CANDAR

f. canlı, diri.

CANBİNCAN
CANƏFŞAN
OBASTAN VİKİ
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Candar (Salmas)
Candar (fars. جاندر‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər yaşayır (62 ailə).
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
Candaran (Soyuqbulaq)
Candaran (fars. جانداران‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (31 ailə).
Candargöl
Candargöl (gürc. ჯანდარის ტბა) — Ağstafa rayonunda yerləşən göl. Azərbaycan Respublikasının qərbdəki iki ucqar nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasındakı sərhəd gölün tam ortasından keçir. Göl dəniz səviyyəsindən 291,4 m yüksəkdə yerləşir, sahəsi – 10,6 kv.km, eni – 3 km, uzunluğu – 6,4 km, orta dərinliyi – 3,75 m, maksimal dərinliyi – 7,2 m, həcmi – 51,0 mln. m³ -dir . Suyun temperaturu yayda +30–32 °С, qışda +2–3°С təşkil edir. Nadir hallarda – çox soyuq keçən qış aylarında donur. Daimi təbii axarları yoxdur. Əsasən qədim Xan arxı (Qardabani arxı) və hövzəsindəki suvarma sistemlərinə daxil olan arxların gətirdiyi çay suları, eləcə də atmosfer suları və yeraltı sular hesabına qidalanır.
Candarlı Əli paşa
Çandarlı Əli Paşa (ö. 18 dekabr 1406) — Osmanlı sultanı Murad Hüdavəndigar, İldırım Bəyazid və Əmir Süleyman Çələbi dönəmlərində baş vəzir olmuş, qazəsgər vəzifəsində xidmət etmiş dövlət xadimi. Çandarlı Əli Paşa klassik İslam qanunlarını, saray yaşayış ədəbini, bürokratiya üsullarını, qulam sistemini, maliyyə metodlarını, azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi. Atası Murad Hüdavəndigarın baş vəzirlərindən Çandarlı Xeyrəddin Paşa, anası isə İznik mədrəsəsi müdərrislərindən Tacəddin Kürdinin qızıdır. Doğum tarixi və yeri haqqında məlumat yoxdur. Ancaq mədrəsə təhsili aldığı və üləma zümrəsinə daxil olaraq 1386-cı ildən öncə qazəsgərlik vəzifəsinə təyin edildiyi bilinir. Murad Hüdavəndigarın Qaramanoğlu Ələddin bəy üzərinə tərtiblədiyi səfərə qatıldı. Ancaq Bursa yaxınlığında ikən atasının vəfatı xəbərini aldı və sultanın əmriylə atasının yerinə baş vəzirliyə gətirildi. Öncə Serezə qayıdaraq atasının cənazəsini İznikə gətirdi və dəfnin ardından Afyonqarahisarda orduyla birlikdə onu gözləyən Murad Hüdavəndigara qatıldı. Qaramanoğlunun sülh təklifini geri çevirdi və göndərilən birlikləri məğlub etdikdən sonra Konya qalasını mühasirəyə aldı.
Candaroğlu Adil bəy
Candaroğlu Adil bəy (v. 1362) — 5. Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu Yaqub bəydir. 1346-cı ildə Yaqub bəyin ölümüylə hakimiyyəti ələ aldığı bilinir. Ədalətli bir hökmdar kimi tanınan Adil bəyin səltənətinə dair məlumat az olsa da, Sinopdakı ilk Genuya və Venesiya ticarət koloniyalarının qurulmasına məhz onun dönəmində icazə verildiyi bilinir. Adil bəyin də ölüm tarixi dəqiq bilinmir. Rəvayətə görə, döyüş meydanında şəhid düşən Adil bəyin türbəsi Kastamonuya bağlı Kuzyaka kəndindədir. Trabzon imperatoru II Alekseyin qızı Evdokiya Komniniylə evlənmişdir.
