bərabər

sif. 1) égal, -e, pareil, -le, même ; ~ hissələr parties f pl égales ; ~ hüquqlar les droits égaux ; zərf. également, pareillemt ; ~ bölmək diviser d’une manière égale ; ~ hissələrə bölmək diviser en parties égales

bənzərlik
bərabərbucaqlı
OBASTAN VİKİ
Bərabər işarəsi
Bərabər işarəsi — indiki formasına yaxın bir şəkildə ilk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekorde (1510–1558) tərəfindən istifadə edilmişdir. == Tarixi == XVI əsrə qədər bütün riyaziyyatçılar özlərinə xas bərabərlik işarəsindən istifadə edirdilər və vahid işarə olmadığından bir-birilərini çətin başa düşürdülər. Emre Robert Rekorde 1557-ci ildə The Whetstone of Witte adlı əsərində : "Bərabərdir sözünü bezdirici bir şəkildə tez-tez istifadə etmək əvəzinə öz işlərimdə də istifadə etdiyim iki paralel xətdən istifadə etmək olar" deyərək ilk dəfə istifadə etmişdir.
Gün var əsrə bərabər
Gün var əsrə bərabər (rus. И дольше века длится день) — Çingiz Aytmatovun yazdığı kitab. == Haqqında == Baş qəhrəman Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir.
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cü əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. == Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi == Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales == 19-cu əsr == Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. === 1848 İnqilabı === === Paris Kommunası və Üçüncü Respublika === Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası (Əvvəlki adı: Talış Xalq Partiyası) — 1991-ci ildə yaradılan və 1993-cü ildə ləğv edilən separatçı partiya. == Tarixi == Talış Xalq Partiyası 1989-cu ildə qurulan Talış Milli Dirçəliş Partiyasının bazasında yaradılmışdır. 1991-ci ildə TMDP TXP olaraq yenidən formalaşdı və sədri Hilal Məmmədov seçildi. 1993-cü ilin martında partiya Azərbaycan Xalqlarının Bərabərlik Partiyası adı altında qeydiyyatdan keçmişdir. 1993-cü ilin iyununda Talış Muğan Respublikası elan edildikdən sonra partiyanın qeydiyyatı Ali Məhkəmə tərəfindən ləğv edilmişdir.
Bəhailikdə gender bərabərliyi
Gender bərabərliyi Bəhai dininin fundamental təlimlərindən biridir. Qadın və kişi bərabərdir və cinslərin bərabərliyi ruhani və mənəvi bir meyardır ki, planetin birləşməsi və sülhün bərqərar olması üçün zəruridir. Bəhai təlimlərində bu prinsipin fərdi, ailəvi və cəmiyyətin həyatında həyata keçirilməsinin vacibliyi qeyd edilir. Bəhai təlimləri kişi və qadının tam şəkildə ruhani və sosial bərabərliyini təsdiq etsə də, bərabərlik anlayışı eyniliyi nəzərdə tutmur, cinslərin özünə xas aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri var. == Bərabərlik == Kişi və qadınların bərabərliyi Bəhai dininin fundamental prinsipidir, hansı ki, Bəhaullahın yazılarında aydın şəkildə bildirilir, həmçinin onun oğlu və Bəhai dininin səlahiyyətli şərhçisi təyin etdiyi Əbdül-Bəha Abbasın yazıları və söhbətlərində rast gəlinir. Təlim və icmanın buna baxışı praktiki şəkildə tətbiq olunmaqla Bəhai icma həyatının mərkəzində durur. Bəhai təlimlərində qeyd olunur ki, qadınlar kişilərdən aşağıda durmur və sosial həyatın müxtəlif sahələrində kişilərə itaət etmək mövqeyində deyillər. Bəhai baxışına görə, qadınlar və kişilər zatən həmişə bərabər olublar və qadınların indiyə kimi bu bərabərliyə yetişə bilməmələrinin səbəbi tarix boyu eyni təhsil və sosial imkanların təmin edilməməsi, kişilərin fiziki güc tətbiq edərək qadınların həqiqi potensialının açılmasına maneçilik törətməsi ilə bağlıdır. === Ruhani məqam === Bəhaullah qeyd edir ki, qadın və kişi ruhu arasında heç bir fərq yoxdur, Bəhaullar yazır: Bəhaullah yazır ki, insanların ruhani məqamı cinsiyyətdən yox, Allahı tanımağın və sədaqətin dərəcəsindən asılıdır. Əbdül-Bəha deyirdi ki, Allah insanlara onların cinsinə görə fərq qoymur və bütün insanlar Allahın bənzərində yaradılmışlar.
