BÜSAT
CAHANBANU
OBASTAN VİKİ
Abdulla və Cahan dastanı
Abdulla və Cahan – Azərbaycan məhəbbət dastanı. Şirvanlı Aşıq Abdullanın (XVII əsr) həyatı və şeirləri əsasında yaranmışdır. Müxtəlif variantları var. Məhəbbət dastanlarına xas olan ənənəvi süjetə malikdir. Dastanın qısa məzmununu və şeirlərindən bir qismini H.Əlizadə "Aşıqlar" kitabında (h.1, 1935), qazaxlı Aşıq Məmmədyardan toplanmış variantını isə Ə.Axundov və M.H.Təhmasib nəşr etdirmişlər. Dastanın başqa bir variantını 1971–1972-ci illərdə Türkiyədə nəşr etdirən türk aşığı Lütfi Aydanın ehtimalına görə, bu dastan uzun müddət Şirvanda və Dağıstanda yaşamış Xəstə Qasım tərəfindən Aşıq Abdullanın şeirləri əsasında yaradılmışdır. == Mənbə == Azərbaycan dastanları. 5 cilddə. C. 2. B., 2005.
Cahan
Sultan Şahcahan (5 yanvar 1592 - 22 yanvar 1666) — Hindistanda olan Babur İmperiyasının hökmdarı (1628-1658). == Həyatı == Sultan Şahcahan atası və xanlığın qurucusu Babur Şah tərəfindən Əmir Teymurun,ana tərəfindənsə Cuci Xan vasitəsilə Çingiz Xanın nəvəsidir.İllər boyunca varisi olduğu Teymur İmperatorluğunu yenidən qurmağa başlamış,bu məqsədlə də dəfələrlə Mavərənnəhrə səfərlər etmişdir.Babası Teymurun xəyallarındalı şəhər olan Səmərqəndi 3 dəfə geri almış, lakin yenidən itirmişdir.Hindistana səfərlər planlamış və sələfləri tərəfindən Hindistanən xeyli hissəsi tutulmuşdur. Şahcahanın mirzənin taxta çıxa bilməsi üçün hər şeydən əvvəl taxt-tac qovğasına başlayan qardaşlarını məğlub etməsi lazım gəlmişdi. Mübarizədə qalib gəldikdən sonra imperatorluğun parçalanmasının və bundan sonrakı taxt-tac qovğalarının qarşısını almaq üçün öz soyundan olan bütün kişiləri öldürtdü. Bundan sonra əfqan əmirlərinin üsyanlarını yatırtdı. Dövlətabad, Qolqanda, Micapur və Tibeti aldı. Avropalılar onun zamanında Hindistanla əlaqələrini daha da artırdılar. Şah Cahanın dörd oğlu vardı. Onların idarəçi kimi yetişmələri və taxta çıxmağa hazırlanmaları üçün müxtəlif bölgələrə əmir qoydu. Ancaq 1658-ci ildə Şah Cahan ağır xəstələndikdə ölməmişdən əvvəl uşaqları arasında taxt-tac çəkişməsi başladı.
Cahan Ağamirov
Ağamirov Cahan Mirbaba oğlu (19 aprel 1945, Təbriz) — Azərbaycanlı nizamişünas, şərqşünas, fars dili mütəxəssisi və filologiya üzrə fəlsəfə doktoru. Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi. Cahan Ağamirov, "İran ədəbiyyatşunaslıqında Nizami irsinin öyrənməsi və tədqiqi" mövzüsünda dissertasiya işinin müəllifidir. Alim, XII əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyərnilməsi sahəsindəki fəaliyyətlərinə görə tanınmışdır. == Həyatı == Cahan Ağamirov 1945-ci ilin 29 aprel tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. Həmin dövrdə ölkə Pəhləvilər sülaləsi tərəfindən idarə edilməkdə idi. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov, XX əsrin əvvəllərindən etibarən tez-tez İrana səfərlər etmiş və Təbriz şəhərində ticarət əlaqələri yaratmışdır. Atasının Təbriz-Gəncə arasında ticarətlə məşğul olduğu və əsasən müxtəlif ədviyyat məhsullarını İrandan gətirərək, Gəncə bazarlarında satdığı məlumdur. Tez-tez İrana səfərlər etməsi və İrana məxsus passporta sahib olması səbəbindən 1937-ci ildə atası Mirbaba Ağamirov İrana sürgün edilmişdir.Sürgün zamanı bir necə dəfə Azərbaycana geri qayıtmağa cəhd göstərsə də, İran-SSRİ arasındakı sərhəddin ciddi qorunması və mümkün təhlükələr səbəbindən bu cəhdlər uğursuz alınmışdır.
