CAGİR
CAH-CƏLAL
OBASTAN VİKİ
Abdulla və Cahan dastanı
Abdulla və Cahan – Azərbaycan məhəbbət dastanı. Şirvanlı Aşıq Abdullanın (XVII əsr) həyatı və şeirləri əsasında yaranmışdır. Müxtəlif variantları var. Məhəbbət dastanlarına xas olan ənənəvi süjetə malikdir. Dastanın qısa məzmununu və şeirlərindən bir qismini H.Əlizadə "Aşıqlar" kitabında (h.1, 1935), qazaxlı Aşıq Məmmədyardan toplanmış variantını isə Ə.Axundov və M.H.Təhmasib nəşr etdirmişlər. Dastanın başqa bir variantını 1971–1972-ci illərdə Türkiyədə nəşr etdirən türk aşığı Lütfi Aydanın ehtimalına görə, bu dastan uzun müddət Şirvanda və Dağıstanda yaşamış Xəstə Qasım tərəfindən Aşıq Abdullanın şeirləri əsasında yaradılmışdır. == Mənbə == Azərbaycan dastanları. 5 cilddə. C. 2. B., 2005.
Adnan Cahid Ötükən
Adnan Cahid Ötükən (1 yanvar 1911, Bitola – 2 mart 1972 və ya 1972, İstanbul) — türk maarifçi, yazıçı, türk kitabxanaçılıq işinin öndə gedən simalarından və Türk Milli Kitabxanasının qurucularındandır. == Həyatı == === Ailəsi === Atası həkim, mayor Əli Naşit bəy, anası Manastrlı vəkil Yusif Əfəndinin qızı Lütfiyyə xanımdır. Adnan Ötükən yeddi yaşında olanda atası Qafqaz Cəbhəsində şəhid olmuşdur. == Təhsili == Əvvəlcə "Kadıköy Osmanqazı Nümunə Məktəbi"ndə, daha sonra 1928-ci ildə "Kadıköy Orta Məktəbi"ndə, 1931-ci ildə "İstanbul Liseyi"ndə təhsil almışdır. Daha sonra isə İstanbul Universiteti, Ədəbiyyat fakültəsi, Türkologiya və Fransız dili ixtisasları üzrə təhsil almışdır və 1935-ci ildə buranı bitirmişdir. Məzun olarkən dissertasiya mövzusu "Türk atalar sözü" olmuşdur. == Fəaliyyəti == Gənc yaşlarında Ədəbiyyat Fakültəsi Tələbə Birliyinin sədri vəzifəsində çalışmış, eləcə də Milli Türk Tələbə Birliyində İdarə Heyətinin üzvü olmuşdur. Həmin illərdə İstanbulda bəzi özəl liseylərdə ədəbiyyat müəllimi kimi də fəaliyyət göstərmişdir. Professor Helmut Ritterin rəhbərliyi altında qurulan "Kitabxanaların Təsnif Komissiyası"ndakı 9 aylıq fəaliyyəti və dissertasiyasının hazırlanması dövründə kitabxanaları və problemlərini yaxından görmək və ətraflı öyrənmək şansı olmuşdur. 1936-ci ildə Yozğad Liseyinə ədəbiyyat müəllimi kimi təyin edilmişdir.
Asif Cahangirov
Asif Baxış oğlu Cahangirov (5 iyun 1948, Stepanakert) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000) == Həyatı == Asif Cahangirov 5 iyun 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Əslən qarabağlıdır. Bəy silkindəndir. Cahangirbəyovlar şəcərəsinin məlum olan tarixi təxminən XVIII əsrin 20–30-cu illərindən başlayır. Atası, Cahangirov Baxış İsmayıl bəy oğlu (1913–1989) Dağlıq Qarabağ Muxtar Vilayətinin (kecmiş Yelizavetpol quberniyası Şuşa mahalının) Tuğ kənində anadan olmuşdur. Uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif şöbəsi müdirinin müavini olmuşdur. Fin və Böyük Vətən müharibələrinin iştirakçısı, II dərəcəli müharibə əlili idi. Anası, Cahangirova (Əfəndiyeva) Rəna İdris qızı (1922–1994), Füzuli (keçmiş Karyagin) rayonunun Saracıq kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə hərbi hospitalda tibb baçısı işləmiş, ailə qurduqdan sonra evdar qadın olmuşdur.
