CAN-BAŞ

сущ. обобщ. здоровье, самочувствие. Canın-başın necədir? как твое здоровье?
◊ canı-başı salamat qayıtdı вернулся цел и невредим; canı-başı salamat здоровый; candan-başdan keçmək kimin, nəyin yolunda пожертвовать жизнью, сложить (отдать) голову, отдать жизнь за кого, за что
CAN
CAN-BAŞLA
OBASTAN VİKİ
Can Can
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan,nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Can-balıq
Can-balıq və ya Canbalıq – Qaşqarlı Mahmud Divan-I Lüğətit Türkdə bir uyğur şəhəri deyə tərif etdiyi və çəkdiyi xəritədə Uyğur elindəki Beşbalıqın sağ tərəfində işarələdiyi tarixi şəhər. == Haqqında == Bəzi araşdırmaçılara görə, Can-balıq hal-hazırkı Çində Sintzsyan Uyğur Muxtar Bölgəsinin şimal-şərqində, Sancı Hui Muxtar Bölgəsinə bağlı Manas nahiyyəsidir və ya Djambalıkdır.
Can Bartu
Can Bartu (30 yanvar 1936, Kadıköy, İstanbul ili – 11 aprel 2019 və ya 12 aprel 2019, İstanbul) — çərkəz əsilli türk futbolçu. == Həyatı == 10 may 1962-ci ildə Fiorentina ilə Atletico Madrid arasında keçirilən final matçında oynayan Bartu avrokuboklarda final matçına çıxan ilk türk futbolçu oldu.
Can Bonomo
Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni. Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi.
Can Dündar
Can Dündar (türk. Can Dündar; 16 iyun 1961, Ankara) — Türkiyəli tədqiqatçı, jurnalist, televiziya və sənədli film istehsalçısı. Türkiyənin yaxın tarixi, siyasəti və məşhur mədəniyyət mövzularında hazırladığı sənədli filmləri ilə tanınmış istelsalçısıdır. Xüsusilə "Sarı Zeybek" (1993) sənədli filmi diqqəti cəlb etdi. 2015-ci ilin fevral ayında Cümhuriyət qəzetinin baş redaktoru olan Can Dündarın 29 may 2015-ci ildə imzasında dərc olunan Milli Kəşfiyyat Təşkilatının tırlarındakı silah xəbəri böyük əks-səda verdi və jurnalist bu xəbərə görə tutuldu. Məhkəmə nəticəsində cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımladığı üçün cəzalandırıldı. Apelyasiya məhkəməsi gedərkən hələ də azadlıqda olan C. Dündar təhlükəsizliyi ilə əlaqədar Almaniyaya getdi. O, Cümhuriyət gəzetinin baş redaktoru vəzifəsindən ayrıldı və eyni qəzetdə köşə yazarlığına davam edəcəyini açıqladı. 31 oktyabr 2016-cı ildə barəsində həbs qətimkan tədbiri görüldü. Oslo Sülh Araşdırma İnstitutu tərəfindən elan edilən 2017 Nobel Sülh Mükafatına namizədlər arasında üçüncü yerdə qərarlaşdı.
Can Rüstəm
Can Rüstəm (erm. Յան Ռուստամ) — erməni rəssamı. Can Rüstəmin yunan və ya osmanlı mənşəyli olması barədə də bəzi ehtimallar vardır. Rüstəm həyatının əsas illərini Reç Pospolita dövlətində yaşayıb, yaratmışdır. Vilna və Vilnüs universitetlərində dərs demiş və sonuncu universitetin professoru seçilmişdir. Can Rüstəm 1762-ci ildə Osmanlı imperiyasının mərkəzi hesab olunan İstanbul şəhərində anadan olmuşdur. Uşaq yaşlarından kimsəsiz böyüməyə başlamışdır və bir gün Adam Kazimersk tərəfindən kəşf edilmiş, onun himayəsinə alınmışdır. Kazimersk öz şagirdini Varşava şəhərinə gətirmiş və burada dönəmin mühüm rəssamlarından dərs almasını təmin etmişdir. Can Rüstəm 1788–1790-cı illərdə Almaniyaya səfər edir və bu səfərləri zamanı masonluğu qəbul edir. İki ildən sonra isə o, Reç Pospolitanın siyasi mərkəzi olan Varşava şəhərinə daha sonra isə Vilnaya köçür.