Cahan Holding
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Holdinq
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Məmmədov
Cahan Məmmədov — 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, "Şərəf nişanı" ordeni təltifçisi. == Həyat və fəaliyyəti == 1949-cu ildə Tovuz rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək, iqtisadçı ixtisasını almışdır. 1968-1970-ci illərdə Almaniya DR-da hərbi xidmətdə olub. 1970–1972-ci illərdə Bakı Baş tikinti idarəsinin 12 №-li Tikinti Quraşdırma İdarəsində çilingər; 1972-1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı; 1976-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində texniki rezin məmulatları şöbəsində böyük mühəndis-iqtisadçı, Xüsusi geyim, təsərrüfat malları və avadanlıqların təckizatı şöbəsinin rəisi, Tikinti Materiallarının təchizatı şöbəsinin rəisi, Maşın, avadanlıq və istehsal təyinatlı malların təchizatı üzrə Baş idarəsinin rəisi; 1986-1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Maddi-Texniki Təchizat üzrə Baş idarənin rəis müavini, rəisin birinci müavini; 1991–1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi həmin Nazirliyin "Azəraqro-təchizatmexanikləşdirmə" Respublika İstehsalat Birliyində sədrin birinci müavini; 1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində "Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı" mövzusunda iqtisad elmləri namizədi dərəcəsi almaq üçün müdafiə edib. 1994-2015-ci illərdə "Marketinq" kafedrasında saathesabı müəllim işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışmışdır. 2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir.Çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri çapdan çıxmışdır. == Mükafatları == 1978-ci ilin may ayının 6-da "Sosializm yarısının qalibi" medalı 1982-ci ildə Kənd Təsərrüfatının inkişafındakı əməyinə və nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət heyətinin 23 fevral 1981-ci il qərarına əsasən "Şərəf Nişanı" ordeni ilə təltif olunub.
Cahan Məmmədzadə
Cahan Saleh oğlu Məmmədzadə (24 avqust 1994, İsmayıllı rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cahan Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahan Məmmədzadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, Ərdəbil, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu.Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu. Cahan Pəhləvanın göndərdiyi qoşun Şimlanın ordusunu məğlub edir, ağır yaralanmış Şimla əsir alınır, iki gün sonra vəfat edir.
Cahan Talışinskaya
Cahan Rza qızı Talışinskaya (9 fevral 1909, Lənkəran, Lənkəran qəzası – 1 mart 1967, Bakı) — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == === İlk illəri === Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.
Cahan Teymur
İzzəddin Cahan Teymur — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Atası Keyxatunun oğlu Alafranq idi. == Həyatı == 1339-cu ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Haqqında çox məlumat yoxdur. Adına sikkə kəsilən bölgələrə Bağdad, Bəsrə, Ərzincan, Mosul, Samsun, Sincar daxil idi. 1340-cı ildən sonra Həsən Cəlayir müstəqil hakimiyyətə başladı.
Cahan şah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Nur Cahan
Nur Cahan (pənc. نور جہاں ; urdu نور جہاں ; ing. Noor Jehan, 21 sentyabr 1926, Kasur[d], Britaniya Hindistanı – 23 dekabr 2000, Kəraçi) — Pakistanlı ifaçı və aktrisa idi. O, Hindistan yarımqitəsində dövrünün ən böyük müğənnilərindən biri kimi tanınır və ona Məlikəye tərənnüm (Urdu: ملکہ ترنم, melodiya kraliçası) fəxri adı verilmişdir. O, 1965-ci ildə ifa etdiyi vətənpərvər mahnıları ilə Pakistanda xüsusi milli tanınma və populyarlıq qazandı və bu, onu əlamətdar səviyyəyə qaldırdı. O, hind, pəncab, sindhi və urdu dillərində 10 mindən çox mahnı oxuyub. O, həmçinin Pakistanın ilk qadın kinorejissoru hesab olunur.
Cahan Pen MMC
Cahan xanım Talışinskaya
Cahan Rza qızı Talışinskaya (9 fevral 1909, Lənkəran, Lənkəran qəzası – 1 mart 1967, Bakı) — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == === İlk illəri === Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.
III Cahan Şah
III Cahan Şah və ya Muhi ül-Millət (1711 – 1772) — Böyük Moğol İmperiyasının XVI hökmdarı.