Bərabərayaqlılar
Bərabərayaqlılar (lat. İsopoda)-xərçəngkimilərin ən müxtəlif və çoxsaylı qruplarından biri. == Xarici görünüşü == Bərabərayaqlı xərçəngkimilərin bədəni uzunsov və ya çox yastılanmış, nadir hallarda oxlovvari formada olur. Bədəni baş, döş və qarıncıqdan ibarət olur. Ətrafları ayaqçənələrə çevrilmiş birinci döş seqmenti də başın tərkibinə daxil olur. Bəzən ikinci döş seqmenti də başla bitişmiş olur. Gözləri oturaq, mürəkkəb, fasetdir, sayı iki yüzdən bir neçə yüzədək olur. Çox vaxt gözləri reduksiyaya uğramış olur və ya olmur. Baş iki cüt bığcıq və ağız çıxıntıları ilə təchiz olunmuşdur. Arxa antenalardan adətən qısa olan ön antenalar həmişə yeganə olub, 3 buğumlu saplaqdan və qamçıdan ibarət olur.
Bərabərdişlilər
Bərabərdişlilər (lat. Heterodonta) — heyvanlar aləminin molyusklar tipinin i̇kitaylılar sinfinə aid heyvan yarımtersinfi.
Bərabərkirpiklilər dəstəsi
Bərabərkirpiklilər dəstəsi (lat. Holotricha ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Bərabərkirpiklilər infuzorların ən böyük və geniş yayılmış dəstəsi olub, kirpik aparatının pirimitiv quruluşu ilə xarakterizə olunur. Bu infuzorlar membranell əmələ gətirmədən , çoxlu kirpiklərlə örtülmüşdür. Peristom hissədə kirpikləri bir qədər uzun olur. Udlaqda bu kirpiklər birləşərək , dalğavari pərdə əmələ gətirir. Bərabərkirpiklilərin tipik nümayəndələri Paramecium cinsindən birləşmişdir. Bəzi növlərdə (Didinium cinsi) kirpiklər bərabər paylanmayıb, qurşaqlarda yerləşir. Bərabərkirpiklilərin əksəriyyəti bakteriyalarla qidalanır. Lakin bu infuzorlar içərisində yırtıcı və parazit növləri də vardır.
Bərabərlik
Bərabərlik - cəmiyyətdə insanların bütün cəmiyyətin istehsal vasitələrinə bir cür münasibətdə və bərabər siyasi və vətandaşlıq hüququna malik olmalarını təmin edən vəziyyəti. Bərabərlik, tənlik – aralarında bərabərlik işarəsi (=) yazılmış iki ifadənin bərabərliyini bildirən riyazi müddəa. Çox zaman bu termin qiymətlər və verilənlər strukturları haqqında işlədilir. Məsələn, “A=B+1” bərabərlikdir və burada iddia olunur ki, “A” ifadəsi “B+1” ifadəsinə bərabərdir. Bəzi yüksək səviyyəli proqramlaşdırma dillərində (məsələn, C dilində) bərarbərlikdən dəyişən və simvollara qiymət mənimsədilməsi üçün istifadə edilir: məsələn, “i = 1”. Belə mənimsətmə deyimlərinin bərabərlik formasında yazılmasına baxmayaraq, onlar həqiqi riyazi əməllər olmaya da bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı == Digər mənaları == Tənlik; Tarazlıq, müvazinət.
Bərabərlərin birincisi
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. == Haqqında == Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.
