CANBAĞIŞ
CANBAXŞI
OBASTAN VİKİ
Canbaxış Nəcəfov
Canbaxış Əli oglu Nəcəfov – professor == Həyatı == Canbaxış Nəcəfov 1949-cu ilin aprel ayının 1-də Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1966-cı ildə Q.İlyasov adına Qubadlı qəsəbə orta məktəbini bitirib, 1968-ci ildə BDU-nun biologiya fakültəsinə qəbul olub. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan EA-nın Zoologiya İnistitutunun aspiranturasına qəbul olub, 1980-cı ildə uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim 1992-ci ildə Respublika Xalq Təhsili Nazirliyinin Baş pedoqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması inistitutunun biologiya və kimyanın tədrisi metodikası kafedrasına baş müəllim, 1995-ci ildə həmin kafedranın müdiri seçilir. 1996-cı ildə EA-nın Zoologiya İnistitutunda doktorluq dissertasiyasını mudafiə etmiş, bir il sonra isə professor adını almışdır. 1994-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Azərbaycan Tibb Universitetinin professorudur. Universitetin 2007-ci ildən müsabiqə yolu ilə "Tibbi biologiya və genetika" kafedrasının müdiri vəzivəsinə prof. Canbaxış Əli oglu Nəcəfov seçilmişdir və bu günədək həmin vəzifəni icra edir. Onun bir çox əsərləri İngiltərədə, Berlində, Budapeşdə, Helsinkidə, Moskvada, Kiyevdə, Xarkovda, Simferopolda, Sankt-Peterburqda və başqa yerlərdə çap edilmişdir.
Mahmud Canbaxışov
Mahmud Surxay oğlu Canbaxışov (1975, Daşkənd, Vardenis rayonu – 17 aprel 1994, Füzuli rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahmud Canbaxışov 1975-ci ildə Göyçə mahalının Vardenis rayonunun Daşkənd kəndində doğulmuşdur.1982-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, əvvəlcə Bərdə rayonunun Yeni Daşkənd kəndində, 1990-cı ildən isə Xanlar rayonunun Qarabulaq kəndində məskunlaşmışdır. 1992-ci ildə Quşçu kənd orta məktəbini bitirmişdir.1993-cü ildə Xanlar RHK-dan Milli Orduya çağırılmışdır. Sıravi əsgər, 181-ci hərbi hissənin avtomatçısı Mahmud Canbaxışov 1994-cü il aprelin 16-dan 17-nə keçən gecə Füzuli rayonunun Qızılqaya istiqamətində gedən döyüşdə minaya düşərək şəhid olmuşdur.Məzarının yeri bilinmir. İtkin-şəhid hesab edilir. 1995-ci ildə məhkəmə qətnaməsi ilə o şəhid hesab edilir. == Ailəsi == Mahmud subay idi. Professor Qələndər Canbaxışovun qardaşı, həkim Turab Canbaxışovun əmisidir. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Respublikası Xatirə Kitabı, II cild, C hərfi, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2002.
Qələndər Canbaxışov
Qələndər Surxay oğlu Canbaxışov (17 avqust 1957, Daşkənd, Basarkeçər rayonu) — tibb elmləri doktoru (1999), professor (2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006–2021), ETTOİ-nun travmatologiya şöbəsinin şöbə müdiri (2021-ci ildən), AzETTOİ-nun direktoru (1999–2006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (1999–2006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000–2019) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətinin üzvü, AO üsullarının tədrisinin respublika üzrə müəllimi (2017), Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı.[mənbə göstərin]3 mart 2021-ci ildən akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) fəxri professoru == Həyatı == Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984–1987-ci illərdə akademik Q. A. İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987–1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q. A. İlizarovun və V. İ. Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir. 1990–1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi olmuşdur. 1999–2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən 2021-ci ilədək AzETTOİ-nin "Kəskin travma" şöbəsinin elmi rəhbəri vəzifəsində işləmiş və 2021-cildən həmin şöbənin şöbə müdiri vəzifəsində çalışır.1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik, 1999-cu ildə isə akademik V. İ. Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus. "Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза") mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır. Bir monoqrafiyanın (həmmüəlliflərlə), 115 elmi işin, 3 patentin, 3 metodik tövsiyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələrindən bir neçəsi Rusiya, Türkiyə, İran, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi xarici ölkələrdə çap edilmiş, bir neçə regional, respublika, beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Turab Canbaxışov
Turab Qələndər oğlu Canbaxışov (27 noyabr 1981, Kurqan) — Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri; Bona Dea International Hospitalın ginekoloq həkimi. == Həyatı == Turab Canbaxışov 27 noyabr 1981-ci ildə Rusiyanın Kurqan şəhərində anadan olmuşdur.1999-cu ildə Bakı şəhərində 17 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuşdur.2005-ci ildə Azərbaycan Tibb Universitetini "müalicə işi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.2005–2011-ci illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitetinin "Mamalıq və qadın xəstəlikləri" (ginikologiya) ixtisası üzrə uzmanlıq təhsili almışdır.Uzmanlıq təhsilini bitirdikdən sonra nəzəri və praktik imtahanlardan yüksək bal topladığına görə Doqquz Eylül Universitetinin rəhbərliyi və Türkiyə Cumhuriyyətinin YÖK-ü tərəfindən həmin kafedrada uzman-asissent vəzifəsində saxlanılmış, 2013-cü ilin dekabr ayına qədər həmin vəzifədə çalışmışdır.4 mart 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsində həkim mama-ginekoloq işləmiş, 20 may 2014-cü ildən isə həmin şöbənin müdiri vəzifəsində çalışmağa başlamışdır.Uzmanlıq təhsili aldığı dövrdə 10-a qədər elmi məqaləsi Türkiyədə və müxtəlif xarici ölkələrdə çap olunmuşdur. Doktorluq dissertasiyası üzərində işləyir. == Ailəsi == Ailəlidir, bir qızı və bir oğlu var. Azərbaycanın tanınmış travmatoloq-ortopedi, tibb elmləri doktoru, professor Qələndər Canbaxışovun oğludur. Əmisi Mahmud Canbaxışov Qarabağ müharibəsində şəhid olmuşdur.
арготи́зм двух... диате́з злонра́вный малопло́дный незамедли́тельность одоля́ть оканто́вываться приуче́ние худа́ть гаплологи́ческий диаметра́льный о́вощи сип уми́льность упусти́ть adorable air cav coffee cream edema encourager five-star interchange street-door выделить