II Cahan Şah
II Cahan Şah — Böyük Moğol İmperiyasının XII padşahı.
Keyxosrov Cahan bəyim
Keyxosrov Cahan bəyim (d. 9 iyul, 1861 - ö. 12 aprel, 1930) — İngilis idarəsindəki Hindistanda yarımüstəqil Bopal sultanlığı dövlətinin son qadın hökmdarı (1901-1926). == Həyatı == Keyxosrov Cahan bəyim 9 iyul 1861-ci il tarixində Hindistanın Bopal (Bhopal) şəhərində doğulmuşdu. Anası Bopal nəvvabəsi Sah Cahan bəyim, atası Bəxşı Baqi Məhəmməd xandır. Mövlanə Cəmaləddin əl-Vəzir və Müftü Əyyub bin Qəmərüddindən çeşidli dərslər aldı. Nənəsi İskəndər bəyimdən də dövlət idarəsiylə ilgili mövzularda bilgilər etdi. Ayrıca xətt dərsləri aldı və Farsca öyrəndi. 1875-ci ildə Əmir Əhməd Əli xan ilə evləndi. Bu evlilikdən 1876-cı ildə Məhəmməd Nəsrullah xan 1877-ci ildə Hafız Ubeydullah xan və 1894-cü ildə Məhəmməd Hamidullah xan adlarında üç oğlu oldu.
Məhəmməd Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, Ərdəbil, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu.Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu. Cahan Pəhləvanın göndərdiyi qoşun Şimlanın ordusunu məğlub edir, ağır yaralanmış Şimla əsir alınır, iki gün sonra vəfat edir.
Məleykə Cahan Bəyim
Məleykə Cahan Bəyim (1875, Tehran – 1947, San-Remo, Liquriya) 1875- ci ildə Tehranda anadan olmuşdur. == Həyatı == Məhəmməd Əli Şahın həyat yoldaşı, Şahbanusu (şahın həyat yoldaşı), Qacar sülaləsinin üzvü, Əhməd Şah Qacarın anasıdır. Atası Kamran Mirzə Qacar Naib əs-Səltənədir ( Nəsirəddin Şah Qacarın oğlu). Şahilə evləndikdən sonra "Kraliça Cahan" adlandırıldı. Hər halda, bunun da mənası "Məleykə-ye Cahan"la eynidir və dünyanın kraliçası deməkdir. == Sürgün illəri == İranda Rza şah başda olmaqla Pəhləvi sülaləsi Qacar sülaləsini devirdikdən sonra, digər sülalə üzvləri ilə birlikdə Avropaya köçərək San-Remoda yaşamışdır. Məhəmməd Əli şahın ölümündən sonra (1925) ailənin birlikdə saxlanmasında böyük rolu olmuşdur.Bu illərdə "Borhan-ol-İman"ı (İmanın səbəbinin mənası) yazmışdır. Bu əsərə öz dualarını və bəzi dualar barədə qeydlərini yazmışdır.
Nəqşi Cahan meydanı
Nəqşi Cahan Meydanı (fars. ميدان نقش جهان‎ Meydān-e naḳş-e cahān; “Dünyanın şəkli meydanı” ya da fars. ميدان شاه‎ Meydān-e Şāh; “Şahın meydanı”) — Həmdə İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir. == Tarixi == Nəqşi Cahan meydanı qurulduğu gündən etibarən həm şəhər, həm ümümulikdə İran nəzdində öz orginallığını və toxunulmazlığını qoruyub saxlayan məkanlardan biridir. Meydanın inşası 1598-ci ildə başlasa da təxminən 1632-ci ildə başa çatmışdır.