Bərabərpulcuqlu ağ şam
Bərabərpulcuqlu ağ şam (lat. Abies homolepis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Yaponiyada dəniz səviyyəsindən 800-2000 m hündürlükdə, dağlarda təbii halda bitir. Qərbi Avropada 1854-cü ildən mədəni şəraitdə becərilir. Qafqazın Qara dəniz sahillərində 1897-ci ildən Adlerdə, Suxumidə, Batumidə və s. məlumdur. Hündürlüyü 40 m-ə, kəsiyində diametri 1,5 m-ə çatan, enli-piramida çətirli, qalın, horizontal budaqları olan ağacdır. Ağacın cavan hissələrində qabığı boz, gövdənin qoca hissələrində isə tünd-qonur rənglidir, şırımlıdır, dərin yarıqlıdır. Cavan zoğları açıq-sarı, çılpaq, xırda buğumlu, parlaqdır. Tumurcuqları yumru-oval və ya təxminən şarşəkilli, açıq rənglidir, çox qətranlıdır.
Bərabərqanadlılar
Bərabərqanadlılar (lat. Homoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. 30000-ə yaxın növü məlumdur. Bunlardan 600-nə Azərbaycanda rast gəlinir. Müxtəlif formalıdır. Az hərəkətlidir. Ağzı xortum şəklindədir. Cırcıramakimilər, yarpaq birələri, ağqanadlılar, mənənələr və koksidlər yarımdəstəsi xortumlu bərabərqanadlılara daxildir. Xortumlu bərabərqanadlılar bitkilərin hüceyrə şirəsini sormaqla, yarpaqlarda fır əmələ gətirməklə, virus və digər xəstəlikləri yoluxdurmaqla, cavan zoğları mişarlamaqla kənd təsərrüfatı bitkilərinə zərər vururlar.
Bərabərtərəfli üçbucaq
Düzgün üçbucaq, yaxud bərabərtərəfli üçbucaq - bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Tərifdən aydın olur ki, düzgün üçbucaq həm də bərabəryanlı üçbucaqdır. == Xassələri == İstənilən bucaqdan qarşı tərəfə endirilmiş hündürlük, həm median, həm də həmin bucağın tənbölənidir (düstur aşağıda verilmişdir).; Düzgün üçbucağın bucaqlarının hər biri 60°-dir.(Teorem: Üçbucaqda istənilən iki tərəfin qiyməti eyni və onlar arasındakı bucaq 60°-dirsə, deməli, bu üçbucaq bərabərtərəflidir/düzgündür) Tutaq ki, n {\displaystyle n} düzgün üçbucağın tərəfi, R {\displaystyle R} — xaricə çəkilmiş çevrənin radiusu, r {\displaystyle r} isə daxilə çəkilmiş çevrənin radiusudur.
Bərabəryanlı trapesiya
Bərabəryanlı trapesiya – yan tərəfləri bərabər trapesiya. Yalnız 1 simmetriya oxu var. Bərabəryanlı trapesiyada IABI=IDCITrapesiyanın AB tərəfi DC tərəfinə bərabərdir. ∠ A = ∠ D {\displaystyle \angle A=\angle D} A nöqtəsinin qarşısındakı bucaqla D nöqtəsinin qarşısındakı bucağın ölçüsü eynidir. ∠ B = ∠ C {\displaystyle \angle B=\angle C} B nöqtəsinin qarşısındakı bucaqla C nöqtəsinin qarşısındakı bucağın ölçüsü eynidir. Diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın hündürlüyü Diaqonalları yan tərəfinə perpendikulyar olan trapesiyada hündürlükAD=a ll BC=b olarsa h = ( a 2 − b 2 ) 2 {\displaystyle h={{\sqrt {(a^{2}-b^{2})}} \over {2}}} == Mənbə == Adam Bruce Halsted,"Elementary Synthetic Geometry", Chapter XIV. Symmetrical Quadrilaterals. William Dwight Whitney, Benjamin Eli Smith, "The Century Dictionary and Cyclopedia", 1911.
Bərabəryanlı üçbucaq
Bərabəryanlı üçbucaq — iki tərəfi bərabər olan üçbucağa deyilir. Bərabəryanlı üçbucaqda bərabər tərəflər yan tərəflər, üçüncü tərəf isə oturacaq adlanır. == Xassələri == Bərabəryanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdir. Bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, həm median, həm də təpədəki bucağın tənbölənidir. Bir üçbucağın üç tərəfi, uyğun olaraq, o biri üçbucağın üç tərəfinə bərabərdirsə, bu üçbucaqlar bərabərdir. Bu teoremi TTT (tərəf, tərəf, tərəf) adlandıracağıq.
