CARCAR

(Culfa, Naxçıvan, Ordubad, Salyan, Şərur, Zəngilan)
dəmir dişli, dəstəli kötük (taxıl döymək üçün). – Carcar indi işdənmir, o vaxtdar onnan taxıl döyərdilər (Zəngilan); – Carcarın dişdəri iri olur (Ordubad)
CAR
CARCI
OBASTAN VİKİ
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Carcaris
Carcaris — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdar. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»fidə Cərcəyis kəndi adında qeyd edilmişdir. 15 mart 1972-ci ildə yaradılan Alagöz (Araqadz) rayonunun tabeliyinə verilmişdir. Toponim Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində «vəl əvəzində xırmanda istifadə edilən dəmir dişli kənd təsərrüfatı aləti mənasında işlənən carcar sözünə -is topoformantının artırılması ilə düzəlmişdir. Bu döyüm aləti əsasən düzən yerlər üçün xarakterik olmuş və iş prosesində vəldən əvvəl işlədilmişdir. Toponim peşə, sənət mənasında işlənən carcaris sözü əsasında formalaşmışdır. == Əhalisi == İndi ermənilər yaşayır.

Digər lüğətlərdə

ваго́н-рестора́н вальцы́ вози́ться до умопомраче́ния заметка золоте́ть отдвига́ться про́иски ра́ковинка роди́мая санови́тость гло́хнуть непроница́тельный подка́тчик преднаме́рение drop out extraexcitation karate patrico sign-board woorali анонсировать лаять непроизвольность семеро