Saman Nəriman Cahan
Saman Nəriman Cahan (fars. سامان نریمان جهان‎, d. 18 aprel 1991, Bünab, Şərqi Azərbaycan ostanı, İran) — hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi komandasının keçmiş cənubi azərbaycanlı yarımmüdafiəçisi, 23 yaşadək futbolçulardan ibarət İran millisinin keçmiş üzvü. == Klub karyerası == Əhalisi azərbaycanlılardan ibarət olan və əsasən Azərbaycan dilində danışılan bölgə olan Şərqi Azərbaycan ostanının Bünab ərazisində anadan olan Saman futbolçu karyerasına Təbrizin İran peşəkar futbol liqasındakı təmsilçisi Traktorda başlamışdır. Həmçinin onun peşəkar futbolçu kimi yetişməsində Təbrizin digər klubu Maşın Sazi və Tehranın Neft Tehran klublarının da böyük rolu olub. Peşəkar olaraq karyerasına 2012-ci ildə məhz Neft Tehran klubunda başlayıb. Həmin ilin ikinci yarısını icarə əsasında Göstəriş Poladda keçirən Saman, özünü yaxşı nümayiş etdirmiş və növbəti mövsüm Göstərişə transfer edildi. Traktorda icarədə oynayıb yenidən Göstərişə qayıdan Saman 2016-cı ilin yayında Avstriya Bundesliqası təmsilçisi Volfsbergerə baxışa yollansa da, maliyyə problemləri səbəbindən onun transferi baş tutmadı. Saman 2016-17 mövsümündə yenidən qurulmuş Maşın Sazi komandasına qatıldı. Azadi stadionunda İstiqlalla oyunda məhz onun qolu sayəsində komandası Tehran təmsilçisi ilə heç-heçə etdi.
Neft və cahan savaşı
Neft və cahan savaşı - kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı Nazim Rzanın müəllifi olduğu kitab. == Haqqında == Kitab İkinci dünya müharibəsində böyük neft uğrunda gedən mübarizədən, Bakı neftinin son dərəcə önəmli rolundan və neftin həlledici amil olmasından bəhs edir. Həmçinin kitabda savaşın başlama səbəbləri, onun gedişatı və Almaniyanın məğlubiyyət səbəbləri qeyd edilmişdir. Bakı neftinin qorunmas üçün görülmüş tədbirlər, bunun uğrunda atılan addımların məzmunuda oxucuya çatdırılır. Xüsusilə 1941-ci ilin qışından başlayaraq SSRİ ərazisində yerləşmiş alman qüvvələrin ərzaq və yanacaq sıxıntıları əksinə olaraq qarşılarındakı sovet ordusunun bunlarla daha yaxşı təchiz olunduqları ətraflı şərh edilir.
Sərv-i Cahan (Əbhər)
Sərv-i Cahan (fars. سروجهان‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 436 nəfər yaşayır (92 ailə).
Məndə Sığar İki Cahan... (1973)
== Məzmun == Film dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Bakıda və Moskvada keçirilən yubiley tədbirləri, Nəsiminin tədqiqatçıları ilə müsahibələr filmdə öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Əhmədağa Muğanlı, Xamiz Muradov Operator: Vladimir Konyagin, Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
Qütb əl-Din Şah Cahan
Qütb əl-Din Şah Cahan — Kirmanın Qutluqxanilər sülaləsindən olan son hökmdarı. == Həyatı == Qütb əl-Din Şah Cahan Suyurğatmışın oğludur. Qohumunun vəliəhdi olduqdan sonra taxta çıxmış və qısa müddət hakimiyyətdə olmuşdur. Onun hakimiyyəti dövründə qəddar, rüşvətxor və həddindən artıq əsəbi olduğu bildirilir. O, Elxani hökmdarı Olcaytunun əmri ilə monqol canişini Malik Nəsirəddin Məhəmməd ilə əvəz edilmişdir. Ömrünün yerdə qalan hissəsini ögəy anası Kördüçin ilə birlikdə Şirazda keçirmişdir. Onun qızı Qutluqxan Makdumşah Mübariz əl-Din Məhəmməd ilə 1328-ci ildə evlənmiş və beləliklə, Müzəffərilər sülaləsinin əsasını qoymuşdur.
Asif Cahangirov
Asif Baxış oğlu Cahangirov (5 iyun 1948, Stepanakert) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000) == Həyatı == Asif Cahangirov 5 iyun 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Əslən qarabağlıdır. Bəy silkindəndir. Cahangirbəyovlar şəcərəsinin məlum olan tarixi təxminən XVIII əsrin 20–30-cu illərindən başlayır. Atası, Cahangirov Baxış İsmayıl bəy oğlu (1913–1989) Dağlıq Qarabağ Muxtar Vilayətinin (kecmiş Yelizavetpol quberniyası Şuşa mahalının) Tuğ kənində anadan olmuşdur. Uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif şöbəsi müdirinin müavini olmuşdur. Fin və Böyük Vətən müharibələrinin iştirakçısı, II dərəcəli müharibə əlili idi. Anası, Cahangirova (Əfəndiyeva) Rəna İdris qızı (1922–1994), Füzuli (keçmiş Karyagin) rayonunun Saracıq kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə hərbi hospitalda tibb baçısı işləmiş, ailə qurduqdan sonra evdar qadın olmuşdur.
