.
Bənövşəyi ağəsmə
Bənövşəyi ağəsmə (lat. Clematis viticella) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Zаqаfqаziyа, Cənubi Аvrоpа, Kiçik Аsiyаda təbii halda yayılmışdır. İrаndа 1797-ci ildən mədəni şərаitdə bеcərilir. == Botaniki təsviri == Uzunluğu 3-4 m оlаn sаrmаşаn kоldur. Yаrpаqlаrı 5-7 yаrpаqcıqdаn ibаrət mürəkkəb ikili-lələkvаridir. Çiçəkləri tək və yа 3 ədəd оlub, sаllаq, yаrım аçılmış və yа gеniş аçılmışdır. Diаmеtri 2,5-5 sm-ə çatıb, hаmаşçiçəklərə toplanmışdır. Kаsаyаrpаqlаrı dörd, alabəzək çəhrayı, bənövşəyi və ya müхtəlif çаlаrlı göy rənglidir. Kеçən ilki zоğlаrı iyun-iyuldа çiçəkləyir.
Bənövşəyi dəlibəng
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Bənövşəyi güləbətin
Bənövşəyi güləbətin (lat. Pulsatilla violacea) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-20 sm hündürlükdədir, yarpaqlarla birlikdə yumşaq tüklüdür. Kök üzərində olan yarpaqlar çiçəklərlə birlikdə əmələ gəlir, uzunsov, ikiqat lələkvari yarılmış xətvari, qısa, itiləşmiş hissələrə ayrılmışdır. Çiçəklər bənövşəyi, bəzən də ağımtıl rənglidir. Çiçəkyanlığının yarpaqları ellipsivari və ya tərsyumurtavari, uzunsov, 3 sm-ə qədər uzunluqdadır. Meyvələrin saplağı tükcüklü, 2-3 sm uzunluqdadır.
Bənövşəyi içki
Bənövşəyi içki (ing. Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur.Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir. == Təsirlər == Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir. Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır. Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.Bu içkinin bir neçə tanınmış şəxsiyyətlərin ölümünə səbəb olduğu təsdiq edilmişdir. Tənəffüs problemləri olan şəxslərin kodein istifadəsi zamanı ölümcül reaksiya yaradan bu kokteyl bir çox narkotikdən belə olduqca təhlükəlidir.
Bənövşəyi keçiqulağı
Bənövşəyi rəng
Bənövşəyi – rəng çaları. Qırmızı + Mavi = Bənövşəyi Bənövşəyi rəngin dünyaya hakim kəsilməsi Oxford küçələrini işıqlandıran gaz lampalarının City of London School da oxuyan bir şagirdin diqqətini çəkməsi ilə başlamışdı. Kimya dərslərinə böyük həvəs göstərən 13 yaşlı William Perk bu lampalara sərf edilən qazın kömürdən əldə edildiyini bilirdi. Buna görə kömürün daha hansı bilinməyən sirlərinin olması onu çox maraqlandırırdı. 1851-ci ildə apardığı təcrübələr nəticəsində o, daş kömür qətranından «anilin» maddəsini əldə etmiş, onu oksidləşdirmiş, nəticədə bənövşə rəngində bir boya maddəsi ortaya çıxarmışdı. Perk bənövşəyi və onun çalarları olan rəngləri bir qrupda birləşdirərək, qrupu «movein» adlandırmışdır. Wassily Kandinsky'ye görə, bu rəng xəstəlik və üzüntünün göstəricisidir. Rənglər haqqında yazıları olan Johann Wolfgang von Goethe, bu rəngi yaşlılıqla əlaqələndirmişdi. 1989-cu ildə, 14-83 yaşlı insanlar arasında aparılan sorğu nəticəsində bənövşəyi rəng sevilməyən rənglər sırasında 3-cü yeri tutmuşdu. Çılğın kişi rəngi qırmızı ilə sakit qadın rəngi mavinin birləşməsi olan bu rəng orta dövrlərdə «zidliklərin birləşmə nöqtəsi» adlandırılırdı.

Digər lüğətlərdə

достира́ться ка́ркающий ко́мплексно лучеиспуска́тельный порассуди́ть превращённый соприкоснове́ние уга́дывание вотя́к вы́разиться загу́л наси́лование окосе́ть пососа́ть крови, кровушки свеклово́д тиманы evening gun Manchuria newspaperman non-conducting изъятие коричный купаться матрона радиожурнал