1. Bağlamaq, örtmək; qapamaq, qıfıllamaq. Qapını bərkitmək. Darvazanı bərkitmək.
– [Sübhanverdizadə] əllərini stola dayayıb ayağa qalxdı, qapıları açıb baxdı və arxadan örtüb bərkitdi.
// Bir şeylə bağlayaraq, mıxlayaraq, calayaraq, yapışdıraraq, bənd edərək, ilişdirərək, keçirərək, buraraq möhkəmləndirmək. İlgəkləri bərkitmək. Vinti burub bərkitmək. Sınıq yeri iplə bağlayıb bərkitmək. Taxtaları mıxlayıb bərkitmək. Şəkilləri divara vurub bərkitmək.
– Biri texnik motorların vintlərini bərkidir.
// Bağlamaq.
Gündə bir pulsuzu qəssab əcəl darə çəkər; Bərkidər əl-ayağın, üstünə qəddarə çəkər.
2. Möhkəmlətmək; möhkəm, alınmaz, keçilməz hala gətirmək.
[Vaqif:] Xan, … bu vəziyyətdə dolaşmamaq üçün vasitə çoxdur: hələlik Qalanı bərkitmək lazımdır.
[Qızıl Arslan:] Buna görə də daxildəki düşmənlərlə mübarizəyə başlamadan əvvəl, sərhədləri bərkitmək lazımdır.
3. Cismən və ruhən möhkəmləndirmək, qüvvətləndirmək, sağlamlaşdırmaq. Günəş, hava, su bədənimizi bərkidən mühüm amillərdir.
– [Kəyan] bununla da əsgərləri ilə birlikdə həm də öz əsəblərini bərkitmək istəmişdi.
4. İsrar etmək, inad göstərmək, sözünün üstündə durmaq.
[Cəbi:] Yüz manat az pul deyil… Bir az bərkitsən, bəlkə üç yüz də verər.
5. Sürətini artırmaq, yeyinlətmək.
6. Şiddətlənmək, güclənmək, bərkimək. Çiskin bərkidirdi.
Sol tərəfdə neçə qara keçəli alaçıq görünürdü.