Atlıxan Cahangirov
Atlıxan Paşa oğlu Cahangirov Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1919-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Qayalı kəndində doğulub. Qubadlıda orta məktəbi bitirdikdən sonra Pedoqoji institutda və iki illik Partiya məktəbində təhsil alıb. Qubadlı rayon partiya komitəsində bir sıra vəzifələrdə çalışan A.cahangirov 1951-ci ilin aprelindən 1954-cü ilin iyuluna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Bəstəkar Cahangir Cahangirov (film, 2013)
Bəstəkar Cahangir Cahangirov — rejissor Ruslan Hüseynovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film bəstəkar, pedaqoq, xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr olunub. == Film haqqında == Filmdə "Koroğlu", "Yenilməz batalyon", "Dağlarda döyüş", "Dəli Kür", "Qatır Məmməd", "Evlənmək istəyirəm" filmləri və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından və istifadə olunub.
Cahangir Qurbanov (müğənni)
Qurbanov Cahangir Qafar oğlu (17 sentyabr 1976, Sumqayıt) — Azərbaycan müğənnisi. == Həyatı == Cahangir Qurbanov 1976-cı 17 sentyabrda Sumqayıt şəhərində anadan olub. Naxçıvan Muxtar Respublikasında böyüyüb, burada 3 N-li orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin Hərbi fiziki təlim fakültəsinə daxil olub. 1998-ci ildə ali təhsil aldıqdan sonra Bakı şəhərinə köçüb. Bir neçə beynəlxalq festivalın qalibi və qranpri mükafatçısıdır. 2009-2010-cu illərdə ATV telekanalında "Yeni Ulduz" tele-yarışmasının qalibi olub. 2012-ci ildə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olub (professor Hüseyin Əliyevin sinfinə). 2013-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aparıcı solist-vokalçı kimi teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Sevil"də Atakişi, "Toska"da Anjelotti, "L'elisir D'amore" Belkore, "Pagliacci" Silvio və s.
Cahangir Qurbanov (əsgər)
Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994, Borsunlu, Goranboy rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub. Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Ailəsi == Subay idi. Atası – Məmməd Qurbanov. Anası – Elminaz Qurbanova. Qardaşları – Yunis Qurbanov, Samir Qurbanov. Əmiləri – Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər. == Hərbi xidməti == 2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır.
Cahangir Qəhrəmanov
Cahangir Qəhrəmanov Vahid oğlu (10 fevral 1927, Qəbələ – 26 iyun 1995) — Əlyazmalar İnstitutunun direktoru, alim, professor, əməkdar elm xadimi. == Həyatı == Cahangir Qəhrəmanov 1927-ci il fevral ayının 10-da Qəbələ bölgəsində ziyalı ailəsində anadan olmuşdur. Atası Vahid Qəhrəmanov Azərbaycanın ilk hüquqşünas alimlərindən biri idi. O, 1945-ci ildə Bakı şəhəri 132 N-li orta məktəbi bitirmişdir. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1955-ci ildə "Azərbaycan ədəbi dilində fəlsəfə terminləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Cahangir Qəhrəmanov 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, dosent kimi çalışmışdır. O, 1960-ci ildən etibarən fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda davam etdirmişdir. Qəhrəmanov 1960-cı ildən 1995-ci ilədək Əlyazmalar Fondunda çalışmışdır.
Cahangir Rüstəmov
Cahangir Rüstəmov (polkovnik) — Azərbaycan Milli Ordusunun polkovniki, alay komandiri. Cahangir Rüstəmov (rəssam) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Cahangir Rüstəmov (polkovnik)
Rüstəmov Cahangir İsgəndər oğlu — keçmiş Sovet ordusunun "Qırmızı Ulduz" ordeni nişanlı batalyon komandiri olmuş, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş, Milli Ordumuzun hərbçi polkovniki, alay komandiri. == Həyatı == Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəyin Düz Rəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il sovet ordusunda xidmət keçəndən sonra, 1988-ci ildə polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. sovet ordusunun ali ordeni olan "Qırmızı Ulduz" nişanı ilə təltif edilmişdir. Cahangir Rüstəmov Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə qayıdaraq Azərbaycan Milli ordusunun tərkibində Azərbaycanın ərazi bütovlüyü uğrunda döyüşlərə qatılmışdır. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C. Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib.
