CAHİL

sif. [ ər. ]
1. Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan. Ağ at ilə cahil ağaya qulluq eləmə. ( Ata. sözü ).
Kaş bir qətrə meyə qiymət olaydı min can; Düşməyəydi bu qədər cahilü nadan əlinə. S.Ə.Şirvani.
Ev-eşik, uşaqlar zəhmətsevməyən, lovğa, cahil Tamaşanın öhdəsində qaldı. Ə.Əbülhəsən.

2. bax cahıl.
[Pərviz Rüstəmbəyə:] Deyəsən, sən də ayılırsan, – dedi.
– Bəs necə, cahil, cavan deyilmi? Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAHİL cahil bax avam
  • CAHİL avam — nadan
  • CAHİL qaba — kobud — ədəbsiz

Antonimlər (əks mənalı sözlər)

  • CAHİL CAHİL – MƏDƏNİ Cahil adam kor kimidir (A.Şaiq); Mən bədii əsərləri müəyyən qədər sevməyən mədəni bir adam təsəvvür edə bilmirəm (M
CAHILLIQ
CAHİLANƏ

Digər lüğətlərdə