□ Bərbad etmək (qoymaq) – dağıtmaq, pozmaq, viran etmək, xarab etmək; heçə çıxarmaq, puç etmək, alt-üst etmək.
Bərbad olmaq – dağılmaq, viran olmaq, pozulmaq, xarab olmaq; heçə çıxmaq, puç olmaq, alt-üst olmaq. Bütün əməyim bərbad oldu.
Evi bərbad olmuş – qarğış yerində işlənir.