CƏZƏ-FƏZƏ

is. [ ər. ] dan. Bir şeylə razı olmadığını, etirazını bu və ya başqa hərəkəti ilə bildirmə.
[Karvanın adamları] …Məmmədə yaxın gəldilər və soruşdular ki, onun bu cəzə-fəzəsinə səbəb nə olubdur? E.Sultanov.
[Cəbi:] Ağa, belə işdə səbr lazımdır, adamın gərək tədbiri çaşmasın, artıq cəzəfəzə sizin adınıza layiq deyil. N.Vəzirov.

□ Cəzə-fəzə etmək (eləmək) – razı olmamaq, müqavimət göstərmək, atılıb-düşmək.
[Əliqulu:] Cəzə-fəzə etmək artıqdır. S.S.Axundov.
[İlyas bəy oğlu Səfiquluya:] Nə çox dağ-dərə, çox cəzə-fəzə eləsə [Hürünü] götür apar, elə yerdə saxla ki, hayına çatan olmasın. M.İbrahimov.

CƏZBETMƏ
CƏZİRƏ

Значение слова в других словарях