Can Yanyan
Can Yanyan (çin.
Can Yücel
Can Yücəl — (21 avqust 1926, Konstantinopol – 12 avqust 1999, İzmir) İstanbulda anadan olub. Eks Milli Eğitim Bakanı Həsən Əli Yücəlin oğludur. 1943'də yaxın dostu və Ankara Atatürk Lisey'indən sinif yoldaşı Gazi Yaşargil ilə xaricdə təhsil bursu qazandığı halda, o vaxtın Təhsil Naziri atası bunu Can Yücələ onun torpili kimi başa düşüləcəyi üçün əngəl olur. Gazi Yaşargil bu məlumatın yanlış olduğunu, ikisinin də ailələrinin imkanlarıyla xaricə getdiklərini dedi. Ankara və Cambridge universitetlərində Latınca və Yunanca oxudu. Müxtəlif səfirliklərdə tərcüməçilik, Londonda BBC'nin Türkcə bölümündə spiker oldu. Koreyada əsgərlikdə oldu. 1958'də Türkiyəyə qayıtdıqdan sonra Bodrum və Marmarisdə turist rəhbəri kimi işlədi. Sonra bağımsız şair və tərcüməçi olaraq İstanbulda yaşadı. 1956'da Gülər Yücəl ilə evləndi.
Can Yücəl
Can Yücəl — (21 avqust 1926, Konstantinopol – 12 avqust 1999, İzmir) İstanbulda anadan olub. Eks Milli Eğitim Bakanı Həsən Əli Yücəlin oğludur. 1943'də yaxın dostu və Ankara Atatürk Lisey'indən sinif yoldaşı Gazi Yaşargil ilə xaricdə təhsil bursu qazandığı halda, o vaxtın Təhsil Naziri atası bunu Can Yücələ onun torpili kimi başa düşüləcəyi üçün əngəl olur. Gazi Yaşargil bu məlumatın yanlış olduğunu, ikisinin də ailələrinin imkanlarıyla xaricə getdiklərini dedi. Ankara və Cambridge universitetlərində Latınca və Yunanca oxudu. Müxtəlif səfirliklərdə tərcüməçilik, Londonda BBC'nin Türkcə bölümündə spiker oldu. Koreyada əsgərlikdə oldu. 1958'də Türkiyəyə qayıtdıqdan sonra Bodrum və Marmarisdə turist rəhbəri kimi işlədi. Sonra bağımsız şair və tərcüməçi olaraq İstanbulda yaşadı. 1956'da Gülər Yücəl ilə evləndi.
Can Yılmaz
Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. == Həyatı == Əslən Gürün, Sivaslıdır. Məşhur şoumen Cem Yılmazın böyük qardaşıdır. Anası evdar xanım, atası isə elektrikli ev alətləri ticarəti ilə məşğul olan Can Yılmaz uzun müddət mətn yazarı olaraq fəaliyyət göstərmişdir. Ən parlaq işi Komedi Dükkanı adlı proqramının mətn yazarı olmasıdır. Proqramın bütün konsept və mətni Can Yılmaza məxsusdur. Can Yılmaz ssenari və tamaşa yazarı olaraq da tanınır. "Hoqqabaz", "Hər şey çox gözəl olacaq", "G. O. R. A", "Yahşı Qərb" kimi sinema filmlərinin ssenariləri Can Yılmaza və qardaşı Cem Yılmaza aiddir. Əsasən kamera arxasında yer almağa daha çox meyillidir.
Emre Can
Emre Can (türk. Emre Can; 12 yanvar 1994, Frankfurt-Mayn, Hessen) — əslən türk olan, Almaniya futbolçusu. Hal-Hazırda Borussia Dortunda oynayır.
