CALANMAQ

f.
1. Calaq edilmək, peyvənd edilmək, qələm edilmək. Calanmış ( f.sif. ) ağac.
// Yaxşı tutmaq (peyvənd, qələm). Qələm yaxşı calanmışdır.
2. məc. Bağlanmaq, rəbt olmaq.
Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam; Sən mənə uzaq. N.Xəzri.
[Şair:] Bu yol mənim dövlətim; Bu yol mənim varımdır; Bir-birinə calanan; Polad misralarımdır. B.Vahabzadə.

3. Tökülmək, axıb tökülmək. [Ruqiyyə xanım] əlini qaldırdığı qədəhlə bərabər masanın üzərinə çırpdı.
Şərab tamamilə süfrəyə calandı. S.Hüseyn.
Yağış bir sel axını kimi göydən yerə calanır. Ə.Məmmədxanlı.

4. məc. İlişmək.
[Əşrəf Bahara:] Yoxlamamış, bilməmiş birisinə calandıq, ondan ibrət olmadı… B.Bayramov.

CALANMA
CALAŞDIRMA

Digər lüğətlərdə

...ча́стный алоги́чный ка́ста кли́кнуть паску́дница пустоплёт развести́сь бурундуко́вый изнаси́ловать пикни́ческий подтира́ть ра́дуга скорня́жный скруглённо то́повый brodequin gneiss jardinière let alone resumptive rough used-to-be бациллоноситель дворничиха зачислить