Cahangir Rüstəmov (rəssam)
Cahangir Mahmud oğlu Rüstəmov (5 mart 1926, Nuxa – 13 fevral 2007) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyat və yaradıcılığı == Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-cu ildə 7 illik məktəbi bitirmişdir. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır.Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılmışdı.
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Cahangir Surxayzadə
Cahangir Hətəm oğlu Surxayzadə (9 iyul 1996, Qaynaq, Tərtər rayonu — 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahangir Surxayzadə 9 iyul 1996-cı ildə Tərtər rayonunun Qaynaq kəndində Hətəm Əliyev və İltifat Qasımovanın ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Tərtər rayonu Qaynaq kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Cahangir Surxayzadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərən Cahangir Surxayzadə yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vurduqdan sonra Azərbaycanın Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmətə başlamışdır. Cahangir Surxayzadə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin tərkibində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Cahangir Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində xüsusi təyinatlı dəstənin atıcı və meteomüşahidəçisi olaraq iştirak etmişdir.
Cahangir Süleymanov
Süleymanov Cahangir Salman oğlu - == Həyatı == 1929-cu ildə anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş, 1948-ci ildə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına köçürülmüş və 1951-ci ildə üzümçülük ixtisası üzrə oranı bitirmişdir. Təyinatla 4 il Özbəkistanda işləmiş, 1956-cı ildə Azərbaycan elmi-tədqiqat meyvəçilik, üzümçülük və subtropik bitkilər İnstitutunun Gəncə üzümçülük və şərabçılıq tədqiqat stansiyasında baş elmi işçi işləmiş və 1959-cu ildə üzümçülük üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə qədər təcrübə stansiyasının direktoru, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük kafedrasının dosenti, 1976–1987-ci illərdə isə Azərbaycan Elmi-Tədqiqat üzümçülük və Şərabçılıq İnstitutunun direktoru işləmişdir. Bir çox dərs vəsaitinin, elmi məqalələrinin və üzümçülük adlı (birgə) Dərsliyin müəllifidr. Respublikada üzümçülüyün inkişaf etdirilməsində böyük əməyi olmuşdur. 1991–1995-ci illərdə üzümçülük kafedrasının müdiri işləmişdir. 1995-ci ildə vəfat etmişdir.
Cahangir Süleymanov (alim)
Süleymanov Cahangir Salman oğlu - == Həyatı == 1929-cu ildə anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş, 1948-ci ildə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına köçürülmüş və 1951-ci ildə üzümçülük ixtisası üzrə oranı bitirmişdir. Təyinatla 4 il Özbəkistanda işləmiş, 1956-cı ildə Azərbaycan elmi-tədqiqat meyvəçilik, üzümçülük və subtropik bitkilər İnstitutunun Gəncə üzümçülük və şərabçılıq tədqiqat stansiyasında baş elmi işçi işləmiş və 1959-cu ildə üzümçülük üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə qədər təcrübə stansiyasının direktoru, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük kafedrasının dosenti, 1976–1987-ci illərdə isə Azərbaycan Elmi-Tədqiqat üzümçülük və Şərabçılıq İnstitutunun direktoru işləmişdir. Bir çox dərs vəsaitinin, elmi məqalələrinin və üzümçülük adlı (birgə) Dərsliyin müəllifidr. Respublikada üzümçülüyün inkişaf etdirilməsində böyük əməyi olmuşdur. 1991–1995-ci illərdə üzümçülük kafedrasının müdiri işləmişdir. 1995-ci ildə vəfat etmişdir.
Cahangir Səlimxanov
Səlimxanov Cahangir Talib oğlu — Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri. Musiqişünas, 1959-cu il noyabrın 29-da anadan olub. == Əsərləri == Cavanşir Quliyev. «Musiqi dünyası» jurnalı, B., №1, 1999. Azərbaycanın ən'ənəvi və müasir musiqisinə dair mühazirələr: Oslo Universiteti. Norveç, 1990; Vyana Yeni Musiqi seminarı. Avstriya, 1992; Köln Universiteti nəzdində Musiqişünaslıq İnstitutu. Almaniya, 1996. Azərbaycanda (Milli Radio, ANS ÇM) və xarici ölkələrdə – «Mayak» (Rusiya), Radio Svizzera İtaliana (İsveçrə), BBC-3 (Böyük Britaniya), VPRO (Niderland), BR&T (Belçika) və s. – Azərbaycan musiqisinə dair radio verilişləri (1990 - 2001).