Bərabərçiçəksiz qaz soğanı
Gagea liotardii (lat. Gagea liotardii) — fəsiləsinin gagea cinsinə aid biki növü. == Sinonim == Gagea anisanthos K.Koch Gagea brentae Evers Gagea emarginata Kar. & Kir. Gagea erubescens (Besser) Schult. & Schult.f. Gagea fistulosa f. decandolleana Pascher Gagea fistulosa var. dyris Maire Gagea fistulosa var. fragerifera (Vill.) A.Terracc.
Cənubi Koreyanın Ailə nazirliyi və Gender bərabərliyi
Gender bərabərliyi və Ailə nazirliyi (koreyaca 여성 가족부) - Cənubi Koreya Respublikasına aid bir qurumdur.28 fevral 1988-ci ildə “Qadın işləri” adlı komissiya yaradıldı.29 yanvar 2001-ci ildə nazirlik kimi fəaliyyətə başladı.Baz nazir Jeong Yeongae,birinci müavini isə Kim Kyongseondur. == Məqsəd və funksiyaları == ==== Məqsəd ==== Qadın siyasətinin planlaşdırılması və koordinasiyası,qadın hüquqlarının genişləndirilməsi vasitəsilə qadın statusunun yaxşılaşdırılması;ailə siyasəti və çoxmədəniyyətli ailə siyasətinin qurulması,uzlaşdırılması və dəstəklənməsi;gənclərin rifahının və qorunmasının təşviqi;qadınlara,uşaqlara,gənclərə qarşı zorakılığın qarşısının alınması və qurbanlarının qorunması. ==== Funksiya ==== Cinsiyyətlə əlaqəli siyasətin planlaşdırılması,əlaqələndirilməsi,təhlili;qadın qaynaqlarının inkişafı və istifadəsi;qadınların cəmiyyətdəki iştirakının genişləndirilməsi;cinsi zorakılığın qarşısının alınması və qurbanlarının qorunması;qadın mülki qrupları ilə beynəlxalq təşkilatların əlaqələndirilməsi;çoxmədəniyyətli ailələrin, qadın immiqrantların dəstəklənməsi. == Ailə siyasəti == === İş və ailənin uyğunluğu === İş və ailənin tarazlığı üçün sosial mühitin yaradılması əsas məqsəddir.Hər çərşənbə günü işçilərin daha tez evə gedib boş vaxtlarını ailələri ilə birgə keçirməsi üçün “Sevimli Ailə” adlı bir kampaniya yaradılmışdır.Bu kampaniya gərgin iş həyatına baxmayaraq ailəni sevmək üçün atılan bir addımdır. === Çoxmədəniyyətli ailə === Sağlam və çoxmədəniyyətli ailənin qurulması üçün dəstək;Koreya dilində təhsil üçün müxtəlif proqramların hazırlanması;sabit həyat və Koreya cəmiyyətinə uyğunlaşmaq üçün uşağa qayğı;sosial inteqrasiyanın təşkili;çoxmədəniyyətli ailədə ikidilli ailə mühitinin formalaşması;evli immiqrantlar üçün tərcümə xidmətləri;evlilik işinə ciddi nəzarət etməklə beynəlxalq nikahda sağlam mədəniyyətin inkişaf etdirilməsi;beynəlxalq nikahda təcrübəni inkişaf etdirmək üçün təlim və yoxlamaların keçirilməsi;beynəlxalq nikahda təhsilin həyata keçirilməsi;qadın immiqrantlar və çoxmədəniyyətli ailələr üçün sutkanın 24 saatı 13 müxtəlif dildə fəaliyyət göstərən çağrı mərkəzi;bir çox mədəniyyətləri tədris edən peşəkar müəllim kollektivi. === Tək valideynli ailə === 18 yaşınadək uşağı olan tək valideynli ailələr üçün maddi dəstək;az təminatlı nənə-baba və nəvələri,nikahdan kənar 5 yaşınadək uşağı olan tək valideynli ailələr üçün maddi dəstək;orta və yuxarı sinif şagirdi olan az təminatlı tək valideynli ailələr üçün təhsil haqqı;məktəbə qəbulun aparılması,qəbul imtahanları üçün təhsil xərcləri,tək valideynli yeniyetmələri dəstəkləmək üçün maddi dəstək;az təminatlı,evsiz tək valideynli ailələrin rifahının yüksəldilməsi;nikahı olmayan,erkən hamiləlik yaşayan valideynlər üçün doğum və uşaq baxımı haqqında məsləhət və təcili xidmət göstərən mərkəzin fəaliyyəti. === Uşağa qayğı xidməti === İşləyən valideynlərin övladları üçün təklif olunan dövlət proqramıdır.Professional dayələr tərəfindən həyata keçirilir.Xidmət istənilən vaxt mövcuddur.Dövlət tərəfindən az təminatlı ailələrə xidmət haqqı üçün maddi dəstək göstərilir.Yoluxucu xəstəliyə yoluxmuş uşaqlara baxmaq və onları xəstəxanaya aparmaq üçün evdə də xidmət göstərilir.