Atlıxan Cahangirov
Atlıxan Paşa oğlu Cahangirov Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1919-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Qayalı kəndində doğulub. Qubadlıda orta məktəbi bitirdikdən sonra Pedoqoji institutda və iki illik Partiya məktəbində təhsil alıb. Qubadlı rayon partiya komitəsində bir sıra vəzifələrdə çalışan A.cahangirov 1951-ci ilin aprelindən 1954-cü ilin iyuluna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Aşıq Cahad
Aşıq Cahad (Nacıyev) (1917, Böyük Qaraqoyunlu – 3 iyun 2013, Çənlibel, Şəmkir rayonu) — Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın şagirdi. == Həyatı == Aşıq Cahad 1917-ci ildə Göyçə mahalının Qaraqoyunlu kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884–1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnib. Havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. O, 1947–1948-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq ustadının oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə — Aşıq Nəcəflə daha çox. Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Şərqi Azərbaycanda, eləcə də Bakıda tanınmağa başlayıb. Belə ki, televiziya və radionun fondunda onun 1990-cı illərədək bircə lent yazısı yox idi. 1987-ci ildə Göyçə aşıqlarının və el şairlərinin – Haqverdi Talıboğlunun, onun özünün, Daşkəndli Aşıq Hacının, Babacanlı Aşıq Mikayılın, Zəki Islam, Eldar İsmayıl və digərlərinin Bakı səfəri zamanı televiziya və radionun saymazyanalığı və yekəxanalığından qəzəbləndim və Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətovun milli qeyrətindən faydalanmalı oldum.
Bəstəkar Cahangir Cahangirov (film, 2013)
Bəstəkar Cahangir Cahangirov — rejissor Ruslan Hüseynovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film bəstəkar, pedaqoq, xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr olunub. == Film haqqında == Filmdə "Koroğlu", "Yenilməz batalyon", "Dağlarda döyüş", "Dəli Kür", "Qatır Məmməd", "Evlənmək istəyirəm" filmləri və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından və istifadə olunub.
Cahangir Qurbanov (müğənni)
Qurbanov Cahangir Qafar oğlu (17 sentyabr 1976, Sumqayıt) — Azərbaycan müğənnisi. == Həyatı == Cahangir Qurbanov 1976-cı 17 sentyabrda Sumqayıt şəhərində anadan olub. Naxçıvan Muxtar Respublikasında böyüyüb, burada 3 N-li orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin Hərbi fiziki təlim fakültəsinə daxil olub. 1998-ci ildə ali təhsil aldıqdan sonra Bakı şəhərinə köçüb. Bir neçə beynəlxalq festivalın qalibi və qranpri mükafatçısıdır. 2009-2010-cu illərdə ATV telekanalında "Yeni Ulduz" tele-yarışmasının qalibi olub. 2012-ci ildə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olub (professor Hüseyin Əliyevin sinfinə). 2013-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aparıcı solist-vokalçı kimi teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Sevil"də Atakişi, "Toska"da Anjelotti, "L'elisir D'amore" Belkore, "Pagliacci" Silvio və s.
Cahangir Qurbanov (əsgər)
Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994, Borsunlu, Goranboy rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub. Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Ailəsi == Subay idi. Atası – Məmməd Qurbanov. Anası – Elminaz Qurbanova. Qardaşları – Yunis Qurbanov, Samir Qurbanov. Əmiləri – Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər. == Hərbi xidməti == 2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır.
Cahangir Qəhrəmanov
Cahangir Qəhrəmanov Vahid oğlu (10 fevral 1927, Qəbələ – 26 iyun 1995) — Əlyazmalar İnstitutunun direktoru, alim, professor, əməkdar elm xadimi. == Həyatı == Cahangir Qəhrəmanov 1927-ci il fevral ayının 10-da Qəbələ bölgəsində ziyalı ailəsində anadan olmuşdur. Atası Vahid Qəhrəmanov Azərbaycanın ilk hüquqşünas alimlərindən biri idi. O, 1945-ci ildə Bakı şəhəri 132 N-li orta məktəbi bitirmişdir. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1955-ci ildə "Azərbaycan ədəbi dilində fəlsəfə terminləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Cahangir Qəhrəmanov 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, dosent kimi çalışmışdır. O, 1960-ci ildən etibarən fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda davam etdirmişdir. Qəhrəmanov 1960-cı ildən 1995-ci ilədək Əlyazmalar Fondunda çalışmışdır.