Cahangir Zeynallı
Cahangir Həsənağa oğlu Zeynallı — Azərbaycan kinorejissoru və ssenaristi, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakıda anadan olub. ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb Hal-hazırda Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyir. == Filmoqrafiya == 20 yanvar (film, 1990) Arzuya doğru (film, 1983) Azərbaycan SSR (film, 1978) Azərelektromaş (film, 1992) Dostlar görüşəndə (film, 1980) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Əbədi iz (film, 1985) Əbədiyyət yolu (film, 1987) Əlaqə (film, 1989) Əsrin kontraktı (film, 1996) Fikrət Əmirov (film, 1985) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Gələcəyin qurucuları (film, 1982) Həyat mübarizədir (film, 1987) İlişdim (film, 1983) İlk zirvələr (film, 1988) İntizar (film, 1986) İstirahət gecəsi (film, 1982) Jonqlyor (film, 1986) Qaçqınlar (film, 1994) Qəhrəmanların izi ilə (film, 1975) Qobustan (film, 1991) Nə haqla? (film, 1983) Neft çağırır (film, 1980) Özünü ifşa (film, 1986) Pərdə arxasında (film, 1987) Səfillər (film, 1985) Sirk mənim həyatımdır (film, 1978) Solmaz bir bahar kimi (film, 1979) Son söz (film, 1981) Söz gəncliyindir (film, 1987) Spartakiadanın startları (film, 1983) Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) Şeir mənim üçün bir kainatdır (film, 1984) Şəfa nöqtələri (film, 1977) == İstinadlar == == Mənbə == Rzayeva, M. “Yalnız özümüzə arxalanmalı” //Ədəbiyyat.- 1991.- 19 iyul.- səh. 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Cahangir Zeynalov
Cahangir Məşədi Rza oğlu Zeynalov (21 sentyabr 1865 – 22 oktyabr 1918) — Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi. == Həyatı == Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. 1865-ci ildə Bakıda doğulmuş Cahangir Zeynalovun atası Məşədi Rza da, özü də tacirlik etmişlər. Cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. 1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik etmişdir. Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi.
Cahangir Zeynaloğlu
Cahangir bəy Nəsirbəyov (1892, Şuşa – 1944, Berlin) — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun zabiti, tarixçi. == Həyatı == Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır. Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C. Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C. Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi.
Cahangir Zülfüqarov
Cahangir Oqtay oğlu Zülfüqarov (d. 31 oktyabr 1955, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012), A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri. == Həyatı == Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.
Cahangir bəy Kazımbəyli
Cahangir bəy Əli bəy oğlu Kazımbəyli (15 mart 1894 və ya 3 (15) mart 1885, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 yanvar 1955, Berlin, Qərbi Berlin, Qərbi Almaniya) — Çar Rusiyasında, daha sonra Azərbaycan Xalq Cümhuriyyətində ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri. Cahangir bəy Kazımbəyli Sankt-Peterburq Hərbi Akademiyasını bitirmiş, Birinci Dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmiş, polkovnik rütbəsinədək yüksəlmişdir. == Həyatı == Cahangir bəy Əli bəy oğlu Kazımbəyli 15 mart 1894-cü və ya 1885-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Sankt-Peterburq Hərbi Akademiyasını bitirib. Birinci dünya müharibəsində Rusiya tərəfində vuruşub. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə dönüb. Alay komandiri olub. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Cahangir bəy peşəkar hərbçiydi. Bilirdi ki, yeni hökumətə qarşı müqavimət silahlı yolla aparılmalıdır.
Cahangir bəy Novruzov
Cahangir bəy Novruzov və ya Cahangir Bərkər (1894, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası — 17 iyul 1958, Bornova, Türkiyə) — Azərbaycan Cümhuriyyətinin kapitanı, Türkiyə Silahlı Qüvvələrinin briqada generalı. Bakı, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 33 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Cahangir bəy Novruzov 1894-cü ildə, Bakıda hərbçi ailəsində anadan olub. Tiflis hərbi məktəbində təhsil alıb. Təhsil aldığı dövrdə Sultan Məcid Qənizadə, Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski ilə tanış olub. 1918-ci ilin aprel ayında həbs olunub. Sonradan azərbaycanlı milli fəalların köməkliyi ilə həbsdən azad edilərək Gəncəyə göndərilib. == Hərbi xidmət == === I Dünya Müharibəsində === 18 yaşında ikən I Dünya Müharibəsində leytenant rütbəsi ilə draqun alayının süvari bölüyündə xidmət edib.
