BƏXŞİŞ

is. [ fars. ] Bağışlanan şey, bağışlanmış şey; pay. Ağca xanım . .
atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli bir kağız da qoymuşdu ki, bu da Qara köpəyə bəxşiş olsun. S.S.Axundov.
[Mahmud:] Bəlkə mən özümü dərvişə oxşatdığım üçün bəxşiş verəcək? S.Rəhman.

// Mükafat, hədiyyə. İşçilərin bir qismi təşəkkür, bir qismi bəxşiş aldı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏXŞİŞ bəxşiş bax hədiyyə
  • BƏXŞİŞ pay — mükafat — hədiyyə

Etimologiya

  • BƏXŞİŞ Farsca bəxşidən (hədiyyə etmək) məsdəri ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BƏXŞAYİŞ
BƏXT
OBASTAN VİKİ
Bəxşiş
Bəxşiş (fars. بخشش‎) — çaypulu, ianə və Yaxın Şərq və Cənubi Asiyada siyasi korrupsiyanın və rüşvətin müəyyən formalarından biri.
Bəxşiş ovçusu
Kəllə ovçusu (ing. Bounty hunter) — pul mükafatına görə qaçaq cinayətkarların və fərarilərin axtarışı və tutulması ilə məşğul olan şəxs.
İlyas Bəxşiş
İlyas Temirqaya oğlu Bəxşiş (krımtat. İlyas Bahşış, Ильяс Бахшыш; 23 mart 1913, Simferopol – 25 iyul 2000, Simferopol) — Krım Tatar əsilli SSRİ və Ukrayna bəstəkarı, musiqiçi. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar artisti (1967), Özbəkistan SSR əməkdar müəllimi (1973), Ukraynanın əməkdar incəsənət xadimi (1993), Fəxri Krımlı (2000). == Həyatı == İlyas Temirqaya oğlu Bəxşiş 1913-cü il martın 23-də Simferopolda anadan olmuşdur. Simferopol Krım Tatar nümunəvi 9 illik 13 nömrəli məktəbi bitirmişdir. 1920-ci illərin sonunda Moskvada Mühəndislik və Kommunal Təsərrüfatı İnstitutunda və Kazanda təhsil almışdır. 1934-cü ildə Simferopol Musiqi Kollecinə (professor İ. İ. Çernovun sinfi) daxil olmuşdur. Tələbə ikən Krım radiosunda diktor vəzifəsində çalışmışdır. Kolleci bitirdikdən sonra (1937) radio komitəsinin baş musiqi redaktoru təyin edilmişdir. 1937-ci ildə Krım Dövlət Tatar Opera və Balet Teatrını yaratmaq üçün Simferopola gələn bəstəkar L. Knipper ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Digər lüğətlərdə

грошо́вый дефектоскопи́я рак-отше́льник ведь девятисо́тый дёрганец коще́ев обувщи́ца палиноло́гия разве́шиваться ста́чиваться толкну́ться узо́р тюфянчей absolute common council counter-radiation dormant mangel-wurzel wrought iron кориандр переглянуться разрушительная растениевод сдавленный