Həsən Can
Həsən Can (v. 27 fevral 1567, Bursa) — Dövlət xadimi. Şeyxülislam Xoca Sadəttin Əfəndinin atası, Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbinin babası, Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin ulu babasıdır. == Həyatı == Doğum tarixi bilinməsə də, ailəsi əslən İsfahandandır. Atası Hafiz Mehmed Əfəndi vaxtilə Ağqoyunlu sarayının müftüsü olmuş, Şah İsmayılın dəvəti ilə ailəsiylə birlikdə Təbrizə köç etmişdir. Çaldıran müharibəsinin ardından Təbrizə daxil olan I Səlimin özüylə İstanbula apardığı alim və sənətkarlardan biri oldu. Həsən Can da bu əsnada atasıyla birlikdə İstanbula gəlmiş, bu səbəbdən doğum yerinin Təbriz olduğuna inanılır. Atası Hafiz Mehmed Əfəndi saray hafizi olaraq seçilmiş, Həsən Can isə I Səlimin xüsusi xidmətinə alınmış və onun ən yaxın dostuna çevrilmişdir. Yavuz Sultan Səlimin vəfatına qədər yanında olan Həsən Can bir çox siyasi hadisələrə şahid olmuş, sultanın ən yaxın sirdaşına çevrilmişdir. I Səlimin vəfatının ardından çıxan siyasi ixtişaşların yatırılmasında önəmli rol oynadı.
Kazım Can
Kazım Şahin oğlu Cəbrayılov (2 fevral 1985, Cəlilabad) — Kazım Can adı ilə tanınan azərbaycanlı müğənni, bəstəkar, mahnı müəllifi və aranjimançı. Muğam 1998 festivalının laureatı. == Bioqrafiya == Kazım Cəbrayılov 2 fevral 1993-cü il tarixində Cəlilabadda anadan olub. 1993-cü ildən 2002-ci ilə qədər Bülbül adına Orta Ixtisas Musiqİ Məktəbİndə Əlibaba Məmmədovun sinifində təhsil alıb. 1999-cu ildə - "Gənclik 99" musiqi müsabiqəsinin qalibi olub. 2003 cü ildən 2005-ci ilə qədər «Mərc Şou» layihəsində «Aypara» qrupu ilə birgə çıxış etmişdir. 2005-ci ildə Rusiyanın Ren tv kanalının «Студенты» serialının soundtrekini Aypara qrupu ilə birgə ifa edib. 2016-cı ildən solo fəaliyyətə başlayır və Mərkəz Production-da "O da belə getdi", "Qlukoza", "Əqrəblər" adlı mahnılar yazdırır. 2017-ci ildə Aftermad musiqi leyblı ilə əməkdaşlığa başlayıb. “Dağıdaram” , “Mənimlə” kimi hitləri ifa edir.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Sibel Can
Sibel Cangüre (d. 1 avqust 1970, İstanbul, Türkiyə) — qısaca Sibel Can kimi tanınan Türkiyə müğənnisi. Karyerasına rəqqasəliklə başlayan Sibel, hazırda aktrisa, müğənni və aparıcıdır. == Həyatı == Sibel Can 1 avqust, 1970-ci ildə Yuqoslaviya qaçqını boşnak (müsəlman serb) əsilli Engin Cangüre və Bursa Mudanyalı çingənə (qaraçı) kökənli Əminə Gül Sezərin uşaqları olaraq Türkiyənin Fatih vilayətində dünyaya gəlib. Əsl adı Sibel Cangüre olan sənətçinin atası bir çox məşhur solistə yoldaşlıq edən bir kaman sənətçisi idi. 13 yaşında gələn təkliflə Vianada oriental olaraq səhnəyə çıxmağa başlayan Sibel Can atası ilə bərabər Türkiyədə və xaricdə etdiyi turlarda həm oriental rəqqasəlik, həm də solistlik edib. Galata Qülləsi və Astorya kimi klublarda səhnə olan sənətçi, Nükhet Durunun Fəxrəddin Arslana tövsiyəsilə Maksim Kazinosunda çıxmaya başlamış və hələ 17 yaşı varkən solist olmuşdur. Sibel Canın yaşının az olması səbəbilə kazinonun bağlanmasıyla Arslanın köməklikləriylə məhkəmədə yaşını 6 yaş artırmışdır. Maksim kazinosunda Muazzez Abacı, Nəşə Qaraböcək və Əməl Sayın kimi məşhur şəxslərlə çalışmışdır. == Karyerası == Nükhet Duru tərəfindən aşkarlanan Maksim kazinosunun oriental rəqqasəsi oldu.
