Cannibal Corpse
Cannibal Corpse — 1988-cü ildə Nyu-Yorkda yaranmış death metal qrupudur. Black metalın tərkibində var olan grind tərzindəki mahnıları ilə diqqəti çəkən qrup, vokalda Chris Barnes, gitaralarda Bob Rusay, Jack Owen, bas gitarada Alex Webster və vurma alətlərdə Paul Mazurkiewicz'dən ibarət heyət ilə yaranmışdır. 1989-cu ildə 5 mahnılıq bir demo hazırladılar, bunun ardından Metal Blade ilə razılaşan qrup "Eaten Back To Life" albomunu 1990-cı ildə çıxartdı. Sırasıyla "Butchered At Birth", "Tomb Of The Mutilated" adlı albomları çıxaran qrup 1993-cü ildə çıxardığı "Hammer Smashed Face" adlı EP ilə şöhrət qazandı. Bu EP'də həm də Black Sabbath-ın "Zero The Hero" adlı mahnısı da yer alırdı. 1994-cü ildə "The Bledding" albomunun hazırlığı əsnasında Bob Rusay qrupdan ayrıldı və yerinə Rob Barret keçdi. 1995-ci ildə qrupun fəaliyyətindən xoşu gəlməyən Chris Barnes qrupdan ayrılıb Six Feet Under qrupuna keçdi. Yerinə Corc Fisher gəldi. Qrup ilk gündən bəri proses baxımından davam etdirdiyi Grindcore havasını, orjinal death metal sounduna buraxmışdı. Mahnı sözləri ümumiyyətlə çox kompleks şeylər olmasa da ölüm və həyat arasındakı ikili, psixoloji problemlər və bir çox mühafizəkar seqmenti narahat edəcək şeylər idi.