CALAL

is. [ ər. ] Əzəmət, ehtişam, dəbdəbə, təmtəraq, büsat.
Dağlarda nə calaldı; Ovçular macal aldı; Bir gözüm yar yolunda; Bir gözüm əcəl aldı. (Bayatı).
Hey baxıram yurdumuzun dastan olmuş calalına; Dağlar, daşlar qanad verir bir şairin xəyalına. S.Vurğun.
Bu calal, bu şövkət, bu şan mənimdir. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CALAL calal bax əzəmət 1; şövkət
  • CALAL təmtəraq — dəbdəbə — büsat

Etimologiya

  • CALAL Ərəbcə “böyüklük” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
CALAQLI
CALALLI

Digər lüğətlərdə