Candaroğlu Bəyazid bəy
Candaroğlu Bəyazid bəy (v. 1385, Sinop) — 6. Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu Adil bəydir. Osmanlı mənbələrində “Kötürüm” (“Şikəst”) ləqəbiylə anılmışdır. Atasının 1362-ci ildə vəfatının ardından Qiyasəddin ünvanıyla səltənəti ələ aldı. Onun səltənəti dönəmində Qara dəniz ticarəti uğrunda Genuya və Venesiya ilə mübarizə aparılmış, Osmanlı dövlətiylə dost münasibətlər saxlanmışdır. Osmanlı sultanı I Muradın Balkanlardakı hərbi uğurları, eləcə də Gərmiyanoğullarına aid bəzi torpaqları ələ keçirməsi Bəyazid bəyi narahat etməkdə idi. Ancaq sülh tərəfdarı olan Sultan Muradın təbəəliyini qəbul etməkdən çəkinməmişdir. Bundan başqa, kürəkəni olan Amasya əmiri Əhmədlə birlikdə Osmanlılara qarşı bəzi vaxtlarda ittifaq qurmuş, Sivas hakimi Qazı Burhanəddinə qarşı kürəkəninə hərbi dəstək vermişdir.
Candaroğlu II Süleyman bəy
Candaroğlu II Süleyman bəy (v. 1392) — 7. Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu Bəyazid bəydir. Uşaqlıq və gənclik illəri haqqında yetərli məlumat yoxdur. Atasının, taxtı qardaşı İsgəndər bəyə təslim edəcəyini anlayan Süleyman bəy qardaşını öldürmüş, Bəyazid bəy isə buna cavab olaraq oğlunun övladlarını və bu işdə iştirak edən öz qızını edam etdirmişdir. Bütün ailəsi qətlə yetirilən Süleyman bəy Osmanlılara sığınmış, beləcə Candaroğulları ilə Osmanlılar arasındakı sülh dönəmi başa çatmışdır. Osmanlılara qarşı müttəfiq axtarışına başlayan Bəyazid bəy Qazi Burhanəddinlə münasibətlərini yaxşılaşdırdı. Sultan Murad isə Süleyman bəyi hərbi birliklə atasının üzərinə göndərdi. Kastamonu yaxınlığında baş tutan döyüşdə Bəyazid bəy məğlub oldu və Sinopa çəkildi.
Candaroğlu II İbrahim bəy
Candaroğlu II İbrahim bəy (v. may 1443, Sinop) — 9. Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu İsfəndiyar bəydir. Hələ atasının sağlığında ikən qardaşları Xızır və Murad iqta torpaqları alaraq taxtdan uzaqlaşdırılmış, İbrahim bəy isə atası tərəfindən vəliəhd elan edilmişdi. 1424-cü ildə Osmanlı sultanı II Muradla bağlanan sülhə əsasən, qızı Xədicə Həlimə Xatun Osmanlı sultanıyla evləndirildi. Yenə bu sülhə əsasən, İbrahim bəy sultanın bacısı Səlcuq Xatunla, qardaşı Qasım bəy də digər bacısı Sultan Xatunla evləndirildi. Beləcə, gələcəkdə Osmanlı ilə sülh şəraitində hökmranlıq etməsi üçün şərait yaradılmış oldu. Atasının ölümünün ardından 1440-cı ildə heç bir müqavimətlə qarşılaşmadan bəyliyi ələ aldı. Tacəddin ünvanıyla taxta çıxan İbrahim bəyin səltənətində hər hansı mühüm hadisə baş verməmişdir.
Candaroğlu I İbrahim bəy
Candaroğlu I İbrahim bəy (v. 1345) — III Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu Süleyman bəydir. Atasının səltənətində Sinop valisi idi. Taxtı ələ keçirmək üçün atasına qarşı mübarizə aparmışdır. Belə ki, qardaşı Çoban bəyin vəliəhd elan edilməsinə qarşı çıxaraq ayaqlanmış, ancaq atasının 1341-ci ildə vəfatının ardından Qiyasəddin ünvanıyla taxta keçmişdir. Onun səltənətində baş tutan ən mühüm hadisə isə 1341-ci ildə Venesiya və Genuya ilə aparılan dəniz döyüşlərində qələbə qazanılması oldu. 1344-cü ildə Sinopda qeydə alınan bir vəqf sənədində “Əmir-ül-müəzzəm sahib-ül elm vəl-kələm vəs-seyf” ünvanlarıyla anılan İbrahim bəyin ölüm tarixi bilinməsə də, 1345-ci ildə bəyliyin başında əmisi Yaqub bəyin olduğu məlumdur.