Cahangir bəy Şıxməmmədbəyov
Cahangir bəy Şıxməmmədbəyov (1898-?) — Tiflis Kommersiya məktəbinin məzunu, pedaqoq. == Həyatı == Cahangir Şıxməmmədbəyov 1898-ci ildə Qutqaşen rayonunun Bum kəndində ziyali ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Bum məktəbində almışdır. Bum məktəbi "rus-tatar" məktəbi olub təhsil müddəti 5 il idi. Məktəbi 1911-ci ildə qurtaran gənc Cahangir həmin ildə Tiflis şəhərinə getmiş və orda "Коммерские училише"də oxumuş, 1916-cı ildə Nuxa gimnaziyasına dəyişmiş, 1919-cu ildə gimnaziyani başa vuraraq Bakıya qayıtmışdır. Bir müddət dəmir yol stansiyasında dispetçer işləmiş və 1922-1925-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) oxumuşdur. Təhsil illərində Bakı şəhərindəki 6, 29 və 19 №-li məktəblərdə işləyən Cahangir Şıxməmmədbəyov 1925-ci ildə ali məktəbi bitirdikdən sonra müəllim Rza Talıblının məsləhəti ilə Türkmənistana getmişdir. Cahangir müəllim onunla bərabər Türkmənistana gəlmiş Əli Axundovla birgə Aşqabad pedaqoji texnikumunun, ikiillik qızlar üçün texnikumun və Türkmənistan Partiya Məktəbinin açılışında yaxından iştirak etmiş və həmin təhsil ocaqlarında işləmişlər. Əslində onlar Türkmənistanın ilk ali təhsilli müəəllimləri olmuşlar. Türkmənistan təhsili kənardan gələrək burada ziyalıları birləşdirmiş və onlar respublikanın maarif həyatının canlanmasında əsas qüvvəyə çevrilmişdir.
Cahangir kəndi (Marağa)
Cahangir kəndi (fars. جهانگيركندي‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 48 km cənub-qərbdədir.
Cahangir mirzə Qovanlı-Qacar
Cahangir mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1810-1853)—Qacar şahzadəsi, vali, tarixçi. == Həyatı == Abbas Mirzənin üçüncü оğlu Cahangir mirzə 1810-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. "Tarixi nоu" -yеni tarix adlı tarixi əsər (Cahangir mirzə, Tarixi nоu, Tehran, 1327, hicri-qəməri) yazmışdı. Əminə Pakrəvan yazır: "Lakin sonralar Abbas mirzənin güvənini qazanan, gələcəyinə umud bağladığı Cahangir mirzə olmuşdur. Cahangir mirzənin isə ana tərəfindən soyu bəllidir. Cahangir mirzə ana tərəfindən böyük xanların birinə bağlı idi. Druvil onun özəl xüsusiyətləri haqda bunu da yazmaqdadır ki, güldüyü zaman çox içdən və qəhqəhə ilə gülürdü. Şahzadə, Təbrizin otuz ağaclığında olan Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi". Qardaşı Məhəmməd mirzə şahlığa yiyələnəndə o, Qaimməqam Fərəhani tərəfindən tutulub zindan küncünə atılmışdı.
Cahangir xan Nuribəyov
Cahangir xan Hacı Böyük bəy oğlu Nuribəyov (1861, Şuşa – 1934, Bakı) — "Difai" təşkilatının üzvü, mülkədar. == Həyatı == Cahangir xan Hacı Böyük bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ata tərəfdən Qatırçı Murad bəyin, ana tərəfdən Bəhmən mirzə Qovanlı-Qacarın nəslindəndir. Şuşa real məktəbini bitirmişdi. Mülkədar idi. Şuşa şəhərində karvansatası, Cavanşir, Şuşa və Zəngəzur qəzalarında xeyli mülkü vardı. Maarifpərvər adam idi. Şuşa şəhər dövlət ibtidai məktəbinin fəxri nəzarətçisi vəzifəsini daşıyırdı. Cahangir xan Nuribəyov vətənpərvər bir şəxsiyyət idi. O, "Difai" təşkilatının və onun qolu "Qarabağ məclisi"nin üzvü idi.

Значение слова в других словарях

нака́ливание обгоре́лый омуто́к передёргать приступле́ние ссужа́ться языкоблу́дие ареста́нтка сверши́ть скака́лка back-coupling Main numero uno Quakers' meeting roofage schmelz scholarly sickle-shaped бойня досуха кабан кальцит пересмотр ружейник тесть