Fiqurların bərabərliyi
Fiqurların bərabərliyi - Evklid həndəsəsində müstəvi üzərində yaxud fəzada verilən fiqurlar çoxluğunda əsas binar münasibətlərdən biridir. Fiqurların bərabərliyi ekvivalentlik münasibətidir, yəni həm refleksiv, həm simmetrik, həm də, tranzitivdir. Bərabərlik fiqurların bərabər olmaq xassəsidir. Əgər φ {\displaystyle \varphi } fiqurunu hərəkət çevirməsi ilə φ 1 {\displaystyle \varphi 1} fiquruna çevirmək olarsa, bu fiqurlara bərabər fiqurlar deyilir. Qeyd edək ki, fiqurların bərabərliyi onların nöqtələr çoxluğu kimi bərabər olması demək deyildir. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Gecə-gündüzün bərabərliyi
Gecə-gündüzün bərabərliyi (və ya ekinoks) — gecə və gündüzün bərabər olduğu, Günəş şüalarının ekvatora dik şəkildə düşməsi nəticəsində şüaların çevrənin qütblərdən keçdiyi andır. İldə iki dəfə təkrarlanır — yaz gecə-gündüz bərabərliyi və payız gecə-gündüz bərabərliyi. 23 sentyabrda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən cənub yarımkürəsinə dik düşməyə başlayır. Bu tarixdən etibarən cənub yarımkürəsində gündüzlər, gecələrdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarix cənub yarımkürəsində yazın, şimal yarımkürəsində payız başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində da görülür. Dünyada gecə və gündüz bir-birinə bərabər olur.
Gender Bərabərliyi və Ailə Nazirliyi
Gender bərabərliyi və Ailə nazirliyi (koreyaca 여성 가족부) - Cənubi Koreya Respublikasına aid bir qurumdur.28 fevral 1988-ci ildə “Qadın işləri” adlı komissiya yaradıldı.29 yanvar 2001-ci ildə nazirlik kimi fəaliyyətə başladı.Baz nazir Jeong Yeongae,birinci müavini isə Kim Kyongseondur. == Məqsəd və funksiyaları == ==== Məqsəd ==== Qadın siyasətinin planlaşdırılması və koordinasiyası,qadın hüquqlarının genişləndirilməsi vasitəsilə qadın statusunun yaxşılaşdırılması;ailə siyasəti və çoxmədəniyyətli ailə siyasətinin qurulması,uzlaşdırılması və dəstəklənməsi;gənclərin rifahının və qorunmasının təşviqi;qadınlara,uşaqlara,gənclərə qarşı zorakılığın qarşısının alınması və qurbanlarının qorunması. ==== Funksiya ==== Cinsiyyətlə əlaqəli siyasətin planlaşdırılması,əlaqələndirilməsi,təhlili;qadın qaynaqlarının inkişafı və istifadəsi;qadınların cəmiyyətdəki iştirakının genişləndirilməsi;cinsi zorakılığın qarşısının alınması və qurbanlarının qorunması;qadın mülki qrupları ilə beynəlxalq təşkilatların əlaqələndirilməsi;çoxmədəniyyətli ailələrin, qadın immiqrantların dəstəklənməsi. == Ailə siyasəti == === İş və ailənin uyğunluğu === İş və ailənin tarazlığı üçün sosial mühitin yaradılması əsas məqsəddir.Hər çərşənbə günü işçilərin daha tez evə gedib boş vaxtlarını ailələri ilə birgə keçirməsi üçün “Sevimli Ailə” adlı bir kampaniya yaradılmışdır.Bu kampaniya gərgin iş həyatına baxmayaraq ailəni sevmək üçün atılan bir addımdır. === Çoxmədəniyyətli ailə === Sağlam və çoxmədəniyyətli ailənin qurulması üçün dəstək;Koreya dilində təhsil üçün müxtəlif proqramların hazırlanması;sabit həyat və Koreya cəmiyyətinə uyğunlaşmaq üçün uşağa qayğı;sosial inteqrasiyanın təşkili;çoxmədəniyyətli ailədə ikidilli ailə mühitinin