Cahangir Rüstəmov
Cahangir Rüstəmov (polkovnik) — Azərbaycan Milli Ordusunun polkovniki, alay komandiri. Cahangir Rüstəmov (rəssam) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Cahangir Rüstəmov (polkovnik)
Rüstəmov Cahangir İsgəndər oğlu — keçmiş Sovet ordusunun "Qırmızı Ulduz" ordeni nişanlı batalyon komandiri olmuş, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş, Milli Ordumuzun hərbçi polkovniki, alay komandiri. == Həyatı == Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəyin Düz Rəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il sovet ordusunda xidmət keçəndən sonra, 1988-ci ildə polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. sovet ordusunun ali ordeni olan "Qırmızı Ulduz" nişanı ilə təltif edilmişdir. Cahangir Rüstəmov Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə qayıdaraq Azərbaycan Milli ordusunun tərkibində Azərbaycanın ərazi bütovlüyü uğrunda döyüşlərə qatılmışdır. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C. Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib.
Cahangir Rüstəmov (rəssam)
Cahangir Mahmud oğlu Rüstəmov (5 mart 1926, Nuxa – 13 fevral 2007) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyat və yaradıcılığı == Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-cu ildə 7 illik məktəbi bitirmişdir. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır.Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılmışdı.
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Cahangir Surxayzadə
Cahangir Hətəm oğlu Surxayzadə (9 iyul 1996, Qaynaq, Tərtər rayonu — 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahangir Surxayzadə 9 iyul 1996-cı ildə Tərtər rayonunun Qaynaq kəndində Hətəm Əliyev və İltifat Qasımovanın ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Tərtər rayonu Qaynaq kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Cahangir Surxayzadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərən Cahangir Surxayzadə yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vurduqdan sonra Azərbaycanın Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmətə başlamışdır. Cahangir Surxayzadə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin tərkibində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Cahangir Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində xüsusi təyinatlı dəstənin atıcı və meteomüşahidəçisi olaraq iştirak etmişdir.
Cahangir Süleymanov
Süleymanov Cahangir Salman oğlu - == Həyatı == 1929-cu ildə anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş, 1948-ci ildə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına köçürülmüş və 1951-ci ildə üzümçülük ixtisası üzrə oranı bitirmişdir. Təyinatla 4 il Özbəkistanda işləmiş, 1956-cı ildə Azərbaycan elmi-tədqiqat meyvəçilik, üzümçülük və subtropik bitkilər İnstitutunun Gəncə üzümçülük və şərabçılıq tədqiqat stansiyasında baş elmi işçi işləmiş və 1959-cu ildə üzümçülük üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə qədər təcrübə stansiyasının direktoru, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük kafedrasının dosenti, 1976–1987-ci illərdə isə Azərbaycan Elmi-Tədqiqat üzümçülük və Şərabçılıq İnstitutunun direktoru işləmişdir. Bir çox dərs vəsaitinin, elmi məqalələrinin və üzümçülük adlı (birgə) Dərsliyin müəllifidr. Respublikada üzümçülüyün inkişaf etdirilməsində böyük əməyi olmuşdur. 1991–1995-ci illərdə üzümçülük kafedrasının müdiri işləmişdir. 1995-ci ildə vəfat etmişdir.
