Aynur Camalqızı
Aynur Camal qızı Quliyeva (7 fevral 1975, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru, publika.az və teleqraf.com saytlarının rəhbəri.
== Həyatı ==
1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (BSİPİ) Politologiya fakültəsini bitirib.
== İctimai-siyasi fəaliyyəti ==
1996–2000-ci illərdə "Azərbaycan Ordusu", "Xalq qəzeti", "Şans", "Ulus", "Millətin səsi", "Yeni Yüzil" qəzetlərinin müxbiri işləyib.
2001–2005-ci illərdə "Yeni Müsavat" qəzetinin müxbiri işləyib.
2005-ci il noyabrın 6-da 95 saylı Tərtər seçki dairəsindən deputat seçilmişdir. Aynur Camalqızı Müsavat üzvü kimi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilmiş bu digər müsavatçı deputatlar tərəfindən etirazla qaşılanmışdır. Nəticədə Aynur Camalqızı partiyadan uzaqlaşdırıldı. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü olub. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.