formalaşması;evli immiqrantlar üçün tərcümə xidmətləri;evlilik işinə ciddi nəzarət etməklə beynəlxalq nikahda sağlam mədəniyyətin inkişaf etdirilməsi;beynəlxalq nikahda təcrübəni inkişaf etdirmək üçün təlim və yoxlamaların keçirilməsi;beynəlxalq nikahda təhsilin həyata keçirilməsi;qadın immiqrantlar və çoxmədəniyyətli ailələr üçün sutkanın 24 saatı 13 müxtəlif dildə fəaliyyət göstərən çağrı mərkəzi;bir çox mədəniyyətləri tədris edən peşəkar müəllim kollektivi. === Tək valideynli ailə === 18 yaşınadək uşağı olan tək valideynli ailələr üçün maddi dəstək;az təminatlı nənə-baba və nəvələri,nikahdan kənar 5 yaşınadək uşağı olan tək valideynli ailələr üçün maddi dəstək;orta və yuxarı sinif şagirdi olan az təminatlı tək valideynli ailələr üçün təhsil haqqı;məktəbə qəbulun aparılması,qəbul imtahanları üçün təhsil xərcləri,tək valideynli yeniyetmələri dəstəkləmək üçün maddi dəstək;az təminatlı,evsiz tək valideynli ailələrin rifahının yüksəldilməsi;nikahı olmayan,erkən hamiləlik yaşayan valideynlər üçün doğum və uşaq baxımı haqqında məsləhət və təcili xidmət göstərən mərkəzin fəaliyyəti. === Uşağa qayğı xidməti === İşləyən valideynlərin övladları üçün təklif olunan dövlət proqramıdır.Professional dayələr tərəfindən həyata keçirilir.Xidmət istənilən vaxt mövcuddur.Dövlət tərəfindən az təminatlı ailələrə xidmət haqqı üçün maddi dəstək göstərilir.Yoluxucu xəstəliyə yoluxmuş uşaqlara baxmaq və onları xəstəxanaya aparmaq üçün evdə də xidmət göstərilir.
Haqq və Bərabərlik Partiyası
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Sosial bərabərlik
Sosial bərabərlik, bərabərlik — cəmiyyətin bütün üzvlərinin müəyyən bir sahədə eyni statusa malik olduğu sosial nizam. Sosial bərabərliyin siyasi aspekti dövlət idarəçiliyinin qaydalarını nəzərdən keçirməkdən ibarətdir: seçkilərdə iştirak etmək hüququ, liderlərin müəyyən edilməsi qaydaları, liderlərin hüquq və vəzifələri, qanun qarşısında bərabərlik, iqtisadi yanaşma isə əhalinin bölüşdürülməsi prosesini nəzərdən keçirir. faydalar: işləmək hüququ, resursların bölüşdürülməsi, imkan bərabərliyi. == İdeyanın inkişaf tarixi == “Sosial bərabərlik” anlayışının spesifik mənası cəmiyyətin inkişafı ilə dəyişmişdir. Antik dövrdə bərabərlik və əmlak imtiyazları arasında seçim problemi Platon və digər filosoflar tərəfindən mülklər daxilində bərabərlik və mülklər arasında bərabərsizlik mənasını verən “Hər kəsin özünə” düsturu ilə həll edilmişdir. Orta əsr xristian fəlsəfəsində bərabərlik anlayışı “Allah qarşısında hamı bərabərdir” dini normasında öz tətbiqini tapmış, fərdlərin və ya qrupların ictimai münasibətlərini deyil, insanla Tanrı arasındakı münasibəti müəyyən etmişdir. İntibah və Maarifçilik dövründə sosial bərabərlik anlayışı yenidən dünyəvi xarakter alır və fəlsəfə insanların təbii bərabərliyi məsələsini qoyur. Burjua cəmiyyətinin yaranması və inkişafı cəmiyyətə xidmətlərin qiymətləndirilməsinə və səmərələrin müvafiq bölgüsünə baxışın dəyişməsinə səbəb oldu. Sosial mövqe artıq bu və ya digər sinfə, kastaya və s. mənsubiyyətlə deyil, fərdin şəxsi keyfiyyətləri və məziyyətləri ilə izah olunurdu.