Elvan Can
Elvan Can — Türkiyə və Avropa rekordçusu, Efiopiya əsilli türk orta və uzun məsafə qaçışçı. == İlk illər == Elvan Hevan Abeye olaraq 1982-ci ildə Əddis-Əbəbədə yeddi uşaqlı bir ailənin altıncı övladı olaraq dünyaya gəlib. İdmana ilk dəfə dostları ilə futbol oynayaraq başlayıb. Onun qaçış qabiliyyəti üzə çıxır və o, on dörd yaşında məktəbin bədən tərbiyəsi müəllimi tərəfindən atletikaya yönəldilib. 1999-cu ildə Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən IAAF Dünya Kros Çempionatında Efiopiyanın yeniyetmələrdən ibarət komandasında karyerasına başlayıb və yarışı 9-cu yerdə başa vurub. Orada onu İstanbula görüşə dəvət ediblər. İstanbula gəlincə, səlahiyyətlilər onu bəyəndiklərini bildirirlər. O zaman Abeylegesse "Efiopiyadakı federasiyamdan kifayət qədər dəstək ala bilmədim. Türkiyədə hədəflərimə çatmağın daha asan olacağını düşündüm" dedi. Onu on yeddi yaşında ENKA-ya idmançı axtaran iş adamı Öndər Özbilən kəşf edib və ailəsinə iki il ərzində ayda 300 dollar ödəmək şərti ilə Türkiyəyə gətirilib.
Vəli Can
Vəli Can (d. 1580-ci ildən əvvəl - ö. 1600) — təbrizli rəssam. Osmanlı imperiyasında fəaliyyət göstərmiş və saz üslubundakı əsərləri ilə məşhurlaşmışdır. == Həyatı == Osmanlı tarixçisi Mustafa Əlinin bildirdiyinə görə, Vəli Can Təbrizdə dünyaya gəlmiş, 1580-ci ildə İstanbula köçmüşdür. Tarixçinin bildirdiyinə görə, onun müəllimi məşhur Səfəvi rəssamı Siyavuş bəy Gürcü olmuşdur. III Muradın hakimiyyəti dövründə saz üslubu özünün çiçəklənmə dövrünü yaşamaqda idi. Vəli Can III Murad üçün tərtib edilmiş albomlarla əlaqəli sonrakı 16-cı əsrin sonlarında yaşamış rəssamların ən görkəmlisidir. O, sultan üçün çalışıb və yaratdığı albom səhifələri "az-çox spekulyativ olsa da, ona aid edilir". O, ilk növbədə fiqurlu mövzularla maraqlanırdı.
Can Azərbaycan (mahnı)
Can Azərbaycan — azərbaycanlı müğənni Aygün Kazımova və rusiyalı müğənni Filipp Kirkorovun duetidir. Mahnı "SS Production" tərəfindən hazırlanıb. Bu layihə ilə tarixdə ilk dəfə əcnəbi müğənni Azərbaycana mahnı həsr edib. Layihənin təşəbbüskarı isə Aygün Kazımova olmuşdur. == Mahnı haqqında == Sözləri Oleg Vladi-yə, musiqisi Alişer-ə aiddir. Layihənin musiqi prodüseri Alişerdir. == Klip haqqında == Klip Filipp Kirkorovun 30-31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutan solo konserti zamanı lentə alınıb. Mahnıya klipi bəstəkar-rejissor Alişer çəkmişdir.