Candaroğlu Qızıl Əhməd bəy
Candaroğlu Qızıl Əhməd bəy (bilinmir – ən tezi 1500, Plovdiv) — sonuncu Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu II İbrahim bəydir. Atası Çələbi Mehmedin qızlarından Səlcuq Xatunla evli olsa da, Əhməd bəy onun başqa xanımdan doğulan oğludur. Uşaqlıq və gənclik illərində Cəmaləddin ünvanıyla anılmışdır. Həyatının ilk illəri haqqında məlumat yoxdur. Atasının ölümünün ardından (1443), bəyliyi ələ alan böyük qardaşı İsmayıl bəyə qarşı ayaqlandı. Ancaq məğlub olub Osmanlılara sığındı. Buna baxmayaraq Osmanlılardan istədiyi dəstəyi ala bilmədi və Bolu sancaqbəyliyini alaraq kifayətləndi. Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmedin Anadolu birliyini təmin etmə siyasətindən Candaroğulları da öz payını aldı. Belə ki, 1461-ci ildə çıxılan Trabzon səfəri əsnasında Candaroğulları bəyliyi də ələ keçirildi.
Candaroğlu Süleyman bəy
Candaroğlu Süleyman bəy (v. 1341, Sinop) — 2. Candaroğulları bəyi. == Həyatı == Atası Şəmsəddin Yaman Candar bəydir. Atasının vəfatının ardından 1309-cu ildə bəyliyi ələ aldı. Bir müddət Əflanidə qalan Süleyman bəy, Kastamonu və Safranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. O əsnada Pərvanəoğlu Qazi Çələbi də oğul varisi olmadığı üçün Süleyman bəyin təbəəliyini qəbul etmiş, 1322-ci ildə vəfatının ardından qızı hakimiyyəti ələ almağa çalışsa da, Süleyman bəy tərəfindən ələ keçirilərək edam edilmiş, beləcə, Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə vermişdir. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir. Ancaq 1327-ci ildə Əmir Dəmirdaşın Anadolu canişinliyindən alınması və 1335-ci ildə Hülaki xanı Əbu Səid Bahadurın ölümü ilə yaranan siyasi boşluqdan istifadə edərək, Süleyman bəy öz müstəqilliyini elan etdi. Səltənətinin son 5 ilində kəsilən qızıl sikkələrdə istifadə edilən “əs-sultan-ül-əzəm” ünvanı bunun açıq isbatıdır.
Candaroğlu Yaqub bəy
Candaroğlu Yaqub bəy (v. 1346) — Candaroğulları bəyliyinin qurucusu Şəmsəddin Candarın oğlu. == Həyatı == Atası Şəmsəddin Yaman Candar bəydir. Qardaşı oğlu İbrahim bəyin ölüm tarixi bəlli olmasa da, 1345-ci ildə bəyliyin başında Yaqub bəyin olduğu məlumdur. Bəzi mənbələrdə onun hakimiyyətə gəlib-gəlmədiyi müəmmalı şəkildə göstərilmişdir. Məşhur səyyah İbn Bəttutə öz səyahətnaməsində, Yaqub bəyin qardaşı Süleyman bəyin dönəmində Kastamonuya gəldiyini, burada gözəl qarşılandığını, bəyin qardaşı Yaqub bəyin "Əfəndi" ünvanıyla anıldığını və böyük nüfuz sahibi olduğunu qeyd edir. Yaqub bəyin qısa səltənətinə aid hər hansı bir məlumat yoxdur. Ancaq cəmi 1 il sonra - 1346-cı ildə oğlu Adil bəyin hakimiyyəti ələ aldığı bilinir.