Cahangir Süleymanov (alim)
Süleymanov Cahangir Salman oğlu - == Həyatı == 1929-cu ildə anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş, 1948-ci ildə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına köçürülmüş və 1951-ci ildə üzümçülük ixtisası üzrə oranı bitirmişdir. Təyinatla 4 il Özbəkistanda işləmiş, 1956-cı ildə Azərbaycan elmi-tədqiqat meyvəçilik, üzümçülük və subtropik bitkilər İnstitutunun Gəncə üzümçülük və şərabçılıq tədqiqat stansiyasında baş elmi işçi işləmiş və 1959-cu ildə üzümçülük üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə qədər təcrübə stansiyasının direktoru, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük kafedrasının dosenti, 1976–1987-ci illərdə isə Azərbaycan Elmi-Tədqiqat üzümçülük və Şərabçılıq İnstitutunun direktoru işləmişdir. Bir çox dərs vəsaitinin, elmi məqalələrinin və üzümçülük adlı (birgə) Dərsliyin müəllifidr. Respublikada üzümçülüyün inkişaf etdirilməsində böyük əməyi olmuşdur. 1991–1995-ci illərdə üzümçülük kafedrasının müdiri işləmişdir. 1995-ci ildə vəfat etmişdir.
Cahangir Səlimxanov
Səlimxanov Cahangir Talib oğlu — Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri. Musiqişünas, 1959-cu il noyabrın 29-da anadan olub. == Əsərləri == Cavanşir Quliyev. «Musiqi dünyası» jurnalı, B., №1, 1999. Azərbaycanın ən'ənəvi və müasir musiqisinə dair mühazirələr: Oslo Universiteti. Norveç, 1990; Vyana Yeni Musiqi seminarı. Avstriya, 1992; Köln Universiteti nəzdində Musiqişünaslıq İnstitutu. Almaniya, 1996. Azərbaycanda (Milli Radio, ANS ÇM) və xarici ölkələrdə – «Mayak» (Rusiya), Radio Svizzera İtaliana (İsveçrə), BBC-3 (Böyük Britaniya), VPRO (Niderland), BR&T (Belçika) və s. – Azərbaycan musiqisinə dair radio verilişləri (1990 - 2001).
Cahangir Zeynallı
Cahangir Həsənağa oğlu Zeynallı — Azərbaycan kinorejissoru və ssenaristi, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakıda anadan olub. ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb Hal-hazırda Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyir. == Filmoqrafiya == 20 yanvar (film, 1990) Arzuya doğru (film, 1983) Azərbaycan SSR (film, 1978) Azərelektromaş (film, 1992) Dostlar görüşəndə (film, 1980) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Əbədi iz (film, 1985) Əbədiyyət yolu (film, 1987) Əlaqə (film, 1989) Əsrin kontraktı (film, 1996) Fikrət Əmirov (film, 1985) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Gələcəyin qurucuları (film, 1982) Həyat mübarizədir (film, 1987) İlişdim (film, 1983) İlk zirvələr (film, 1988) İntizar (film, 1986) İstirahət gecəsi (film, 1982) Jonqlyor (film, 1986) Qaçqınlar (film, 1994) Qəhrəmanların izi ilə (film, 1975) Qobustan (film, 1991) Nə haqla? (film, 1983) Neft çağırır (film, 1980) Özünü ifşa (film, 1986) Pərdə arxasında (film, 1987) Səfillər (film, 1985) Sirk mənim həyatımdır (film, 1978) Solmaz bir bahar kimi (film, 1979) Son söz (film, 1981) Söz gəncliyindir (film, 1987) Spartakiadanın startları (film, 1983) Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) Şeir mənim üçün bir kainatdır (film, 1984) Şəfa nöqtələri (film, 1977) == İstinadlar == == Mənbə == Rzayeva, M. “Yalnız özümüzə arxalanmalı” //Ədəbiyyat.- 1991.- 19 iyul.- səh. 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Cahangir Zeynalov
Cahangir Məşədi Rza oğlu Zeynalov (21 sentyabr 1865 – 22 oktyabr 1918) — Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi. == Həyatı == Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. 1865-ci ildə Bakıda doğulmuş Cahangir Zeynalovun atası Məşədi Rza da, özü də tacirlik etmişlər. Cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. 1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik etmişdir. Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi.
Cahangir Zeynaloğlu
Cahangir bəy Nəsirbəyov (1892, Şuşa – 1944, Berlin) — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun zabiti, tarixçi. == Həyatı == Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır. Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C. Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C. Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi.
Cahangir Zülfüqarov
Cahangir Oqtay oğlu Zülfüqarov (d. 31 oktyabr 1955, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012), A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri. == Həyatı == Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.