Dead Can Dance
Dead Can Dance — 1981-ci ildə Avstraliyanın Melburn şəhərində Liza Cerrard və Brendan Perri tərəfindən yaradılmış neoklassik art rok qrupudur. Qrup fəaliyyətinə 1982-ci ilin mayında İngiltərənin London şəhərində başlamışdır. Avstraliyalı musiqi tarixçisi və jurnalist Yan Makferleyn, Dead Can Dance qrupunun musiqi tərzini belə təsvir edir: "Ovsunlayıcı əzəmətin və ağır başlı gözəlliyin yaratdığı musiqi mənzərəsi; Afrikan poliritmləri, Kelt folku, Qriqorian dini nəğməsi, Şərqi Asiya mantrası və Art rok". 1998-ci ildə dağılan qrup, 2005-ci ildə qısa müddətlik dünya turuna çıxdı. 2011-ci ildə fəaliyyətini bərpa edən qrup, 2012-ci ildə Anastasis adlı albomunu yayımlayır və müxtəlif turlara imza atır. == Qrupun yaranması == Dead Can Dance, 1981-ci ilin avqust ayında Avstraliyanın Melburn şəhərində bas gitarada Paul Erikson, vokalda Liza Cerrard, barabanda Simon Monre və gitara, vokalda Brendan Perri olmaqla yaranmışdır. Qrup yarandığı zaman Liza ilə Brendanın münasibətləri var idi. 1982-ci ildə Simon Monre qrupu tərk edir və Dead Can Dance qalan heyət ilə birlikdə İngiltərənin London şəhərinə yola düşür. Qrup burada alternativ rok səsyazma şirkəti olan 4AD ilə müqavilə imzalayır. Qrup 1984-cü ilin fevralında "Dead Can Dance" adlı debüt albomunu yayımlayır.
İrfan Can Kahveci
İrfan Can Kahveci (15 iyul 1995) — Türk futbolçusu. "Fənərbaxça" klubunun Yarımmüdafiəçisidir.
Emir Can İğrek
Emir Can İğrek (2 aprel 1993, Çerkezköy[d], Təkirdağ ili[d]) — Türk musiqiçi, musiqi yazarı. == Həyatı == Emir Can İğrek 2 aprel 1993-cü ildə Tekirdağın Çerkezköy rayonunda anadan olub. Çerkezköy Hacı Fahri Zümbül Anadolu Liseyini bitirib. Musiqi karyerasına doğulduğu şəhərdə kiçik səhnə qrupları yaratmaqla başlayıb. Yıldız TexnikiUniversitetində son kursu tərk edərək Nazım Hikmət Akademiyasındasəs və solfecio təhsilinə başlamış və 4 il Nazım Hikmət Akademiyası Xorunda tenor kimi çıxış etmişdir. 2018-ci ildə "Ağır Roman" adlı ilk tammetrajlı albomu işıq üzü gördü. O, 2019-cu ildə "Nalan" mahnısı ilə debüt edib. O, 2020 PowerTürk Musiqi Mükafatlarında "İlin ən yaxşı çıxış edən müğənnisi" mükafatına layiq görülüb. Emir Can İğrek, bir çox müğənnilər üçün musiqi bəstələyib verib. O, hal hazırda Kadıköydəki studiyasında yeni əsərlərinin hazırlıqlarını davam etdirir.
Özgür Can Özcan
Özgür Can Özcan (d. 10 aprel 1988; Manavqat ) — türk futbolçudur. Hücumçuda oynayan oyunçu, 3. liqa komandalarından olan Nevşehir Belediyespor'da oynayır. == Klub karyerası == İbtidai təhsilini Toros İbtidai Məktəbində bitirmişdir. Futbolçu karyerasına “Manavgat Belediyespor”un infrastrukturunda başlayıb. Oradan da Qalatasaray infrastrukturuna keçdi. 2005-ci ildə Gheorghe Hagi tərəfindən A Komandasına götürüldü. PAF komandada əli ilə qol vurdu və hakim bunu görmədiyi üçün hakimə dedi və sarı vərəqə aldı. Bu hadisədən sonra Özgürcan dünya fair-play mükafatına layiq görülüb.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.

Значение слова в других словарях

блок- инстру́кторша ко́рка миллиарде́рский монофтонгиза́ция подоспе́ть псало́м Татья́нин день взъеро́шить голаркти́ческая область групповщи́на ску́ченный удорожа́ть у́лей уми́лостивлять aggrievedly osar paraffin wax trictrac vallate wind rose гроза помешать утолить чибис