İsmayıl Canbulad
İsmayıl Canbulad (1880, Konstantinopol – 13 iyul 1926, İzmir) — Türk siyasətçi.
Çərkəs soyqırımı zamanı Anadoluya köç edən Adıgey Hatko ailəsindəndir. Hərb məktəbini bitirdikdən sonra Manastır və Salonikidə xidmətdə oldu. Konstitusiyalı monarxiyasını elan etmək üçün Makedoniyada əhəmiyyətli işlər görmüşdü. Daha sonra isə İstanbula geri dönərək hərbi məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərməyə başladı. 1909-cu ildə hərbi xidmətdən ayrılaraq Böyükada bələdiyyəsində vəzifəyə təyin edildi.
1912-ci ildə İzmit millət vəkili kimi Məclis-i Məbusana daxil oldu. Balkan müharibələrinə könüllü olaraq ehtiyatda olan zabit kimi qoşuldu. Müharibədən sonra Milli Təhlükəsizlik Nazirliyinə. Daha sonra isə Ümumi Təhlükəsizlik İdarəsinə təyin edildi.