CÜCÜ

is. zool. Milçək, arı, qarışqa kimi buğumayaqlılara verilən ümumi ad; böcək.
Amma cücülərdən bir çoxu sübh açılmasından bixəbər idi. A.Divanbəyoğlu.
[Nəzirə] başmağının bir tayında cücü görmüş, çimçəşdiyi üçün Rübabəni çağırmışdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CÜCÜ cücü bax həşərat
  • CÜCÜ həşərat
CÜCƏRTMƏK
CÜCÜYEYƏN

Digər lüğətlərdə