Sosial bərabərsizlik
Sosial bərabərsizlik — ayrı-ayrı fərdlərin, sosial qrupların, təbəqələrin, siniflərin şaquli sosial iyerarxiyanın müxtəlif səviyyələrində yerləşdiyi və ehtiyacları ödəmək üçün qeyri-bərabər həyat şanslarına və imkanlarına malik olduğu sosial təbəqələşmə forması. Ən ümumi formada qeyri-bərabərlik insanların məhdud maddi və mənəvi istehlak resurslarına qeyri-bərabər çıxışı olan şəraitdə yaşaması deməkdir. İsveçrənin Credit Suisse bankının 2021-ci il Qlobal Sərvət Hesabatına əsasən, 2020-ci ildə planetin ən zəngin 1,1%-i dünya sərvətinin 45,8%-nə, ən kasıb 55%-i isə 1,3%-nə sahibdir.İƏİT-in məlumatına görə, 2017-ci ildə İƏİT ölkələrində əhalinin ən varlı 10%-nin sərəncamında olan orta gəliri əhalinin ən yoxsul 10%-nin orta hesabla 9,5 dəfə olduğu halda, 1992-ci ildə bu fərq 7 dəfə olub. Sərvət bərabərsizliyi daha da əhəmiyyətlidir: İƏİT ölkələrində əhalinin ən zəngin 10%-i sərvətin 50%-nə, ən yoxsul 40%-i isə sərvətin 3%-nə sahibdir.Fransız iqtisadçısı T.Piketti “XX əsrdə kapital” kitabında belə qənaətə gəlir ki, sosial bərabərsizliyin artması müasir dünyada əsas tendensiyadır, sənaye inqilabı onu məhv etmir, baxmayaraq ki, zaman keçdikcə bu cür artımı daha az vahid edir. == Bərabərsizlik və ayrı-seçkiliyin formaları == Fərdlər üçün sosial statusu və deməli, cəmiyyətdə bərabərliyi və ya bərabərsizliyi müəyyən edən bir sıra sosial xüsusiyyətlər mövcuddur. Gender bərabərsizliyi Yaş Ayrı-seçkiliyi İrqi bərabərsizlik İqtisadi bərabərsizlik Psixi pozğunluğu olan şəxslərə qarşı ayrı-seçkilik Cinsi oriyentasiya və gender kimliyinə əsaslanan diskriminasiyaBərabərsizliklə bağlı baxışlar Keyfiyyətcə qeyri-bərabər iş şəraitini yerinə yetirməklə, sosial ehtiyacları müxtəlif dərəcədə ödəməklə insanlar bəzən iqtisadi cəhətdən heterojen əməklə məşğul olurlar, çünki bu cür əmək növləri onların sosial faydalılığını fərqli qiymətləndirir. Sosial bərabərsizliyin əsas mexanizmləri mülkiyyət münasibətləri, hakimiyyət (hakimiyyət və tabelik), sosial (yəni sosial sabit və iyerarxiyalaşdırılmış) əmək bölgüsü, eləcə də nəzarətsiz, kortəbii sosial diferensiallaşmadır. Bu mexanizmlər əsasən bazar iqtisadiyyatının xüsusiyyətləri ilə, qaçılmaz rəqabət (o cümlədən əmək bazarında) və işsizliklə bağlıdır. Ən təhlükəlisi, istedadlı insanların uşaqlıq və yeniyetməlik dövründə əlverişsiz sosial-iqtisadi şəraitə görə öz istedadlarını anadangəlmə reallaşdıra bilmədikləri, cəmiyyət üzvlərinin şəxsi səyləri ilə əlaqəli olmayan, imkanların bərabərsizliyidir. Məsələn, kasıb ailələrdən olan istedadlı uşaqların yaxşı təhsil almaq imkanları yoxdur və nəticədə “yoxsulluq tələsinə” düşürlər.
