CAN

can1

n 1. dəmir qutu, dəmir banka; 2. amer. konserv qutusu və ya bankası; 3. bidon (mayelər üçün); 4. kanistr (benzin, yağ və s. üçün); 5. krujka, parç, birəlli; tayqulp (su qabı); dolça; 6. susəpələyən, susəpən (cihaz); 7. amer. zibil qutusu

can2

v 1. konservləşdirmək, konserv hazırlamaq; 2. bidona tökmək

can

modal v Bu fel aşağıdakı mənaları ifadə edir: 1) bacarmaq, bilmək; I can swim Mən üzməyi bacarıram, Mən üzə bilirəm; 2) ixtiyarı / haqqı olmaq The Lower House alone can initiate financial measures Ancaq aşağı palatanın maliyyə haqqında qanun layihəsi təqdim etmək hüququ var; 3) amer. d.d. xahiş, müraciət (sual cümlələrində). Bu halda can feli əksərən Azərbaycan dilinə tərcümə edilmir və sual cümləsi nəqli cümləyə çevrilir: Can I have some more bread, please? Zəhmət olmasa, mənə bir az da çörək verin; 4) icazə: -a, -ə+bil- (təsdiq və inkar cümlələrdə): You can go now indi sən /siz gedə bilərsən / bilərsiniz; 5) şübhə: -a / -ə+bil- (sual və inkar cümlələrdə); Can it be true? Bu, həqiqət ola bilərmi? Bu doğrumu?

CAMPHOR
CANADIAN

Digər lüğətlərdə