CAH-CALAL

is. [ ər. ] Calal, ehtişam, büsat, dəbdəbə, təmtəraq, var-dövlət, əzəmət.
Keçmişdəki… cah-calaldan, mal-dövlətdən, sövt-sədadan şair bir əsər görməyib… əhvalatı necə ki var, artıq məharətlə öz dustihəqiqisi olan Mirzə Fətəli Axundzadəyə yazır… F.Köçərli.
[Cahangir ağa:] Belə cahcalaldan öz ixtiyarınla əl çəkmək istəmirsən. S.S.Axundov.
Dəyişmərəm dost təbəssümünü dünyanın cah-calalına. N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAH-CALAL cah-calal bax dəbdəbə
  • CAH-CALAL var — dövlət
  • CAH-CALAL təntənə — dəbdəbə
CAH
CAH-CALALLI

Digər lüğətlərdə