Vikipediyada gender bərabərsizliyi
Vikipediyada gender bərabərsizliyi — Vikipediya redaktorlarının əsasən kişilər olması, Vikipediyadakı bioqrafiyaların daha az bir qisminin qadınlara aid olması və qadınları maraqlandıran mövzuların daha az əhatə olunmasına verilmiş ümumi ad.2018-ci ildə aparılmış Vikipediyanın 12 dil versiyasını və Vikimedia Fondunun bəzi digər layihələrini əhatə edən sorğu zamanı sorğuda iştirak edən 3734 nəfərdən 90%-nin kişi, 8,8%-nin qadın olduğu, 1%-nin isə cinsi azlıqlara aid olduğu ortaya çıxmışdır. 2019-cu ildə Wikimedia Fondunun o zamankı baş direktoru Katherine Maher bildirmişdir ki, onun komandası qadınların ümumi redaktorların 15–20%-ni təşkil etdiyini ehtimal edir.Vikipediyada qadınlarla bağlı məqalələrinin yaradılması, genişləndirilməsi, neytral və təfərrüatlı olması ehtimalı daha azdır. 2021-ci ildə aparılan bir araşdırma göstərmişdir ki, 2017-ci ilin aprelində dərc edilmiş bioqrafiyaların yalnız 17%-i qadınlara aid olduğu halda, silinməyə namizəd göstərilmiş bioqrafiyaların 41%-i qadınlara aid olmuşdur. Gender bərabərsizliyi Vikipediyaya ən çox irad tutulmuş mövzular arasındadır. 2015-ci ildə Vikipediyanın qurucusu Cimmi Uels ensiklopediyanın redoktorlarının ən azı 25%-nin qadınlardan ibarət olması ilə bağlı qoyduqları məqsədə çata bilmədiklərini açıqlamışdır. Vikipediyada qadın redaktorları həvəsləndirmək və qadınlarla bağlı mövzuların əhatə dairəsini artırmaq üçün "Edit-a-thon" və "Women in Red" kimi layihələr hazırlanmışdır. == Araşdırılması == 2008-ci ildə dünya miqyasında aparılnmış ilk araşdırma zamanı bütün redaktorların 13%-nin qadınlar olduğu ortaya çıxmışdır. 2011-ci ildə aparılmış araşdırmada bu rəqəmin qlobal miqyasda 9%-ə qədər endiyi müşahidə edilmişdir. 2009-cu ildə Vikimediya Fondunun sorğusu göstərmişdir ki, ortalama fəaliyyəti olan bir kişi redaktorun bu rəqəmdən iki dəfə çox redaktəsi olduuğu halda, 500-dən çox redaktə edən redaktorların yanlız 6%-i qadınlardır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Vikipediyada gender bərabərsizliyi ilə əlaqəli mediafayllar var.
Xortumlu bərabərqanadlılar
Bərabərqanadlılar (lat. Homoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. 30000-ə yaxın növü məlumdur. Bunlardan 600-nə Azərbaycanda rast gəlinir. Müxtəlif formalıdır. Az hərəkətlidir. Ağzı xortum şəklindədir. Cırcıramakimilər, yarpaq birələri, ağqanadlılar, mənənələr və koksidlər yarımdəstəsi xortumlu bərabərqanadlılara daxildir. Xortumlu bərabərqanadlılar bitkilərin hüceyrə şirəsini sormaqla, yarpaqlarda fır əmələ gətirməklə, virus və digər xəstəlikləri yoluxdurmaqla, cavan zoğları mişarlamaqla kənd təsərrüfatı bitkilərinə zərər vururlar.

Digər lüğətlərdə

автома́т власти́тельский дочи́тывать журча́ние зафикси́ровать изъясне́ние монголове́д мотодро́м продебати́ровать рядко́м ре́дкий торфяни́ца хруста́линка anociassociation archduchy concrete jungle cultivated eventual frantic outwork palmist sanctuary декларация порой ручательство