CALAQ

is.
1. bot. Bir bitkinin başqa bitki ilə calaqlanma nəticəsində inkişaf etmiş hissəsi; peyvənd, qələm. Calaq yaxşı tutub.
// Calaq edilmiş, calaq nəticəsində alınmış. Calaq gilas.
– Calaq almalar, peyvənd armudlar, şumal gilaslar, qoşa düyüm zoğallar, şiv qələmlər elə qəşəng sallanmışlar ki, adam baxdıqca baxmaq istəyir. Ə.Vəliyev.

□ Calaq etmək (vurmaq)1) calaqlamaq, peyvənd etmək, qələm eləmək.
Biz gərək təzə-təzə bağ düzəldək, peyvəndlər edək, cır ağaca cins calaq vurub, ondan qızıl alma dərək. S.Rəhimov.
Qonşulardan kim onu; Çağırsaydı gedərdi; Bağ kəsər, şitil əkər; Yaxşı calaq edərdi. M.Rahim;

2) bir şeyin yanına tikmək, calamaq.
2. Qoşma, qoşulmuş şey.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CALAQ CALAQ Xülasə bu alma ağacı elə bir şöhrət qazandı ki, hər yerdən gəlib ondan qələm aparıb calaq caladılar (R
  • CALAQ peyvənd — qələm
  • CALAQ bağlama — qoşma
  • CALAQ tikmə — qurma
CAİZ
CALAQALTI

Digər lüğətlərdə