Candaroğlu İsfəndiyar bəy
Candaroğlu İsfəndiyar bəy (v. 26 fevral 1440, Sinop) — 8. Candaroğulları bəyi. Candaroğulları bəyliyinin bəzi mənbələrdə İsfəndiyaroğulları adıyla anılmasına, bu bəyin yarım əsrə yaxın davam edən hakimiyyəti səbəb olmuşdur. == Həyatı == Atası Candaroğlu Bəyazid bəydir. Uşaqlıq və gənclik illəri haqqında yetərli məlumat yoxdur. Ancaq bəyliyi ələ almadan öncə Kastamonuda vali olaraq fəaliyyət göstərdiyi, Qazi Burahnəddinə qarşı Amasya hakimi Əhməd bəyə 1382-1385-ci illərdə bir neçə dəfə hərbi dəstək verdiyi bilinir. Qardaşı Süleyman bəyin Osmanlıların dəstəyini alaraq taxt uğrunda ayaqlanmasının ardından Amasyadakı hərbi əməliyyatları dayandıraraq dərhal Sinop qalasına sığınan atasının yanına gəldi. Atasının birlikləriylə Kastamonuya hücum etsə də, Osmanlıların müdaxiləsiylə geri çəkildi. Toqquşmaların sıxlaşdığı bir vaxtda atası Bəyazid bəy Sinopda vəfat etdi və o əsnada yanında olan İsfəndiyar bəy hakimiyyəti ələ aldı.
Candaroğlu İsmayıl bəy
Candaroğlu İsmayıl bəy (1420 və ya iyun 1419 – 1479, Plovdiv) — 10. Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu II İbrahim bəydir. Atası Çələbi Mehmedin qızlarından Səlcuq Xatunla evli olsa da, İsmayıl bəy onun başqa xanımdan doğulan oğludur. Hələ atasının sağlığında ikən 1440-cı ildə Sultan Muradın qızlarından Xədicə Sultanla (d. 1425) evləndirildi. Eyni mərasimdə əmisi Qasım bəyin oğlu Sultanzadə Qaya bəy (d. 1424 - ö. 1472) də sultanın digər qızı Hafsa Sultanla (d. 1426) evləndirildi.
Candaroğulları bəyliyi
Candaroğulları bəyliyi — 1291-1461-ci illərdə mövcud olmuş bir Anadolu bəyliyi. Ən məşhur bəyi İsfəndiyar bəy olduğundan digər adı da İsfəndiyaroğulları bəyliyidir. == Tarixi == === Bəyliyin qurulması === Çobanoğulları bəyliyinin yerini alan Candaroğullarının tarix səhnəsinə çıxışı, o dövrə aid tarixi mənbələrin yetərsizliyi səbəbilə tam olaraq bilinmir. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1291-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir. === I Süleyman bəy === Bir müddət Əflanidə qalan Süleyman bəy, Kastamonu və Safranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. Daha sonra Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə verdi. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir.
I İbrahim bəy Candaroğlu
Candaroğlu I İbrahim bəy (v. 1345) — III Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu Süleyman bəydir. Atasının səltənətində Sinop valisi idi. Taxtı ələ keçirmək üçün atasına qarşı mübarizə aparmışdır. Belə ki, qardaşı Çoban bəyin vəliəhd elan edilməsinə qarşı çıxaraq ayaqlanmış, ancaq atasının 1341-ci ildə vəfatının ardından Qiyasəddin ünvanıyla taxta keçmişdir. Onun səltənətində baş tutan ən mühüm hadisə isə 1341-ci ildə Venesiya və Genuya ilə aparılan dəniz döyüşlərində qələbə qazanılması oldu. 1344-cü ildə Sinopda qeydə alınan bir vəqf sənədində “Əmir-ül-müəzzəm sahib-ül elm vəl-kələm vəs-seyf” ünvanlarıyla anılan İbrahim bəyin ölüm tarixi bilinməsə də, 1345-ci ildə bəyliyin başında əmisi Yaqub bəyin olduğu məlumdur.

Значение слова в других словарях