Cahangir bəy Kazımbəyli
Cahangir bəy Əli bəy oğlu Kazımbəyli (15 mart 1894 və ya 3 (15) mart 1885, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 yanvar 1955, Berlin, Qərbi Berlin, Qərbi Almaniya) — Çar Rusiyasında, daha sonra Azərbaycan Xalq Cümhuriyyətində ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri. Cahangir bəy Kazımbəyli Sankt-Peterburq Hərbi Akademiyasını bitirmiş, Birinci Dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmiş, polkovnik rütbəsinədək yüksəlmişdir. == Həyatı == Cahangir bəy Əli bəy oğlu Kazımbəyli 15 mart 1894-cü və ya 1885-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Sankt-Peterburq Hərbi Akademiyasını bitirib. Birinci dünya müharibəsində Rusiya tərəfində vuruşub. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə dönüb. Alay komandiri olub. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Cahangir bəy peşəkar hərbçiydi. Bilirdi ki, yeni hökumətə qarşı müqavimət silahlı yolla aparılmalıdır.
Cahangir bəy Novruzov
Cahangir bəy Novruzov və ya Cahangir Bərkər (1894, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası — 17 iyul 1958, Bornova, Türkiyə) — Azərbaycan Cümhuriyyətinin kapitanı, Türkiyə Silahlı Qüvvələrinin briqada generalı. Bakı, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 33 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Cahangir bəy Novruzov 1894-cü ildə, Bakıda hərbçi ailəsində anadan olub. Tiflis hərbi məktəbində təhsil alıb. Təhsil aldığı dövrdə Sultan Məcid Qənizadə, Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski ilə tanış olub. 1918-ci ilin aprel ayında həbs olunub. Sonradan azərbaycanlı milli fəalların köməkliyi ilə həbsdən azad edilərək Gəncəyə göndərilib. == Hərbi xidmət == === I Dünya Müharibəsində === 18 yaşında ikən I Dünya Müharibəsində leytenant rütbəsi ilə draqun alayının süvari bölüyündə xidmət edib.
Cahangir bəy Şıxməmmədbəyov
Cahangir bəy Şıxməmmədbəyov (1898-?) — Tiflis Kommersiya məktəbinin məzunu, pedaqoq. == Həyatı == Cahangir Şıxməmmədbəyov 1898-ci ildə Qutqaşen rayonunun Bum kəndində ziyali ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Bum məktəbində almışdır. Bum məktəbi "rus-tatar" məktəbi olub təhsil müddəti 5 il idi. Məktəbi 1911-ci ildə qurtaran gənc Cahangir həmin ildə Tiflis şəhərinə getmiş və orda "Коммерские училише"də oxumuş, 1916-cı ildə Nuxa gimnaziyasına dəyişmiş, 1919-cu ildə gimnaziyani başa vuraraq Bakıya qayıtmışdır. Bir müddət dəmir yol stansiyasında dispetçer işləmiş və 1922-1925-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) oxumuşdur. Təhsil illərində Bakı şəhərindəki 6, 29 və 19 №-li məktəblərdə işləyən Cahangir Şıxməmmədbəyov 1925-ci ildə ali məktəbi bitirdikdən sonra müəllim Rza Talıblının məsləhəti ilə Türkmənistana getmişdir. Cahangir müəllim onunla bərabər Türkmənistana gəlmiş Əli Axundovla birgə Aşqabad pedaqoji texnikumunun, ikiillik qızlar üçün texnikumun və Türkmənistan Partiya Məktəbinin açılışında yaxından iştirak etmiş və həmin təhsil ocaqlarında işləmişlər. Əslində onlar Türkmənistanın ilk ali təhsilli müəəllimləri olmuşlar. Türkmənistan təhsili kənardan gələrək burada ziyalıları birləşdirmiş və onlar respublikanın maarif həyatının canlanmasında əsas qüvvəyə çevrilmişdir.
Cahangir kəndi (Marağa)
Cahangir kəndi (fars. جهانگيركندي‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 48 km cənub-qərbdədir.

Digər lüğətlərdə

ба́ртерный гора́здо орографи́ческий пре́жний распелёнываться сса́живаться шашлы́чник вообража́ть вы́свистать медико-санита́рный оппозиционе́рка повылеза́ть пошу́чивать яд awash brutal camphor conk out guide-book macroclimate malmaison third ear кливер обесцветить посад