CAHAN

is. [ fars. ] Dünya, aləm, kainat.
Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Nəsimi.
Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir.

□ Cahana gəlmək – dünyaya gəlmək, doğulmaq.
Xoş gəlibdir xoş saatda cahana; Yox gözəlliyinə qüsur, bəhanə. Aşıq Ələsgər.
Gələndə Məhəmməd gəldin cahana; Gedəndə, Füzuli getdi, – dedilər. B.Vahabzadə.

Синонимы

  • CAHAN cahan bax dünya
  • CAHAN aləm — dünya
CAH-CALALLI
CAHANDAR

Значение слова в других словарях