CANPOLAD

Farscadır, “canı polad kimi möhkəm olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

CANİŞİN
CANTARAQ
OBASTAN VİKİ
Canpolad Budaqov
Canpolad Budaqov — Uşu-sanda üzrə Avropa (1996-cı il) və Dünya (1999-cu il) birincisi; Azərbaycan yığmasının sabiq məşqçisi
Canpolad Rzayev
Canpolad Rzayev (26 fevral 1968, Ağdam rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü. == Döyüşlərdə iştirakı == Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.
Canpoladzadə Hüseyn Paşa
Canpoladzadə Hüseyn Paşa (ö. 16 fevral 1680) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Canpoladzadə Mustafa Paşanın oğlu olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra 1664-cü ilin yanvarında qapıçılar kəndxudası, 1664-cü ilin aprelində ikinci, 1665-ci ilin mayında isə baş miraxur olaraq xidmət etməyə başladı. 1671-ci ilin iyulunda vəzir rütbəsiylə Bosniya, 1672-ci ilin aprelində Budin, 9 iyun 1673-cü ildə Misir bəylərbəyi təyin edildi. Ancaq 16 may 1675-ci ildə vəzifədən alındı və Van bəylərbəyi oldu. Bu vəzifədə ikən 16 fevral 1680-ci ildə vəfat etdi. == Mənbə == Sicill-i Osmani III. İstanbul: Mehmed Süreyya. səh. 39.
Canpoladzadə Mustafa Paşa
Canpoladzadə Mustafa Paşa (ö. iyun 1636) — Osmanlı sultanı IV Murad dönəmində kaptan-ı dərya olan dövlət xadimi. Əli Paşanın oğlu olub, Əndərunda yetişmiş, 1629-сu ildə baş miraxur təyin edilmişdir. 1630-cu ildə vəzir rütbəsiylə kaptan-ı dərya təyin edilmişdir. 1633-cü ildə vəzifədən alınaraq Anadoluya sürgün edildi. Burada artan zülmü və özbaşınalığı səbəbilə 1636-cı ilin iyununda edam edilmişdir. Oğlu Hüseyn Paşadır. == Mənbə == Sicill-i Osmani IV cild, səh. 165.

Значение слова в других словарях

бе́дно клёпочник отпада́ть потеря́ть распо́рочный сора́тник таймше́р хи́щнически междоусо́бный не лезет в го́рло перепелёнок плау́н продегусти́ровать сепара́тность успокои́тельница чепе́ц пигалица alma mater bedding groundlessly mistress sweet pea бурав допытываться навозить